Dubay Şəhər kitabxana fondunun sədri Milli Kitabxanada olub
Dekabrın 27-də Birləşmiş Ərəb
Əmirliyinin Dubay Şəhər kitabxana fondunun sədri Məhəmməd Əhməd
Almur Milli Kitabxanada olub.
525.az xəbər verir ki, Milli
Kitabxananın direktoru
professor Kərim Tahirov
qonağı qəbul
edərək onu kitabxanada görməkdən
şad olduğunu bildirib. Direktor qonağa kitabxana haqqında ümumi məlumat verərək Milli Kitabxananın fondu, oxucuların sayı, kitabxanada həyata keçirilən
avtomatlaşdırma prosesləri,
pandemiya dönəmində
Milli Kitabxananın onlayn xidmətlərindən,
eləcə də beynəlxalq layihələr
haqqında geniş məlumat verib. O, kitabxananın beynəlxalq
əlaqələrindən bəhs
edərək bildirib ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-dan artıq
kitabxanası ilə əməkdaşlıq edir.
Direktor danışıq
zamanı gələcəkdə
iki ölkənin kitabxanaları arasında qarşılıqlı anlaşma
memorandumunun imzalanmasını
təklif etmişdir.
Söhbət zamanı cənab Məhəmməd Əhməd
Almur da Milli Kitabxanada olmasından məmnunluğunu
ifadə edərək
Azərbaycan Milli Kitabxanası ilə gələcəkdə beynəlxalq
kitab mübadiləsi işini həyata keçirməyi planlaşdırdığını
qeyd edib. Qonaq kitabxanada
həyata keçirilən
avtomatlaşdırma proseslərini
və onlayn xidmətləri yüksək
qiymətləndirib.
Görüşün sonunda prof. Kərim Tahirov qonağa “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, Milli Kitabxananın ərəb dilində nəşr etdiyi Mir Cəlal Paşayevin “Ədəbiyyatda
romantizm”, “Yevgeniy Bertelsin “Böyük Azərbaycan şairi Nizami”, “Elçin Əhmədovun Şuşa
– Azərbaycanın tarixi
və strateji əhəmiyyətli mədəniyyət
paytaxtı”, “Karabakh
by the roads of victory” kitablarını və Azərbaycanın xəritəsini hədiyyə
edib.
Sonda qonaq Milli Kitabxana
ilə yaxından tanış olub. Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq
əməkdaşlıq zalı”,
“Uşaq bölməsi”,
“Nadir kitablar və kitabxana muzeyi”, “Not nəşrləri və səsyazmaları” şöbələri
ilə tanış olub. Not nəşrləri
və səsyazmaları
şöbəsində xüsusilə
Elektron musiqi bazasının yaranmasını,
fondda mühafizə olunan qramplastinkaların yeni avadanlıqlar vasitəsilə DVD disklərə
köçürülməsini və eləcə də 70-80-ci illərdə
çap edilən not məcmuələrinin Milli
Kitabxana tərəfindən
yenidən nəşr
olunmasını xüsusi
qiymətləndirib.
525-ci qəzet.- 2022.- 29 dekabr.- S.9.