Milli dini həmrəylik
İslam cəmiyyətin milli-dini birliyini sarsıtmağa yönələn hər cür təfriqəçiliyi
qadağan etmişdir. Çünki xalqların inkişaf və tərəqqisi vəhdət halında yaşamaqdan asılıdır.
Birlik və həmrəyliyin olmadığı cəmiyyətlərdə
isə parçalanma,
kin, nifrət və düşmənçilik hökm
sürər. Uca
Rəbbimiz Qurani-Kərimin
"Ali-İmran" surəsinin
yüz üçüncü
ayəsində: "Hamılıqla
Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın
və (firqələrə
bölünüb bir-birinizdən)
ayrılmayın! Allahın sizə
verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən.
O sizin qəlblərinizi
(islam ilə)
birləşdirdi və
Onun neməti sayəsində bir-birinizlə
qardaş oldunuz. Siz oddan olan bir
uçurumun kənarında
ikən O sizi oradan xilas etdi..."
buyuraraq birliyin önəminə bir daha diqqət çəkmiş, düşmənçiliyin
və çəkişmənin
nə qədər təhlükəli olduğunu
xəbərdar etmişdir.
Milli-dini birlik həm də, güclü millət və dövlət olmağın
əsas şərtidir. Buna görə də milli-dini birliyə yönəlmiş hər cür mənfi fikir və ideyaların
yayılmasının qarşısı
alınmalıdır. Belə zərərli ideyaların
yayılmasında söz
və vicdan azadlığından sui-istifadə
isə yolverilməzdir.
Çünki söz və
vicdan azadlığı
əslində hər ağıla gələnin
söynənilməsi deyil,
cəmiyyət üçün
faydalı ideyaların
irəli sürülməsidir.
Bu səbəblə də müsəlman Allah Rəsulunun (s) buyurduğu
kimi ya xeyir
söyləməli, ya
da susmalıdır.
Uca Yaradan Qurani-Kərimin "əl-İsra"
surəsinin 53-cü ayəsində
Həzrət Məhəmmədə
(s) xitab edərək buyurmuşdur ki, "bəndələrimə de, gözəl
sözlər söyləsinlər,
yoxsa şeytan onların arasına fitnə-fəsad salar".
Anlaşıldığı kimi, milli-dini həmrəylik dövlətlərin
varlığını qoruyub-saxlayan
əsas amildir. Bu dəyərlərdən məhrum
dövlətlərdə isə
əmin-amanlıq olmadığı
kimi, onların gələcəyi də sual altında olar. Cəmiyyətdə birlik və
həmrəyliyi qoruyub
saxlamaq üçün
hər kəsin üzərinə müəyyən
vəzifələr düşür.
Bunların ən mühümü
insanların şəxsi
maraqlarını kənara
qoyub, millətin mənafeyini üstün tutmasıdır. Əgər hər
kəs öz üzərinə düşənləri
ümumi mənafe naminə yerinə yetirərsə, cəmiyyətdə
əmin-amanlıq hökm
sürər. Əks təqdirdə,
dinclik pozular, bölücülük cəmiyyəti
parçalayaraq məhvə
sürükləyər.
Şübhəsiz ki, millətimizin tarix boyu əldə
etdiyi zəfərlərinin
təməlində dini
və milli birlik dayanmaqdadır.
Milli müxtəlifliyə
gəlincə, bəşər
övladının müxtəlif
qəbilə və xalqlara ayrılması bir gerçəklikdir. Məsələnin
hikmətini isə
Allah-Təala Qurani-Kərimdə
belə açıqlamışdır:
"Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə
tanış olasınız deyə sizi xalqlara və
qəbilələrə ayırdıq.
Şübhəsiz, Allah yanında sizin
ən dəyərliniz
ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır" (Hucurat
surəsi 13).
Anlaşıldığı kimi, insanlar bir-birini tanısınlar deyə müxtəlif millət və qövümlərə ayrılmış
və hər xalqın da öz ünsiyyət vasitəsi, mənsubiyyəti,
mədəniyyəti və
digər dəyərləri
vardır. İrqlərin və millətlərin
olması, həmçinin,
onlar arasında fərqlilik ixtilafa gətirib çıxarmalıdır.
Bu müxtəliflikdəki hədəf Uca Yaradanın da buyurduğu kimi ancaq tanışlıqdır.
Həzrət Məhəmmədin (s) səhabələrinə nəzər
yetirdikdə onların
içərisində müxtəlif
millət və irqlərin nümayəndələrinin
olduğunu görərik.
Məsələn, fars mənşəli
Salman əl-Farsi, yunan mənşəli Süheyb, efiyopiyalı mənşəli - qara dərili Bilal Həbəşi. Həzrət
Peyğəmbər (s) həmin
şəxslərə olduqca
böyük hörmət
və ehtiramla yanaşmış, onları yüksək dəyərləndirmiş,
ərəb mənşəli
səhabələrdən heç
fərqləndirməmişdir.
İslama görə insanları bir-birindən fərqləndirən
meyar zahiri görkəmləri deyil, mənəvi zənginlikləri
və təqvadır. Allah Elçisi
(s) hədislərinin birində
bu cəhətə belə diqqət çəkmişdir: "Ərəbin
əcəm üzərində,
ağın isə qara üzərində heç bir üstünlüyü yoxdur,
üstünlük ancaq
təqvaya görədir".
İslam qardaşlıq dinidir. Birlik və vəhdətə əsaslanan bu qardaşlıq münasibətlərində
isə hətta ümu-küsüyə və
ən kiçik ədavətə belə yer olmamalıdır: Allah-Təala Qurani-Kərimin Hucurat surəsinin onuncu ayəsində bu xüsusa belə diqqət çəkmişdir: "Şübhəsiz
ki, möminlər qardaşdırlar. Ona görə
də (aralarında ədavət olan) qardaşlarınızı barışdırın
və Allahdan qorxun ki, sizə
rəhm olunsun".
Əsrlərcə xalqımıza hakim olan və əcdadlarımızdan
bizə miras qalmış bu qardaşlıq gücümüzə
güc qatmış və vətənin hər şeydən üstün tutulmasına səbəb olmuşdur.
Elə 44 günlük
Vətən müharibəsində
qələbəmizi təmin
edən əsas amillərdən bir də məhz Ali Baş Komandanımızın
ətrafında sıx
birləşərək dəmir
yumruq olmağımızdır.
Təəssüf ki, bu gün də birliyimizi pozmağa və müqəddəs dəyərlərimizi sarsıtmağa çalışanlar vardır. Bunlar çirkin məqsədlərini həyata keçirmək üçün müxtəlif vasitələrə əl atır, hər cildə girir, hətta dindən də sui-istifadə edirlər. Lakin onların bu siyasəti sağlam fikirli millətimizin sarsılmaz iradəsi qarşısında mütləq iflasa uğrayacaqdır.
Bildiyimiz kimi, Azərbaycan tarixən İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olmuşdur. Eyni zamanda, ölkəmiz İslam mədəniyyətinə, elminə böyük töhfələr vermişdir. Buna paralel olaraq, dünyəviliyə, sivilizasiyalararası, dinlərarası dialoqa, müasirliyə münasibətdə həmişə İslam dünyası üçün örnək olmuşdur. Başqa sözlə, Azərbaycan Qərbə münasibətdə İslam dünyası üçün, Şərqə münasibətdə isə Qərb üçün bir nümunədir. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dini abidələr təmir edilib. İslam dünyasında ilk dəfə olaraq vəhdət namazları qılınıb. Vəhdət namazı ilk dəfə Heydər məscidindən başlanılıb. Bu qardaşlıq nümunəsi dövlətimizin həyata keçirdiyi siyasətin nəticəsidir.
Unutmayaq ki, müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasının əsas şərti milli-dini birlik və həmrəyliyimizdir.
Dünya azərbaycanlılarının birliyinin yaradılmasının əhəmiyyətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Ulu öndərimiz Heydər Əliyev, 1991-ci ilin 16 dekabrında dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Elə həmin ildən başlayaraq 31 Dekabr bütün azərbaycanlıların əziz bayramına çevrilmişdir.
1992-ci ildən başlayaraq isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Əziz soydaşlarımız, fürsətdən
istifadə edərək sizi
qarşıdan gələn Həmrəylik bayramı
münasibəti ilə təbrik edir, Uca Yaradandan ölkəmiz
və millətimiz üçün birlik və həmrəylik arzulayırıq.
Səyyad
ARAN
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin
I müavini, Filologiya elmlər namizədi
525-ci qəzet.- 2022.- 29 dekabr.- S.7.