Florensiya şəhəri və Mediçi
sülaləsi
(Əvvəli
ötən çərşənbə sayımızda)
Nemur
hersoqu Culiano
Culiano Möhtəşəm Lorentsonun axırıncı
doğulmuş oğlu idi. Fransa kralı Fransisk
ona hersoq titulunu vermişdi. O, təkcə bir il (1512-1513-cü illər) hökmranlıq etdi,
lakin onun siyasəti, şübhəsiz olaraq, Mediçi
hakimiyyətinin yenidən qurulmasında müsbət effekt
nümayiş etdirdi.
Beləliklə, hakimiyyətə sahib olmağa təyin
edildikdə Covanni və Culio Romanı tərk etdilər ki,
Florensiyanı idarə etsinlər, çünki
Papalığı da işğal etmək lazım idi. Culiano alicənab, lətafətli
və razılığa gələn adam
idi. İtalyan Renessansında o, ən cazibədar
şəxsiyyət hesab olunurdu. Taleyi ona
uzun müddət hökmranlıq etməyə imkan verməmişdi,
lakin hakimiyyətdə olduğu bir ilin özündə də
ümumi razılıq əsasında fəaliyyət göstərməsi
ilə xarakterizə olunmuşdu.
II Yuli öləndə Culio de Mediçi onu əvəz
etdi, Roma, nəhayət, işğal edildi, bu, Florensiyanın
möhkəmlənməsi üçün lazım idi.
1513-cü ildə Mediçilərə qarşı yeni
qəsdin üstü açıldı, sui-qəsdçilər
içərisində məşhur Makiavelli də var idi. X Leo Culianoya papa ordusunda
bayraqdarlıq vəd etdi. Buna görə o, daimi
Romada olmalı idi və bu məqsədə uyğun olaraq
Florensiyadakı rolundan imtina etdi və bu vəzifə onun əmisi
oğlu, Bədbəxt Pieronun oğlu Lorentsonun əlinə
keçdi. Onun papa qaydalarına tabeliyi
yaxşı məlum idi. Culianonun Florensiyadan
uzaqlaşdırılmasına nail olunduqdan sonra papa onun şərəfinə
artıq qısqanclıq göstərmirdi. Onu
Parmanın və əlavə iki şəhərin
hökmdarı etdi, baxmayaraq ki, Culianonun birbaşa öz
etirafına görə, onu Urbino hersoqu etməyə papa qadir
olmamışdı. Culiano başqa birisini
qanuni hersoq kimi tanımağa məcbur oldu.
Urbino
hersoqu Lorentso
Lorentso papa X Leonun arzusuna tabe olaraq, 1516-cı ildə
Urbinonu işğal etmiş və həmin şəhərlə
bağlı olan hersoq titulunu qəbul etmişdi. Culiano isə
bu tituldan hələ əvvəldən imtina etmişdi.
Lorentso daha böyük hakimiyyətə sahib olmaq istəyirdi
və tələb etdi ki, onu Florensiyanın hamıya
başcılıq edən bir komandanı adlandırsınlar. Ən vacib
Florensiya ailələrinin cəlb olunmasını
böyütmək məqsədini güdən papanın
Manifesti isə onu narazı saldı. O, bunları etməyə
borclu olduğu halda, 70-lər Şurasına həmin ailələrin
nümayəndələrini daxil etməmişdi.
Özünün
siyasi səhnədə görünməsindən az sonra, o, artıq öz ətrafında olan hər
bir kəsin nifrətini qazanmışdı.
Hökmdar öz gözlədiyi kimi tələb etdi ki,
papanın arzularına məhəl qoymaqdan, öz qərarlarını
verməyə qadir olsun, axırıncıların köməyindən
fayda götürmüşdü. O inandırılmışdı ki,
papadan daha qüdrətlidir. Lorentso Leodan iki il
əvvəl, 1519-cu ilin martında öldü. Vaxtindan
əvvəl ölümü onun rəssamlığa və bu
sahənin himayəçiliyinə olan marağı barədə
konkret planını qabaqlamışdı.
Covanni -
papa X Lao pontifiklik tacına 1513-cü ildə
seçilmişdi, buna qədər Florensiyada vəzifədə
idi. Yeni bir "qızıl eraya" ümid bəslənirdi.
Mediçilər və Papalıq. Covanni - papa X Leo
Möhtəşəm Lorentso vaxtilə başa
düşürdü ki, İtaliyada hakimiyyət Romada ciddi
qaydada təmsil olunmadan səmərəli olmayacaqdır.
Ona görə də o, qərara aldı ki, oğlu
Covanni kardinala çevrilsin. 1513-cü ilin
martında kardinal Farneze tərəfindən Covanni papa
adlandırıldı. Gənc, papa
adamların gözlədiklərini doğrultdu. Florensiyada qəsd cəhdi açıldıqda o, ailələrə
müdaxilə etdi və Makiavellini azad etməyə cəhd
göstərdi. Qəsddə şübhəli bilinən
iki adam hedonist və alim idi. Onlar
Papalıq dövlətinin inkişafından daha çox
öz ailələrinin böyüməsi barədə
qayğı çəkirdilər.
X Leo
çoxlu digər şeylərdə də ittiham edildi, o,
Martin Lyüterna başladığı Lüteran
islahatının əhəmiyyətini başa düşməmişdi,
həm də tezliklə Roma ilə əlaqələrini
bütünlüklə kəsən İngiltərə
kralı VIII Henriyə "İnancın müdafiəçisi"
titulunu vermişdi. Ən başlıcası isə
Fransa kralı Fransisklə Müqəddəs Roma imperatoru və
İspaniya kralı V Karlla həlledici diplomatik əlaqələr
yarada bilməmişdi. Onlar İtalyan
dövlətləri üzərində ağalıq etmək
üstündə bir-birilə mübarizə
aparırdılar.
Qəsdçilər cərrah Batist Vertsellinin köməyi
ilə papanı öldürmək istəyirdilər, cərrah
onun anal nahiyəsindəki yaranı müalicə edirdi və
bu yaradan onu zəhərləmək üçün istifadə
etməli idi.
Lakin sui-qəsdin üstü açıldı
və qəsdçilər Sant Ancelo qəsrində dustaq
edildilər. Hakimiyyətdə olan və məşhur
adamların həyatı həmin dövrdə belə idi.
Başqa dövrlər də bu məsələdə
heç də istisna təşkil etmirdi.
X Leonun
papa işlədiyi dövrdə sonuncu təcavüzkar hadisə
baş verdi, fransız ordusu qayıdıb,
1515-ci ildə Milanı işğal etdi.
Buna baxmayaraq, papa Florensiyaya böyük diqqət verirdi. 1519-cu ildən
sonra onun üçün əhəmiyyətli olan ailənin
yalnız qanunsuz doğulmuş və ya evlənməmiş
üzvləri qalmışdı. Lakin vətəndaşlar
Lorentsonu o qədər xoşlamırdılar ki, 1519-cu ildə
onun əhval-ruhiyyəsi pis olanda onlar tam məmnunluq
nümayiş etdirirdilər.
I Fransisklə V Karlın arasındakı müharibənin
ilk fazasında imperiyanın və pontifikin müttəfiq
qoşunları fransızlara qalib gəldilər. Françesko
Maria Sfortsa Milan hersoqu elan edildi. Hadisə
bayram ediləndə papa xəstələndi və 1521-ci ildə
öldü.
Papa ovla məşğul olduğuna görə saray həyatından
həzz alırdı, sarayı şairlərlə, digər
qonaqlarla doldururdu. O, elə adamlardan idi ki, həyatını ifrat həzzə
tabe etməklə ömür sürürdü.
O,
ehtiraslı kolleksiyaçı idi və ədəbi şəxslərin
və görkəmli rəssamların hamisi və dostu idi. O, qədim
Romanın xarabalıqlarının vurğunu idi. Onun hissiyyatı Rafelin hesabına xeyli
şişirdilmişdi, rəssamın Müqəddəs Pyotr
bazilikasının bünövrəsinin qazıntısı
işlərini aparmaq barədəki layihələrinə
xüsusi diqqət göstərirdi. Axı
qazıntılar qiymətli antik əsərlərin
tapılması ilə də müşayiət olunurdu.
Bu
papanın həqiqi dəyəri onda idi ki, o, mədəniyyətə
açıq və alicənab adam kimi
münasibət göstərirdi, rəssamlara, xüsusən
onların məhsuldar dövrlərində konkret imkanlar
yaradırdı. Gözəlliyə can atması onu cəsarətli
etmişdi. O, Rafaelə Vatikandakı Heliodoros otağında
freskanı çəkməyi davam etdirməyə icazə verdi. O, həmçinin, iki kardinalla birlikdə
öz portretinin çəkilməsini Rafaelə sifariş verdi və bu, əsər indiyədək
janrın incilərindən biri kimi qalır. O, həmçinin,
Rafaelin San Petro bazilikasını tikintisinin arxitektoru
adlandırdı və o, Bramantedən sonra bu vəzifəni
öz üzərinə götürdü.
O, Arno və
Tibr çayları, Florensiya və Roma şəhərləri
arasında paralellər aparırdı. Lakin o,
Romanın inkişafından daha çox öz ailəsinin
imicinin böyüməsinə çalışırdı.
Culio -
papa VII Klement
Culio 1523-cü ildə VII Klement adlanmaqla papa seçildi,
o, ekstremal seriyadan ibarət olan hadisələrlə
üz-üzə gəldi. Bunların
sırasına Protestant islahatı, Romanın qarət edilməsi
və Florensiyada respublikanın elan edilməsi idi. 1527-ci ildə Romanın ağır qarətə məruz
qalacağını Savonarola öncədən
görmüşdü və onun proqnozu tam dəqiq oldu. Culionun şəxsi həyatı da problemsiz
olmamışdı, Pasxa messası günündə qətlə
yetirilən Culiananın bastard (haramzada) oğlu idi,
atasının öıümündən bir ay sonra dünyaya
gəlmişdi. Ona bu barədə ittihamlar
yağdırıldıqda, tutarlı cavab vermişdi ki,
qanunsuz doğulmaqda mənim heç bir günahım yoxdur,
buna gərə günah yalnız atamın və ya
anamınkıdır.
Utrextli
Hadrianın qısa müddətli pontifikiliyindən sonra Culio
da Mediçi katolik kilsəsinin ali
başçısı seçildi. O, ailənin ikinci oğlu
idi ki, pontifik tacına yiyələnmişdi və onun
seçilməsi Romada hamı tərəfindən
böyük entuziazmla qarşılandı. Yeni
papa bu gözləmələri yaşayanda böyük çətinliklərlə
üzləşmiş, lakin özünü siyasət dənizində
üzən bacarıqlı dənizçi - naviqator kimi
aparmışdı.
Onun birinci qərarı Florensiyanı fərasətlə
idarə etməyi davam etdirmək oldu. O, gənc qohumu olan kardinal Passerininin
şəhəri idarə etmək sahəsində
icraçı rolunu oynamasını qərara aldı. Sonra Nemur hersoqu Culianonun bioloji oğlu İppoliti
Florensiyaya göndərdi. O, şəhərin gələcək
lideri üçün olduqca dəqiq bir seçim idi.
I Fransisklə
V Karl arasındakı mübarizədə onların hansısa
biri ilə alyansa girmək riskli bir iş
olardı. Bu iki vuruşanın taleyi uğurlu və
ya uğursuz olurdu. 1524-cü ilin son
ayında I Fransisk zəfər qaydasında Milana girdi. Lakin sonra, 1525-ci ildə V Karl Paviada
döyüşü udub, fransız kralı I Fransiski əsir
götürdü.
Bir müddət ispan əsirliyində qaldıqdan sonra V
Karl, iki kiçik yaşlı oğlunu girov vermək şərti
ilə I Fransiski azad etdi. Bir müddət sonra dofin Fransisk və
onun kiçik qardaşı Henri azad edildi, onlar hətta
fransız dilini yadırğamışdılar. Sonralar böyük qardaş Fransisk qəflətən
öləndə, kiçik qardaş II Henri kimi dofin olmaqla,
atası I Fransisk 1547-ci ildə vəfat edəndə
Fransanın kralı oldu.
Papa Liqanın mənəvi lideri olanda İngiltərə
kralı VIII Henri yeni Liqanın sponsoru idi. Papa təklif
etdi ki, Milan hersoqu Sfortsaya qarantiya verilsin, Fransa kralının
yuxarıda göstərilən iki oğlu əsirlikdən azad
edilsin, imperiya əsgərləri Apennin yarımadasından
qovulsun. Situasiya Müqəddəs Liqa
üçün əlverişli görünürdü.
Üç nəfərin donanmadakı,
qoşunlardakı və dini mərkəzdəki liderliyi ilə
Liqa məğlubedilməz kimi görünürdü.
Lakin az sonra bütün bu ümidlərin əbəs
olduğu göründü. V Karlı landknextlər kütləsi,
13 min fanatik lüteranlar xilas etdilər, yarımadaya müdaxilə
edən və qarşısı alına bilinməyən
imperiya ordusu Romaya tərəf hərəkət etdikdə,
papa VII Klement zəif müdafiə təşkil etdi, müdafiəçilərin
ümumi sayı cəmi 4 min nəfərdən ibarət idi.
Lakin onlar gözlənilməyən bir igidlik göstərdilər
və qaçıb gizlənmək əvəzinə,
çünki onlara əslində, belə göstəriş
verilmişdi, şəhərin küçələri ilə
hərəkət edib, adamları müqavimət göstərməyə
qaldırdılar. Və bu hərəkət
uğurlu oldu.
1527-ci ilin mayında Romanın qarət edilməsi, həm
də qan çaylarını əmələ gətirdi. Bu barədə belə bir dəhşətli
təsvir yazılmışdı: "Cəsədlərdən
dəhşətli üfunət yayılırdı, adamlar və
heyvanlar bir yerdə dəfn edilirdilər. Mən
kilsədə itlərin yedikləri meyitləri gördüm.
İndi mən Allahın ədalətini
tanıyıram, hətta bir qədər gec gəlsə də.
Romada təsəvvür edilən günahlar
açıq şəkildə baş vermişdi, sodomiya,
bütlərə sitayiş, ikiüzlülük və aldatma
bunlara daxil idi, biz bu vaxt inana bilərdik ki, bu, heç də cəza
şəklində baş verməmişdir, bu, ancaq Allahın
hökmüdür".
Klement bu vaxt Sant Ancelo qəsrində sığınacaq
tapdı və Mediçilər bir daha yenidən Florensiyadan
qovuldular.
Şəhər isə öz istehkamlarına bel
bağlayırdı, axı onları yaratmağa Mikelancelodan
öz istedadını sərf etməyi xahiş etmişdilər.
Klement vəziyyəti düzgün qiymətləndirib,
imperatorla əlaqələr yaratmaq vasitəsilə vəziyyətin
normallaşması yolunda manevrlər edirdi, 1529-cu ildə onunla
Barselonada gizli qaydada görüşdü. Pontifik imperatorla
razılığa gəldi və ona ali
kilsə qaydasında tac qoyulmasını vəd etdi və bu tədbir
sonrakı ili Boloniyada baş verdi. Əvəzində
isə o, imperial qüvvələrin dəstəyini aldı,
onlar bu vaxt Florensiyanı mühasirədə
saxlayırdılar. Həm də pontifik V
Karlın doğma qızı Marqaritanı Alessandro da
Mediçiyə alacağını vəd etdi.
Florensiyanın mühasirəsi başlandı və şəhərin qəhrəman müdafiəsi heç də faydalı olmadı. On ay davam edən müqavimətdən sonra, taun xəstəliyi nəticəsində zəifləyən Respublika 1530-cu ilin avqustunda təslim oldu. VII Klement Barselonadakı razılaşmanı açıb göstərdi. Baş Şura bir daha yenidən ləğv olundu. Mediçilərin irsi hökmranlığının qurulması konstitusiyada öz əksini tapdı. Klement özü 1534-cü ildə Alessandronun vəzifəyə keçməsi mərasimində iştirak etdi.
Culio dünyəvi adam olmaqla yaxşı xarakterə malik idi. Ailənin hakimiyyətini böyütməyə çalışırdı, bu ona ölümündən sonra da şərəf gətirdi. Həm də o, bacarıqlı himayəçi idi.
Florensiyada o, diqqəti San Lorentso Bazilikasında cəmləşdirilmişdi. Digər kilsənin tikintisinə isə Mikelancelonu nəzarətçi təyin etmişdi. Culio həm də Makiavelliyə "Florensiyanın tarixi"ni yazmağı tapşırmışdı, müəllif bu işi görüb, kitabı VII Klemetə həsr etdiyini yazmışdı.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.-
2022.- 21 dekab.- S.14.