"Akademik Nərgiz Paşayeva" adlı virtual sərgi açılıb

 

Dekabrın 12-si Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının akademiki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayevanın doğum günüdür.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Akademik Nərgiz Paşayeva" adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan 525.az-a bildirilib ki, virtual sərgidə fotolar, Nərgiz Paşayevanın müəllifi olduğu əsərlər, eləcə tərtibçisi redaktoru olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

 

525-ci qəzet.- 2022.- 14 dekabr.- S.11.