Heydər Əliyev dərsləri

 

Əməkdar jurnalist Faiq Sadıqov 45 ilə yaxın mətbuat televiziya sahəsində çalışıb. Birinci Qarabağ müharibəsində 4 il ən qaynar döyüş nöqtələrindən obyektiv operativ məlumat verən azsaylı cəbhə müxbilərindən biri olub. Onun "Qarabağdan xəbər var..." kitabı da Birinci Qarabağ müharibəsi illərindən bəhs edir. Müharibədən sonra Azərbaycan Televiziyasında fəaliyyətini davam etdirən Faiq Sadıqov 24 il dövlət siyasətini təbliğ edən siyasi materiallrın efirə hazırlanmasının fəal iştirakçılarından olub. Uzun illər Ümummilli lider Heydər Əliyevi Azərbaycan Prezidenti İlham Əliyevi daxili xarici səfərlərdə jurnalist kimi müşayət edib, onların iştirak etdiyi tədbirlər, görüşlər barədə video-materialların efirə hazırlanmasının fəal redaktorlarından biri olub. Hazırda təqaüddə olan Faiq Sadıqov müstəqil jurnalist kimi Ulu öndər Heydər Əliyev irsinin araşdırması, Ümummilli liderin çıxışlarının həm şahidi olduğu, həm araşdırdığı ən maraqlı, ibrətamiz  məqamları toplanılması ilə məşğuldur. Həmin materiallardan bir neçəsini təqdim edirik.

 

"HARADA GÖRÜNÜB Kİ, XALQIN BAŞINDA DƏLLƏKLİK ÖYRƏNƏSİNİZ?"

 

Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldiyi zaman qarşılaşdığı çətinlikləri aradan qaldırmağın heç asan olmadığını onun sonrakı çıxışlarında, müsahibələrində tam aydınlığı ilə görmək mümkündür. Ulu öndər o dövrün hadisələrinin mənzərəsini ibrətamiz maraqlı faktlar əsasında təsvir edirdi. Bu baxımdan onun 1993-cü ilin avqustunda rus yazıçısı Aleksandr Proxanova verdiyi müsabidən bir parçaya diqqət yetirmək kifayətdir.

"...Heydər Əliyev: Fevral ayında mən Elçibəylə görüşdüm. Səkkiz saat danışdıq. Mən ona dedim: "Belə siyasət uğursuzluğa məhkumdur". O, çox düşüncəsiz cavab verdi: "Biz idarə etməyi öyrənirik. Qoy təcrübəsizlər təcrübə toplasınlar. Toplamazlar, biz onları işdən çıxarar yerlərinə başqalarını qoyarıq". Dedim: "Harda görünüb ki, xalqın başında dəlləklik öyrənəsiniz, onun üzərində eksperimentlər aparırsınız?" Bu, Gəncədə birbaşa cinayətlə nəticələndi, qanla qurtardı. Buna görə xalq onları rədd etdi!..

Aleksandr Proxanov: Bilirəm ki, Naxçıvanda, balaca bir respublikada siz qayda-qanun yaratmağa, layiqli həyat səviyyəsini qoruyub saxlamağa müvəffəq oldunuz. Sizin üçün, əgər belə demək caizsə, "Naxçıvana sürgünlük" demək idi?

Heydər Əliyev: Xalq Cəbhəsinin yeni peyda olmuş başçılarından biri televiziyaya çıxıb, lovğa-lovğa bildirmişdi: "Əgər lazım gələrsə, mən Naxçıvana gedib Əliyevin başına güllə çaxaram!" Mənə qarşı iki dəfə qəsd təşkil etdilər, iki dəfə məni öldürmək istədilər. Amma oxları daşa dəydi, niyyətləri baş tutmadı. Onlar Əliyevə divan tutmaq üçün Naxçıvanı blokadaya aldırdılar. Bizi ərzaqdan, neftdən məhrum etdilər. Elektrik enerjisini büsbütün kəsdilər. Bizdə soyuqlar aclıq başlandı. Südəmər körpələr xəstəxanalarda soyuqdan donub ölürdülər. Camaat bağ-bağatı qırıb od qalayırdı. Ev-eşiyi isitmək üçün meyvə ağaclarının 70 faizini kəsib doğradılar. qədər meşə qırıldı. Lakin mən sağ qaldım, xalq da".

 

HEYDƏR ƏLİYEVƏ "MİXAYLO" LƏQƏBİ NİYƏ VERİLMİŞDİ?

 

1969-cu ildə ilk dəfə hakimiyyətə gələrkən Heydər Əliyevə "Mixaylo" ləqəbi verildiyini o dövrün adamları yaxşı xatırlayırlar. Ulu öndər 1997-ci ildə  çıxışlarının birində üçün ona bu ləqəbin veridiyini belə izah edib:

"1969-cu ilin iyul ayında mən Azərbaycana rəhbər seçilərkən Azərbaycanda bu cür hərc-mərclik çox idi. Mən isə ondan öncə işlədiyim vəzifədə bunların çoxunu yaxşı bilirdim. Məni təyin edəndə, çoxları məni tanımırdı, çünki işim elə idi ki, ictimaiyyətdə o qədər məşhur adam deyildim. Fəallar tanıyırdı, amma geniş kütlələr o qədər tanımırdı. Yəni mən orada-burada çıxış etmirdim, televiziyada göstərmirdilər. Ona görə mən bir müddət - təxminən bir ay bundan istifadə etdim, şəxsən özüm bu işlərlə məşğul oldum. Xatirinizdədir, o vaxt adamlar mənə bir ləqəb qoymuşdular: "Mixaylo". Bir neçə əməliyyatı respublikanın başçısı kimi özüm keçirəndən sonra mənə dedilər ki, haradansa fotoşəkillərimi tapıblar, çoxaldırlar, satırlar çox adamlara verirlər ki, məni görəndə tanısınlar. Çünki bəzən mağazalara gedirdim, nöqsanları aşkar edirdim, onlar tanımırdılar mən kiməm, ona görə özlərini çox kobud aparırdılar sonra da çox böyük bəlaya düşürdülər. O vaxt, 28 il bundan öncə, mən bir eksperiment keçirdim. O vaxt bizim tanınmayan işçilərimiz, məxfi işçilər var idi. Onların bir-ikisinə tapşırdım ki, gedin Sabirabada, bir avtomaşın qarpız alın, gətirin bazara satmağa. Görək yolda bunu neçə yerdə saxlayacaqlar, qədər rüşvət alacaqlar. Gətirdilər, onlara da mən tapşırmışdım ki, gizli foto çəkirdilər. O vaxt bu video yox idi, fotoaparatla adamları gizli çəkirdilər. Sabirabaddan buraya gələnə qədər 7-8 yerdə onları saxlamışdılar - bilim, polis işçisidir, yol işçisidir, nədir. O vaxt polis deyildi, milis idi. Hamısı da rüşvət almışdılar. Bu şəkilləri gətirdilər, mən o vaxt daxili işlər nazirini çağırdım, şəkilləri qoydum stolun üstünə tələb etdim ki, o adamlar cəzalandırılsın. Xatirinizdədir, o vaxt mən 5-6 aydan sonra Daxili İşlər Nazirliyinin bütün rəhbərliyini kənarlaşdırdım. Hamısını - naziri , müavinləri işdən çıxardım".

 

"QABİLƏ DEDİM Kİ, SƏN ƏSL KİŞİSƏN!"

 

Heydər Əliyev insanları əməyinə, əqidəsinə, əməlinə, fəaliyyətinə görə seçməkdə fenomenal şəxsiyyət idi. O,  adamların xarakterini psixologiyasını bütün incəlikləri ilə çox tez müəyyənləşdirib qiymətləndirməyi məharətlə bacarırdı. 1997-ci ilə Xalq şairi Qabilin 70 illik yubileyindəki çıxışında Heydər Əliyev çoxlarının Qabildə müşahidə edə bilmədiyi şəxsi nümunəni belə açıqlamışdı:

"... - Yubiley gecəsində çıxış edənlərdən biri dedi ki, Qabil siyasətlə məşğul olmayıbdır. Bu fikir doğru deyil. Qabilin Yanvar faciəsinə həsr olunmuş şeirinin özü siyasətdir. Yaxud, yadımdadır, mən Naxçıvanda olanda Qabil burada qəzetdə çıxış etmişdi Mütəllibova 24 sual vermişdi ki, o, bu suallara cavab versin. Mən o vaxt bu yazını oxudum, fikirləşdim ki, görəsən, Mütəllibov bu suallara cavab verəcək, yoxsa yox? O, həmin suallara cavab verə bilmədi. Qabilin bu sualları verməsinin özü bir vətəndaşlıq şücaəti, mövqeyi idi. Ona görə Qabil heç siyasətdən kənarda qalmayıb, öz fikrini deyibdir.

...Qabil öz çıxışında Mədinə Gülgünün vəfatı ilə əlaqədar Aktyor evində yas mərasimindəki görüşümüzü xatırlatdı. Doğrudan da, o vaxt mən Qabilə dedim ki, sən əsl kişisən. Bu, elə-belə söz deyil. Bu, mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə yazıçılarla görüşlərimdə müşahidələrimin nəticəsi idi beynimdə Qabil haqqında toplanmış bir fikir idi. O fikri mən uzun müddətli ayrılıqdan sonra oradakı görüşümüzdə bildirdim. Yəni bu, adi bir söz deyildi. Bilirsiniz ki, insanlar arasında "sən kişisən, mən kişiyəm" sözləri çox işlənir. Mənim ağzımdan belə şey çıxmaz. Amma o vaxt çıxdı ki, doğrudan da onun yeri idi".

 

HEYDƏR ƏLİYEV ATƏT-in MİNSK QRUPUNUN "ƏRƏ VERMƏK" VAXTININ ÇATDIĞINI NƏYƏ GÖRƏ DEDİ?

 

2001-ci il noyabrın 4-də Heydər Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə növbəti görüşü keçirilir. Həmsədrlərin saysız-hesabsız tamamilə səmərəsiz  səfərləri təbii olaraq Heydər Əliyevi artıq əsəbləşdirirdi. Lakin heç vaxt təmkinini pozmayan Prezident budəfəki söhbət zamanı həmsədrlərin fəaliyyətini ironiya ilə belə qiymətləndirdi:

"... - Mən dünən fikirləşdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq 13 yaşı var. ATƏT-in Minsk qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçibdir, məsələ həll olunmayıbdır. Əgər bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Ona görə də biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır".

 

"SƏNİN İXTİYARIN YOXDUR BUNU ETMƏYƏ!"

 

1997-ci ilin oktyabrında yazıçıların X qurultayı ərəfəsində Heydər Əliyevin gənc nəsildən olan yazıçı və şairlərin bir qrupu ilə görüşündə tənqidçi Vaqif Yusifli ilə maraqlı bir dialoq olur.

"Vaqif  Yusifli (tənqidçi): 20-ci illərin axırlarını, 30-cu illərin əvvəllərini xatırlamaq kifayətdir. Bu illərdə ədəbiyyata yeni nəsil - Azərbaycan sovet ədəbiyyatının yaradıcıları hesab olunacaq gənclər gəlmişdilər: Şairlərdən Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Məmməd Rahim, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, nasirlərdən Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Əbülhəsən, Ənvər Məmmədxanlı və başqaları.

 

Heydər Əliyev: Rəsul Rzanı yaddan çıxardın.

Vaqif Yusifli: Üzr istəyirəm, Rəsul Rza.

Anar: Onu mən tapşırmışam, deməsin.

Heydər Əliyev: Niyə? Sənin ixtiyarın yoxdur bunu etməyə!"

 

  Faiq Sadıqov  

525-ci qəzet.- 2022.- 10 dekabr.- S.9.