Milli Kitabxanada “Qəzənfər Paşayev” adlı virtual sərgi açılıb

 

Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Qəzənfər Paşayevin 85 illik yubileyi münasibətilə M.F Axundzadə adına Azərbaycan Milli KitabxanasındaQəzənfər Paşayevadlı virtual sərgi açılıb.

Kitabxanadan 525.az-a bildirilib ki, sərgidə Qəzənfər Paşayevin müəllifi olduğu kitablar, fotolar, haqqında yazılan kitab məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qezenfer_Pasayev/index.htm  istifadə edə bilərlər.

 

 

525-ci qəzet.- 2022.- 27 avqust.- S.16.