Millidən qlobala doğru

 

ƏLİ İLDIRIMOĞLU YARADICILIĞI AZƏRBAYCAN NƏSRİNİN FENOMENİ KİMİ

 

Bu günlərdə Azərbaycanda  görkəmli  publisist ,nasir Əli İldırımoğlunun  anadan olmasının  95 illiyi geniş şəkildə qeyd olunub.

Azərbaycanın  Qubadlı rayonunun  Əliquluuşağı kəndində  anadan  olan Əli İldırımoğlu Məmişovun (1927-2020) uzun, mənalı  ömür yolu  üç mərhələdən ibarət olub: 15 yaşından  1951-ci  ilə kimi o, doğma rayonunun müxtəlif  kənd məktəblərində  müəllimlik edib, 1952-ci ildən  1990-cı ilə kimi Əli İldırımoğlu təxəllüsü ilə rayon qəzetlərində jurnalist kimi fəaliyyət göstərib, daha sonra isə  Naxşıvan, Quba və Qarabağda  respublika miqyaslı “Kommunist” qəzetinin  bölgə müxbiri  vəzifəsində işləyib.

Azərbaycanın əməkdar  jurnalistı  Əli İldırımoğlu təqaüdə çıxdıqdan sonra onun həyatında  üçüncü – sonuncu, fenomenal  bir  mərhələ başlayır;  60 yaşlı  publisist  məqalələr və povestlər  ustası özünün  zəngin həyat  hadisələrinə (materiallarına) arxalanaraq Tanrının ona bəxş etdiyi istedadın  və illərlə  qazandığı  mənəvi-əxlaqi  təcrübənin  bütün gücünü geniş həcmli,12 cilddə  toplanmış və 2017-ci ildə -90 illik yubileyi  münasibətilə  nəşr olunmuş romanlarda  əks etdirib. “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Aqibət”, “Zorən jurnalist”, “Həmin adam”, “Silinməz izlər”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Daş yağan gün”, “Əmrahsız qalan dağlar”, “Qarlı gecələr” kimi real hadisələrlə hikmətli roman və hekayələr  yaratmağa yönəltmiş kitabları bu cildlərdə toplanıb.

Nasir - romançı  Əli İldırımoğlunun  yaradıcılıq yolunu dağın zirvəsindən axan  billur  su ilə müqayisə etmək olar.Onun istedadı qiymətli almaz kimi illərlə cilalanıb  və dəyərini göstərib. Yazışının yaradıcılıq yolu onu  pillə-pillə, lakin ardıcıl olaraq  bədii sənətkarlığın zirvəsinə aparıb.

Əli İldırımoğlu  - mahir söz ustası ,böyük novator,milli, mənəvi, mədəni dəyərlərin  və humanizm kimi  ümumbəşəri  ideallların  müdrik  təbliğatçısı, yüksək peşəkarlığa malik nasir- romançıdır. O, həmişə həyat  hadisələrinə  sadiq qalaraq yalnız  şəxsən  gördüklərini, eşitdiklərini, hiss etdiklərini, yaşadıqlarını  qələmə alıb. Əli İldırımoğlunun  nəsrində bədii və  dərin məzmunlu  məziyyətlərlə yanaşı,  hadisələri  “qlobal sıçrama”da təqdim etmək , milli tarixin  konkret  bir dövrünə  ümumbəşəri  (geniş) miqyas vermək ,personajların  daxili, mənəvi-psixoloji  dünyasını  ətraflı  təsvir etmək , həmçinin,  kəskin, dinamik  inkişaf edən  konfliktlər  yaratmaq məharəti də görünür. Nəticədə ədəbi qəhrəmanların  arzu və istəkləri, onların sırf milli xüsusiyyətləri ilə seçilən  mənəvi  iztirabları və şəxsi taleləri bütün  cəmiyyətin ictimai-siyasi  probleminin həlli kimi  oxucuya təqdim olunur.

Əli İldırımoğlunun  zəngin irsi  bu gün,bütünlüklə,  insanın  milli- mənəvi  özünüdərkinin əsas probleminin dərindən bədii tədqiqinə həsr edilib.

Ustadın qarşısında baş əyir və xatirəsini anıram.

 

Abuzər BAĞIROV

“Literaturnaya qazeta”

(¹ 50, 2022-ci il)

525-ci qəzet.- 2022.- 17 dekabr.- S.13.