Fikrət Əmirovla
bağlı nəşrlər təqdim edilib
Dekabrın 23-də Milli Kitabxanada Xalq artisti, Dövlət Mükafatı laureatı, görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir və Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Fikrət Əmirov. Biblioqrafiya” kitabının və “Qoboy və fortepiano üçün altı pyes” not məcmuəsinin təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib. Tədbirdə çıxış edən
Milli Kitabxananın direktoru professor Kərim Tahirov Fikrət Əmirovun yaradıcılığının
Azərbaycan dövləti
tərəfindən hər
zaman yüksək qiymətləndirildiyini bildirib.
Qeyd olunub ki, “Qoboy və
fortepiano üçün altı
pyes” not məcmuəsi
nəşr olunan dördüncü məcmuədir. Fikrət Əmirov
haqqında nəşr
edilən bu kitablar Bakı şəhərinin bütün
musiqi məktəblərinə
göndərilir.
Tədbirdə Xalq artistləri
Eldar Mansurov, Ramiz Quliyev, Sərdar Fərəcov, Bəstəkarlar İttifaqının
katibi, professor Zemfira Qafarova, Mədəniyyət
Nazirliyinin əməkdaşı
Kamran Musayev, İncəsənət və
Qeyri-maddi Mədəni
İrs Şöbəsinin
baş məsləhətçisi
Vüqar Hümbətov,
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin rəis
müavini Nazim Əliyev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) prorektoru,
professor Gülnaz Abdullazadə,
BMA-nın professoru, Əməkdar incəsənət
xadimi Zümrüd Dadaşzadə və Milli Konservatoriya nəzdində Musiqi Kollecinin direktoru professor Nazim Kazımov çıxış ediblər.
Çıxışlarda təqdimatı keçirilən
nəşrlər yüksək
qiymətləndirilib.
Qeyd olunub ki, Fikrət Əmirovun əsərləri
nəinki Azərbaycanda,
bütün dünyada
tanınır. Dahi bəstəkar Azərbaycan
baletini bir addım daha irəliyə aparıb.
O, “1001 Gecə” nağıllarını
dünyaya tanıdıb.
Dahi Üzeyir Hacıbəylidən
sonra Fikrət Əmirov, Qara Qarayev sənətdə öz üslublarını
yaradan bəstəkarlardır.
Daha sonra bəstəkarın qızı
Sevil Əmirova tədbirin təşkilinə
və nəşrlərə
görə kitabxana rəhbərliyinə və
qonaqlara təşəkkür
edib.
Tədbir
çərçivəsində Milli Kitabxananın əməkdaşları tərəfindən
hazırlanan və “Rəsmi sənədlər”,
“Fikrət Əmirovun musiqi dünyası”, “Həyat və fəaliyyətinin əsas
tarixləri”, “Görkəmli
şəxslər Fikrət
Əmirov haqqında”,
“Əsərləri”, “Fikrət
Əmirovun fikirləri”,
“Haqqında”, “Xatirəsinin
əbədiləşdirilməsi”, “Mükafatları”, “Fotoqalereya”
bölmələrindən ibarət
olan “Fikrət Əmirov” adlı elektron məlumat bazası da iştirakçılara təqdim
olunub.
Sonda tədbir iştirakçıları
Fikrət Əmirovun əsərlərindən və
haqqında yazılmış
ədəbiyyatdan ibarət
geniş kitab sərgisi ilə tanış olublar.
525-ci qəzet.- 2022.- 27 dekabr.- S.9.