Təhsildə keyfiyyətə nəzarət: inkişaf üçün vacib amil

 

BU YÖNDƏ YÜKSƏK NƏTİCƏLƏR ƏLDƏ EDİLMƏSİ MƏQSƏDİLƏ BEYNƏLXALQ TƏCRÜBƏ DAVAMLI ÖYRƏNİLİR VƏ TƏTBİQ OLUNUR

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Keyfiyyətə nəzarət sektorunun əsas işi İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarətin təmin edilməsi məqsədilə monitorinqlərin keçirilməsidir. Həmçinin, təhlillərin aparılması keyfiyyətyönlü təkliflərin hazırlanması, təlim prosesinin keyfiyyətinə, təhsilin dövlət standartlarına riayət olunmasına nəzarətin təşkilində iştirak etməsi, təhsilalanların bilik, nailiyyətlərinin qiymətləndirilməsi sisteminin müasir tələblər baxımından inkişaf etdirilməsinə dair təkliflərin hazırlanması sair daxildir. Sektor tərəfindən İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarətin təmin edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir, sözügedən istiqamətlər üzrə mühüm işlər görülür.

2022-ci tədris ili Keyfiyyətə nəzarət sektoru üçün təhsildə keyfiyyəti nəzarət etmək, yeni dövrün çağırışlarından irəli gələn tələbləri yerinə yetirmək istiqamətində görülən işlər, həmçinin, yeniliklərlə zəngin il kimi yaddaqalan oldu.

Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadənin dediyinə görə, sektor tərəfindən təhsildə keyfiyyətin ölçülməsinin beynəlxalq təcrübələrinin araşdırılması həyata keçirilib. Norveç Krallığı Fransa Respublikasının məktəbəqədər təhsil müəssisələrində keyfiyyət təminatı məsələləri araşdırılıb, Birləşmiş Krallıq, AFR, Avstraliya İttifaqı ölkələrinin ümumi təhsildə keyfiyyət təminatı məsələləri, məktəbdaxili qiymətləndirmə mexanizmləri üzrə konkret meyarlarla araşdırmalar aparılıb.

Ümumi təhsil müəssisələrində, lisey gimnaziyalarda tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili vəziyyətinin monitorinqləri aparılıb, davamiyyət dərsdinləmələr həyata keçirilib. 15 təhsil müəssisəsində təmayül siniflərdə 50-yə yaxın dərs dinlənilib təhlil olunub.

Sektor müdiri qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin IX siniflərində buraxılış imtahanları fənləri üzrə keçirilmiş monitorinqlərin keyfiyyət təhlilləri aparılıb aidiyyəti üzrə məlumatların ötürülməsi təmin edilib. BŞTİ-nin tabeliyində olan təhsil müəssisələrinin IX XI siniflərində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanlarının nəticələrinin təhlili aparılıb aidiyyəti üzrə məlumatların ötürülməsi təmin edilib: "Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənn bloku üzrə tədrisin keyfiyyətini daha da artırmaqdan ibarətdir. Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb".

Anar Mustafazadənin sözlərinə görə, təhsil müəssisələrinin bir illik beş illik hesabatlarının aparılması üçün elektron hesabat formaları hazırlanıb təhsil müəssisələrinə təqdim olunmuşdur. Hazırlanan formalar üzrə təhsil müəssisələrinin hesabatları dinlənilib. Təhsil müəssisələrinə nəticə indikatoru (göstəricisi) hədəflərin konkret göstərildiyi illik fəaliyyət planı formaları təqdim olunub, fəaliyyət planlarının tərtibi ilə əlaqədar 58 ümumi təhsil müəssisəsinin rəhbərləri ilə görüşlər keçirilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilən təhsil müəssisələrinin keyfiyyət inspeksiyalarının (keyfiyyət monitorinqlərinin) 35 ümumi təhsil müəssisəsinin təhlil üçün hesabatları əsasında təhsil müəssisələrinin nəticələri sistemləşdirilib. Əldə edilən məlumatlar əsasında Məktəb İnkişaf Planlarının (MİP) yazılması üçün təkliflər hazırlanıb aidiyyəti üzrə ötürülüb. 68 təhsil müəssisəsində operativ monitorinqlərdə iştirak edilib ümumi nəticələri təhlil olunaraq təhsil müəssisələrinə təqdim olunub: "Keyfiyyət monitorinqləri TKTA tərəfindən yaradılan monitorinq qrupları tərəfindən çərçivə sənədində müəyyən edilən keyfiyyət göstəriciləri əsasında məktəb fəaliyyətinin 4 sahəsi üzrə aparılıb.  Bu sahələr şagirdlərin nailiyyətləri, şəxsiyyət kimi inkişafı, öyrətmə qiymətləndirmə, məktəb mühiti, həmçinin, idarəetmənin keyfiyyətini əhatə edir. Məktəb fəaliyyətinin keyfiyyətinin ətraflı dəyərləndirilməsini aparmaq məqsədilə monitorinq heyəti dərs müşahidələri, məktəbin direktoru, müavinlər, psixoloq, fənn metodbirləşmə rəhbərləri ilə müsahibələr, məktəbin infrastrukturuna maddi-texniki bazasına baxış, anonim sorğular s. kimi fəaliyyətlər həyata keçirilib".

Sektor müdiri bildirib ki, şagirdlər üçün nizam-intizam qaydalarının hazırlanması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tərkibində işçi qrup yaradılıb, sənəd forması hazırlanaraq Elm Təhsil Nazirliyinə təqdim edilib.

24 noyabr 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin 6 9-cu siniflərində buraxılış fənləri üzrə Azərbaycan rus bölmələrində, iki variantda monitorinq materialları təqdim olunub. Nəticələri təhlil edilib. 26 noyabr 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin 7 9-cu siniflərində buraxılış fənləri üzrə Azərbaycan rus bölmələrində, iki variantda monitorinq materialları təqdim olunub nəticələrin təhlili işi həyata keçirilib.

Anar Mustafazadənin söylədiyinə görə, oktyabrın 23-dən 30-dək paytaxtın təhsil işçiləri Türkiyədə təcrübə proqramında iştirak ediblər. Təcrübə proqramı Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyinin tərəfdaşlığı ilə reallaşıb. Təcrübə proqramının əsas məqsədi Türkiyə Cümhuriyyətində təhsilin yerli idarəetmə mexanizmləri, elektron idarəetmə işinin təşkili, təhsil müəssisələrində keyfiyyət monitorinqlərinin aparılma qaydaları, maliyyə maddi resursların idarəedilməsinin daha dərindən öyrənilməsindən ibarət olub. Səfər çərçivəsində İstanbul Şəhər Təhsil İdarəsinin rəhbər heyəti ilə fərdi görüşlər keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin, nümayəndə heyəti İstanbulun təhsil müəssisələrini ziyarət edərək müxtəlif istiqamətli müşahidələr aparıb, təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşlərdə tədrisin təşkili, məktəbin səmərəli idarəolunması, istedadlı uşaqlarla , valideynlərlə əməkdaşlıq, gələcəyin məktəb modelləri digər təcrübələrlə tanış olublar. Səfər çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri İstanbul şəhərinin tarixi-memarlıq abidələrini ziyarət edib müxtəlif tədbirlərə qatılıblar: "Məlumat üçün qeyd edim ki,  təcrübə mübadiləsi əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə təşkil olunan qarşılıqlı səfərlərin davam etdirilməsi nəzərdə tutulur".

Sektor müdiri bildirib ki, bununla yanaşı, paytaxtdakı 129 nömrəli tam orta məktəbdə Nizami, Suraxanı Sabunçu rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Keyfiyyətə nəzarət sektorunun təşkilatçılığı ilə keçirilən görüşdə sektorun müdiri Anar Mustafazadə, Nizami, Suraxanı Sabunçu rayonları üzrə məktəb rəhbərləri iştirak edib: "Görüş zamanı məktəb rəhbərlərinə bildirdim ki, tədris ilinin sonunda fəaliyyətə dair təhlilin aparılmasının perspektiv addımların növbəti tədris ilində qarşıda duran vəzifələrin müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumi təhsil müəssisələrinin illik çoxillik spesifik fəaliyyət planlarının tərtibi işlənmə mexanizmlərinin, həmçinin, fəaliyyət planı üzrə hesabatların hazırlanması qaydaları haqqında məlumatları idarəetmə heyətinin diqqətinə çatdırdım. Sonda məktəb direktorlarını maraqlandıran məsələlərə aydınlıq gətirildi, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparıldı".

 

Sevinc QARAYEVA 

525-ci qəzet.- 2022.- 16 dekabr.- S.14.