Uşaq
şeirləri
Təmizkar Lalə
Tozsoranı işlətdi,
Balaca, dəcəl
Lalə.
Guya ki, iş görürdü,
Sevinib gülə-gülə.
Anası
gəlib gördü
Lalə oyun çıxarıb.
Tozsoran udub xırda
Əşyaları aparıb.
Lalə
dedi: - ay ana,
Mənə sağ ol denən sən.
Bax, otağımı necə,
Tərtəmiz etmişəm mən.
Ağacları qoruyaq
Emin əlində mismar,
Ağacları cızırdı.
Ağlına gələn sözü
Qabığına yazırdı.
Bir gün də atasının
Adın yazdı budağa.
Fikirləşdi, atası
Əhsən deyər "qoçağ"a.
Sevimli atasına
Göstərdi əl işini.
Sevinclə, gülə-gülə
Ağardırdı dişini.
Atası
dedi: - oğlum,
Yaralama ağacı.
Axı anlamırsan ki,
Onlar da çəkir acı?
Yaralanmış ağacı
Qışda şaxta vuracaq.
Yayda isə istidən
Yanaraq quruyacaq.
İlk qar
Hər tərəf ağ
örpəkdi,
İlk qar yağdı çöllərə.
Qış ağappaq donuyla,
Qonaq gəldi
ellərə.
Uşaqlar, isti paltar,
Geyib həyətə
düşək.
Xizəklə qar üstündən,
Biz sürətlə sürüşək.
Qarı
yumru eləyib,
Şaxta Baba düzəldək.
İlk qarın sevincindən,
Çoxlu əylənib, gülək.
Durnalar
Durnalar qatar-qatar,
Köç eləyib uçurlar.
Havanın soyuğundan,
Baş götürüb
qaçırlar.
Artıq
payız fəslidir
Xəzan gəlib çöllərə.
Durnalar qayıdarmı,
Bir də bizim ellərə?
Tələsməyin, a dostlar,
Qış bitər, bahar gələr.
Quşlar
da geri dönər,
Günəş nur yerə ələr.
Qaraqulaq dovşanım
Qaraqulaq
dovşanım,
Az hoppan bu çəməndə.
Uzağa
getsən, səni
Bir qurd salar kəməndə.
Yaxınımda gəz, dolan,
Mənim atam ovçudur.
Yırtıcılardan bizi,
Qorumağa borcludur.
Ovçu atam
Mənim
atam ovçudur,
Daim çöllərdə
durur.
Ov mövsümü başlayıb,
Çoxlu ördək, qaz vurur.
Atam deyir ovçuluq,
Çətin peşədir Asif.
Quşları tanımaqda,
Gərək olasan arif.
Nəsli
kəsilmiş quşu
Vurub, ovlamaq olmaz.
Yoxsa ki, təbiətdə,
Ondan nümunə qalmaz.
Əyyub
Türkay
525-ci qəzet.-2022.--
7 dekabr.- S.15.