Milli xalçaçılıq sənətimizin təbliğinə böyük töhfə

 

"XALQ" BANKININ "XALQ ƏMANƏTİ" LAYİHƏSİNDƏ 22-Cİ NƏŞR LƏTİF KƏRİMOVUN "AZƏRBAYCAN XALÇASI" KİTABI OLDU

 

İllərdən bəri öz mədəni-maarifçilik missiyasına sadiq qalan ASC "Xalq" Bankı gerçək bir xalq layihəsinə çevirdiyi "Xalq Əmanəti" üzrə növbəti - 22-ci nəşrinin təqdimatını keçirib. Yeni nəşr Azərbaycanın Xalq Rəsssamı Lətif Kərimovun 1961-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində işıq üzü görmüş, ondakı adı "Azərbaycan xəlçəsi" olan əsərinə həsr edilib. Azərbaycan ingilis dillərində nəşr olunmuş bu bədii albom üçün sözügedən əsər yenidən işlənsə , onun məzmunu başlıca struktur xüsusiyyətləri qorunub. L.Kərimov bu əsərdə ilk dəfə olaraq xalçaları xovsuz xovlu kimi iki hissəyə bölür, onların dörd əsas inkişaf mərhələsini diqqətə çatdırıb.

1906-cı il noyabrın 17-də Şuşa şəhərində anadan olmuş Lətif Hüseyn oğlu Kərimov Azərbaycan mədəniyyət tarixində həm görkəmli ornamentalist xalça rəssamı, həm ilk dəfə xalça sənətini incəsənətin elmin ayrıca bir sahəsi halında hərtərəfli araşdıran dərin tədqiqatçı alim kimi layqili yer tutur. Əsərdə L.Kərimov, yenə ilk dəfə olaraq, Azərbaycanın ayrı-ayrı xalça məktəblərini "növ" "qrup" adı ilə Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ Təbriz kimi növlərə ayırıb, sonra isə ayrı-ayrı qruplara bölüb, bu qruplara aid xalçaların bədii texniki xüsusiyyətlərinin müxtəsər təhlilini verib.

20 il ərzində L.Kərimov Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplayıb, onların əksəriyyətinin qrafik rəsmləri əsərdə damalı kağızlar üzərində yerləşdirilib bu elementlərin xalçalar arasında işlənən adları, müəllifin şəxsi mülahizələri qeyd edilib.

Azərbaycan xalçaları yüzillər ərzində təkcə Azərbaycan Qafqazda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazanıb, dünya bazarlarında çox yüksək qiymətləndirilib. Mahir xalça ustalarımızın yaratdıqları ən gözəl yüksək bədii keyfiyyətli xalçalar indi dünyanın bir çox məşhur muzeylərində nadir sənət əsərləri kimi saxlanılır. Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi ölkəmizin xalqımızın bu istiqamətdə qazandığı parlaq nailiyyətdir.

Dekabrın 2-də "Xalq" Bankının əsas binasında görkəmli rəssamların, ziyalılar digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib. Təqdimat mərasimini açaraq iştirakçıları salamlayan Əməkdar artist Dilarə Səlimova yeni nəşrin rəssamlar, xalçaçılar, sənətşünaslar, eləcə qədim zəngin ənənələrə malik xalçaçılıq sənətimizlə maraqlanan hər kəs üçün dəyərli töhfə olacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən qonaqlar, rəssamlar sənətşünaslar bu bədii albomun unikallığını, elmi dəyərini, yüksək poliqrafik səviyyəsini böyük məmnunluq hissilə vurğulayıblar.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, duyduğu xoş heyrət hissini gizləməyərək, bu nəşrin Lətif Kərimov imzasına onun öz xalqı üçün qoyub getdiyi son dərəcə zəngin irsə tam layiq olduğunu önə çəkib: "Lətif Kərimovun Azərbaycan milli mədəniyyəti tarixində, həqiqətən, böyük əvəzedilməz rolu var. Mən, bir sənətkar olaraq, bu nəşrə ümumiyyətlə milli mədəni irsimizin təbliğinə yönəlmiş möhtəşəm layihəsinə görə "Xalq" Bankına dərin minnətdarlığımı bildirirəm".

L.Kərimov yaradıcılığının elmi əhəmiyyətini yüksək qiymətləndirən Xalq rəssamı Eldar Mikayılzadə xalçaçı rəssamlar sənətşünaslar, həmçinin bütövlükdə mədəni ictimaiyyət üçün dəyərli hədiyyə olan bu nəşrə görə təşəbbüskarlara, təşkilatçılara, yaradıcı heyətə ürəkdən təşəkkür edib.

Təqdim olunan albomun redaktoru giriş məqaləsinin müəllifi sənətşünaslıq doktoru professor Kübra Əliyeva nəşr barədə həyəcanla, dərin məmnunluqla söz açıb. O, unudulmaz L.Kərimovu xalçaçılıqla bağlı nadir ensiklopedik biliyə, olduqca əhatəli elmi düşüncəyə malik alim, həmçinin yüksək insani keyfiyyətlərə malik insan, əsl vətənpərvər kimi xarakterizə edib.

Diqqətəlayiq haldır heç təsadüfi deyil ki, dünyada ilk  xalça muzeyi Azərbaycanda yaradılıb, eyni zamanda,  xalqımızın çox qədim zəngin xalçaçılıq ənənələri nəzərə alındıqda, belə bir muzeyin banisinin ilk rəhbərinin məhz Lətif Kərimov olması da əsla təsadüfi sayıla bilməz.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil edilən gündən ömrünün axırına - 1991-ci ilə qədər L.Kərimov burada Memarlıq İncəsənət İnstitutunun Xalçaçılıq şöbəsinin müdiri olub. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Mədəniyyət Universitetinin Rəssamlıq fakültəsində, ilk dəfə olaraq, açılan Xalçaçılıq şöbəsinin təşəbbüskarı birinci rəhbəri məhz L.Kərimov idi. Ustad sənətkar bu sahədə yüksək peşəkarlığa malik çox sayda mütəxəssis hazırlayıb. Həmin mütəxəssislər hazırda Azərbaycan xalçaçılıq ənənələrinin qorunub yaşadılması naminə çox mühüm işlər görür, böyük ustadın parlaq ənənələrini layiqincə davam etdirirlər.

Çıxışlarda qeyd olunub ki, Lətif Kərimovun "Azərbaycan xalçası" kitabından sonra xalça sənəti üzrə tədqiqat işlərinin əksəriyyətində mötəbər qaynaq kimi məhz həmin əsərə istinad edilib. Bu baxımdan, L.Kərimovun təqdim olunan əsər klassik Azərbaycan xalçalarının öyrənilməsi üçün misilsiz mənbədir.

"Azərbaycan xalçası" kitabında müəllif ədəbiyyatda xalçaçılıq mövzusuna da diqqət ayırıb bununla bağlı orta əsrlər söz sənəti klassiklərinin əsərlərinə müraciət edib. Dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə K.Kazımzadə, İ.Axundov, R.Mustafayev başqa tanınmış rəssamlarımız, eləcə xalça ustalarımız L.Kərimovun rəhbərliyi ilə, onun hazırladığı çeşnilər əsasında şairin poemaları mövzusunda beş möhtəşəm xalça hazırlayıblar. Xüsusən 1950-ci illərdən başlayaraq, L.Kərimov yüzlərcə portret ornamental xalçalar yaradıb, müstəsna əhəmiyyətə malik zəngin irsə imza atıb.

Lətif Kərimovun ailə üzvləri adından çıxış edən Milli Xalça Muzeyinin əməkdaşı Əfşan Rzayeva ustad sənətkarın xatirəsinə bəslənən ehtirama, elmi irsinə göstərilən qayğıya bu möhtəşəm nəşrə görə minnətdarlığını bildirib.

Tədbirin rəsmi hissəsinin ardından Azərbaycanın Əməkdar rəssamı İnna Kostina, Rəssamlıq Akademiyasının professoru, xaçla üzrə ekspert Məmmədhüseyn Hüseynov yeni nəşr ümumən L.Kərimov yaradıcılığı barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, "Xalq" Bankının "Xalq Əmanəti" layihəsi çərçivəsində uğurla hazırlanaraq təqdim olunan əsər milli xalçaçılıq ənənələrimizin öyrənilməsi və təbliğinə əvəzsiz töhfədir. M.Hüseynovun fikrincə, L.Kərimov bu unikal kitabı ərsəyə gətirməklə həm ornamental, həm bədii, həm də texniki planda Azərbaycan xalçasının tarixi yaranış və inkişaf xəritəsini ortaya qoyub.

Xatırladırıq ki, "Xalq Əmanəti" layihəsi "Xalq" Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Bu günədək layihə çərçivəsində Azərbaycanın görkəmli təsviri sənət ustaları, şairləri, o cümlədən Səttar Bəhlulzadə, Ələkbər Rzaquliyev, şəhid-heykəltəraş Samir Kaçayevunudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı, "Aşıq ədəbiyyatı antologiyası", şair-mütəfəkkir Mirzə Şəfi Vazehin "Bütün əsərləri" adlı nəşrlər işıq üzü görüb.

Nəşrlər ölkənin aliorta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, Azərbaycandakı diplomatik nümayəndəliklərə və Azərbaycanın xaricdəki səfirliklərinə, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Mövcud ənənənin davamı olaraq budəfəki nəşrin təqdimatı çərçivəsində də Xalq rəssamı Lətif Kərimovun əsərlərindən ibarət ekspozisiya təşkil edilib. Sərgini dekabr ayının 4-dən başlayaraq günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək "Xalq" Bankının əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar pr., 22L) ziyarət etmək mümkündür. Giriş sərbəstdir.

 

525-ci qəzet.- 2022.- 10 dekabr.- S.20.