Çətində sınma

 

 

Qəbul et Tanrıdan gələn sınağı,

Darılma, darıxma çətinə düşsən.

Bitir tez özünə sonsuz qınağı,

Çarəmi sınıxsan, sınsan, büzüşsən?

 

 

Belədə yardımçın - səbrin, təmkinin,

Yüz ölçüb, bir biçib verdiyin qərar.

Aydınlıq gətirsin düşüncən, dərkin,

Müşkülün həllinə açılsın yollar.

 

 

Gözləmə, kim gəlib duracaq dayaq,

Bil ki, belələri az olur, çox az.

Min bir bəhanəylə çoxu bir sayaq

Səndən uzaqlaşar şəksiz, danılmaz.

 

Tələsmə, gecikmə, düz-dürüst anı

Ötürmə, qaçırma gələn fürsəti.

Ruhunda inamın xırda imkanı

Uğura çevirər, onda bil qəti.

 

 

Narazı qalma da, gileylənmə ,

Kimsə yetişməzsə əgər dadına.

Olanlar olacaq gəlsə vaxt-vədə,

Rəbbindən yazılıb axı adına.

 

 

Qəbul et Tanrıdan gələn sınağı,

Darılma, darıxma çətinə düşsən.

Bitir öz-özünə sonsuz qınağı,

Çarəmi sınıxsan, sınsan, büzüşsən?

 

Verdiyim söz

 

 

Unutmaram, yox, heç zaman

Kiməsə verdiyim sözü.

bəhanəm, and-aman

Olmur, keçir işin düzü.

 

 

Gecikdirsəm lap azacıq,

Utanıram, darılıram.

Ürəyimdən çıxmır acıq,

Ağrılarım olmur ki ram.

 

 

Qınanan da, öyülən ,

Bax belədə özüməm tək.

Səhvlərindən söyülən

Yenə özüm, yox buna şəkk.

 

 

Vicdanımdan gələr qərar,

Bərpa edir ədaləti.

Etirafla çəkdirir car,

Çəkdirir xəcaləti.

 

 

Şəriksizəm, təkcə, tənha,

Çıxarımda, gəlirimdə.

Ümidim bircə Allaha,

Bir işimdən k

əsir-kəmdə.

 

 

Unutmaram, yox, heç zaman,

Kiməsə verdiyim sözü.

bəhanəm, and-aman

Olmur, keçir işin düzü.

 

Sevincə köklən

 

 

Qüssədən aralan, sevincə köklən,

Yaşa sevə-sevə, zövqlə həyatı.

Doğrunu seçməyi asan bilmə sən,

Olur çox şirinin zəhər alt qatı.

 

 

Olmuşdan ötəri etmək aman-dad

Əsla fayda verməz, de, nəyə gərək?

Nələri qaytarıb geriyə fəryad,

Ya hansı bir işdə eyləyib kömək?

 

 

Cəhd eylə ruhunun nikbinliyilə

Müdam işıqlanar ağlının yolu.

Eşit məsləhəti, qəlbini dinlə,

Olacaq hər günün uğurla dolu.

 

 

Qoru təmkinini çətində, darda,

Gələn ağrılarla inadla savaş.

Onda acizləşər dərd , qubar da,

Əzminlə onları salarsan çaşbaş.

 

 

Sevinc şəfəqini əskik etmə, yox,

Çöhrəndən getməsin qoy bircə an da.

Bu ömür möhləti uzun deyil çox,

Niyə bəsləyəsən kədəri canda?!

 

 

Qüssədən aralan, sevincə köklən,

Yaşa sevə-sevə, zövqlə həyatı.

Doğrunu seçməyi asan bilmə sən,

Olur çox şirinin zəhər alt qatı.

 

 

fayda

 

olsun deyirəm, dinləyən hanı?

İtib kəlamın da dəyər-qiyməti.

İstəsən aşıq ol, söylə dastanı,

Tuş gələrsən lağa aşkar-xəlvəti.

 

Çoxunda büsbütün dəyişib maraq,

Gözlər orda-burda nəsə axtarır.

Baş ayaq yerində, başdadır ayaq,

Adamın qəlbini qəm, qübar sarır.

 

Elə hay qaldırır nadan, naxələf,

Sanırsan yoxdur, yox, bunun əvəzi.

Sınasan tapılmaz ar, şərəf,

Göstərmir doğrunu mizan-tərəzi.

 

Çaşan çox, gedənlər heç nədən küyə

Yönünü bilmədən yol alıb hara?

Biri zurna çalsa hesabsız züyə,

Çalğıda "xoruz"u dönər şüara.

 

Belədə ağzından töksən dürr, zər,

Kim səni eşidər bu hay-harayda.

Yorma da özünü, əbəs tökmə tər,

Gətirməz zəhmətin zərrəcə fayda.

 

olsun deyirəm, dinləyən hanı,

İtib kəlamın da dəyər-qiyməti.

İstəsən aşıq ol, söylə dastanı,

Tuş gələrsən lağa aşkar-xəlvəti.

 

Nəcməddin MÜRVƏTOV

525-ci qəzet.- 2022.- 22 dekabr.- S.15.