Qahirədə Azərbaycan haqqında kitabların təqdimatı olub

 

Dünyanın 51 ölkəsinin qatıldığı 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində misirli tədqiqatçı Əhməd Tərabikin Azərbaycanın Vətən müharibəsinə həsr etdiyi "Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi" Əhməd Sami Elaydinin ərəb dilinə tərcümə etdiyi məşhur şərqşünas alim Yevgeni Bertelsin "Nizami Gəncəvi yaradıcılığı" kitablarının təqdimatı olub.

 

525.az xəbər verir ki, tədbirdə Misir ictimaiyyətinin nümayəndələri, jurnalistlər, sərgiyə gələn ziyarətçilər, diaspor nümayəndələri Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbiri açan Azərbaycan Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, sərginin ölkəmizə dair stendində nazirliyin nəşriyyatında çapdan çıxmış kitablar nümayiş etdirilir. Onların sırasında ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyevin fəaliyyəti, Azərbaycanın tarixi mədəniyyəti haqqında nəşrlər var.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görmüş "Dəmir yumruq...2020-ci ilin Qarabağ müharibəsi" kitabının müəllifi Əhməd Tərabik özünün tədqiqat əsəri haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsi ərazi bütövlüyünü bərpa etməsi bütün dünyada, o cümlədən, ərəb ölkələrində mühüm bir hadisə kimi qiymətləndirilib. Kitabda müharibənin xronologiyası, həmçinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətləri beynəlxalq media orqanlarına müsahibələrindən əsas məqamlar yer alıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin nəşr etdirdiyi "Nizami Gəncəvi yaradıcılığı" kitabını ərəb dilinə tərcümə etmiş Ayn-Şəms Universitetinin professoru Əhməd Sami Elaydi tədbir iştirakçılarına dahi Azərbaycan şairi mütəfəkkirinin həyatı zəngin ədəbi irsi barədə ətraflı məlumat verib. O, bu qiymətli əsərin ərəbdilli elm xadimləri tələbələrə təqdim edilməsini mühüm hadisə adlandırıb.

 

Tədbirin sonunda kitabların müəllifləri iştirakçıların suallarını cavablandırıblar.

 

525-ci qəzet.- 2022.- 1 fevral.- S.8.