“XIX əsr Qarabağ
şairlərinin şeir
antologiyası”ndan
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.
Cavanşir nəslindən olan Axund Molla
Abbas təxminən 1840-cı ildə
Qarabağın Carıcalı kəndində doğulub,
ilk təhsilini Şuşada
almış, ərəb və fars dillərini
mükəmməl öyrənib, riyaziyyat
elminin mahir bilicisi olub. Təhsilini Kürdüstan şəhərində davam etdirən Molla Abbas 1867-ci ildə Şuşa
şəhərinə gəlib. Burada tədrislə məşğul olmaqla
yanaşı, astronomiya və riyaziyyat elmlərinə dair
kitab yazıb, bir sıra
elmləri, o cümlədən, rəml, üsturlab və nücum elmini Mir Möhsün
Nəvvaba o öyrədib. Şeirlərini
"Abbas"və "Cavanşir" təxəllüsləri
ilə yazan şair
1894-cü ildə vəfat edib.
Aşağıdakı şeir örnəkləri
"Təzkireyi-Nəvvab"dan götürülüb.
Raqub KƏRİMOV
Filologiya üzrə elmlər
doktoru, professor
525-ci qəzet.- 2022.- 2 dekabr.- S.15.