Zülmün tablosu

 

 "Bir rəsmin dedikləri"

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Sənubər Hacıyeva İlyaslıdır. Onunla rəssam Haşmet Akalın "Baladız hekayəsi" əsəri haqqında danışmışıq.

 

***

 

- Əsərə keçmədən öncə rəssam haqqında qısa məlumat verə bilərsinizmi?

 

- Haşmet Akal 1918-ci ildə İstanbulda anadan olub. O, şair Rasim Haşmetin oğludur. Rəssam İstanbulda yerləşən Galatasaray Haydarpaşa məktəblərində təhsil alıb. Rəssam özü kimi istedadlı gənc rəngkarlarla birgə 1940-cı ildə "Yenilər", yaxud "Liman qrupu" adlanan yeni bir cərəyan yaradır. Bu qrupun ilk sərgisi həmin il mart ayının 28-də Beyoğlunda yerləşən Jurnalistlər Cəmiyyətində olur, bu cərəyanın ilk sərgisinin mövzuları Anadolu insanın məişəti, yaşadıqları İstanbul limanları idi. Həmin dövrdə insanların problemlərini, çətin həyat şəraitlərini kətana köçürmək bu cür  əsərlərdən ibarət bir sərgi açmaq sənətkardan  cəsarət tələb edirdi.

 

1946-cı ildə akademiyanı bitirən H.Akal dövlət hesabına Parisə gedir, burada Andre Lhote Fernand Leger kimi rəssamların emalatxanalarında işləmə şansını fövtə vermir. O, bir müddət Jean Metzengerin yanında işləyir. Rəssam şimali Fransada yeni bərpa olunmuş bir kilsədə keçirilən yarışda qalib gəlir.

 

Yarış divar rəsmləri ilə bağlı idi bu birinciliyə görə o, yaşadığı Valenciennes qəsəbəsində məşhurlaşır. H.Akal 1953-cü ildə vətənə qayıdır. 1954-cü ildə bir bankın "İstehsal" adı altında açdığı yarışda "Balıqçılar" kompozisiyası ilə çıxış edir. Yarış rəssama uğur gətirir elə həmin il Beyoğlu Şəhər Qalereyasında köhnə yeni əsərlərindən ibarət sərgi açır.

 

- Keçək rəsmimizə. Rəsmdə baş verir?

 

- Türkiyənin cənub-qərbində yerləşən İspartanın kiçik bir əyaləti Baladızda baş verən kəndli-ağa qarşıdurmasının leytmotiv kimi seçildiyi bu tablo çox güman ki, rəssamın yaradıcılığının ilk dövrlərinə aiddir. Burada Anadolu insanının illərlə haqsızlığa məruz qalaraq sonda çıxış yolunu qatil olmaqda tapdığını görürük. Əsəri bir cümləlik atalar sözümüzlə izah etmək olar: "Mərdi qova-qova namərd edərlər". Təbii ki, əksər hallarda mərdi başqa heç bir şəkildə namərd birisinə çevirmək olmur. Əgər xislətində yoxdursa, təbii ki. Əsər real həyatda yaşanmış bir hadisə ilə bağlıdır. Hadisənin şahidlərinin bəziləri hələ də yaşayırlar. Burada mərd Anadolu insanı - baladızlılar, namərd isə Abdullah ağadır. Haqqında mahnılar bəstələnən bu hadisə elə mahnılardan birində də deyildiyi kimi, 1946-cı ildə baş verib:

 

1946'nın yazında

 

Baladız'ın harmanları savrulur,

 

Demir Arif toprağında tozunda

 

Ecel gelmiş kuşlar gibi çevrilir,

 

Çevrilir ağam.

 

Haciz geldi ocakları bozuyor,

 

Kimi vergi, kimi sorgu yazıyor.

 

 

 

Can dayanmaz kul canından beziyor,

 

Böyle olursa demir kalmaz sivrilir,

 

Sivrilir ağam.

 

Akıl ermez şu feleğin işine,

 

Ağa olmak, paşa olmak boşuna,

 

Bir taş değer gelir bir gün başına,

 

İnsan oğlu baki değil devrilir,

 

Devrilir ağam.

 

Abdullah kişi ağa olmuşdu, lakin insan ola bilməmişdi. Mahnıda da deyildiyi kimi, o, əhalinin var-yoxunu əlindən alır, şəxsi mülklərini, torpaqlarını sənədləşdirərək öz adına keçirir onları özü üçün işləməyə məcbur edirdi.

 

- Necə oldu ki, çıxdılar ölüb-öldürməyə?

 

- Yay aylarından biri idi... bu günlərin birində əhali kəndi gəzməyə çıxan Abdullah ağadan onların mülklərini özlərinə qaytarıb bu əzaba son qoymağını xahiş edir. Lakin o, bunu heç vaxt etməyəcəyini deyir. Ancaq özü bilmirdi ki, o, bununla öz sonunu hazırlayır. Çünki artıq baladızlıların səbir kasası daşmışdı. Ona tərəf gələn izdihamdan qorxan Ağa onlara atəş açır. Bir neçə nəfər yaralansa da, insanları fikrindən döndərə bilmir və baladızlılar Abdullah ağanı daş yağmuruna tuturlar. İspartadan polis gəlsə də, heç cür içi qəzəb dolu bu insanların qabağını kəsə bilmir. Abdullah ağanın labüd ölümü gerçəkləşir. Polis onu xəstəxanaya, əhalini isə İspartaya aparır. Qadınları və uşaqları sərbəst buraxsalar da, 42 nəfər kişini həbs edirlər.

 

Ruhi Sarı bu hadisədən təsirlənərək "Baladız ağısı" adlı mahnı yazır və bu mahnını Edip Akbayram, sonralar isə başqa sənətkarlar oxuyurlar.

 

- Əsər hazırda harda saxlanılır?

 

- Əsər şəxsi kolleksiyada saxlanılır.

 

- Əsərin rəng koloriti və kompozisiyası barədə nə deyə bilərsiniz?

 

- Tabloda tünd rənglərdən və pastel tonlarından daha çox istifadə olunub. Ön planda rəngdə baş örtülü qadının ağanı daşlayan insanın anası olduğu hiss edilir. Bu, onun hərəkətlərində və üz ifadəsindən bilinir. Əsərdə rəssamın əsas məqsədi Anadolu insanının əziyyətlərini kətana köçürməkdir. Baladız hekayəsi adlanan əsərdəki hər bir xırdalıq gerçəkliyə uyğun olmasa da, rəssam həmin hissləri - qorxu-hürkünü, qəzəbi, qisası göstərə bilib. Kompozisiyada gərginlik və sükut həlli ilə təzadın göstərilməsi rəng çalarları ilə davam edir. Bir az da diqqət yetirsək, kompozisiyadakı rəng təzadını da seçə bilərik. Həmin fiqurdan sağda daha açıq və əlvan rənglərdən istifadə olunmasına baxmayaraq, solda daha tünd koloritə müraciət edilib. Hətta eyni bir rəngin müxtəlif çalarlarından istifadə olunub. Bu, özünü təpənin və ətəkdəki evin damının rənglərində büruzə verir. Burada o qədər də nəzərə çarpmayacaq dərəcədə qəhvəyinin və qırmızının bir ton açığından istifadə olunub.

 

Əsərdə polisin müqavimətinə məhəl qoymayan bir insanın Abdullah ağanın üzərinə böyük bir daş endirmək üzrə olduğu, ağanın da bundan xilas olmağa çalışması göstərilib. Mənim fikrimcə, rəssam burada heç kimin öz taleyindən qaça bilməyəciyini vermək istəyib. Qadınların, uşaqların və yaşlıların üzlərindəki qorxu, eyni zamanda, polislərdən gizlənmək cəhdləri uğurlu şəkildə tabloya köçürülüb. Anaların üzlərində qayğı və kədər öz ifadəsini tapıb. Gələcəkdən bixəbər analar uşaqlarını sakitləşdirməyə çalışırlar. Bu hadisədən narahatçılıq keçirən və ön planda verilən insanlardan fərqli olaraq daha arxa planda verilən obrazlar bir insanın ölümünü izləyə biləcək qədər qəzəbli idilər. O obrazlar insanda "istəsələr kömək edə bilərlər, amma etmirlər" təəssüratı yaradırlar.

 

- Əsərdə insanlarla yanaşı, bir heyvan və məişət əşyaları da təsvir olunub.

 

- Həmin əşyalarla rəssam göstərir ki, Ağa onları qovub, insanlar heç uşaqlarını geyindirməyə fürsət belə tapmayıblar. Əsərdəki hadisə yay günəşinin yandırdığı təpələrin ətəyində təsvir edilib. Gölün ətrafından başlayan meşə uzaqlara uzanır və bunun nəticəsində perspektiva yaranır. Əsərdə ağanın öldürüldüyü tərəfdə biz müəyyən bir postamentin üzərində quraşdırılmış uzun bir dəmir parçası görürük. Əgər bir az da diqqət yetirsək. görərik ki, onun vasitəsilə rəssam sanki kompozisiyanı iki hissəyə bölübbu da əsərə təzad gətirib. Bu fiqurdan sol tərəfdə insanların talelərinin həll olunmasına, gərginlik, qisas, qəzəb kimi hisslərin baş alıb getməsinə baxmayaraq, sağ tərəfdə həyat çox sakit tərzdə davam edir. Gölün ətrafındakı yaşıllıq, meşəlik və təmiz havanın, sükutun duyulması bəlkə də, əsərdəki bu gərginliyi azaltmağa xidmət edir. Mənim fikrimcə, bələkdəki körpənin əl hərəkəti belə boşuna çəkilməyib. Çünki əsl rəssamın tablosunda təsadüfi heç bir şey olmamalıdır. Bu, azadlıq istəyinin simgəsi olmalıdır. Yəni Abdulla ağadan xilas olduqlarını rəssam vurğulamaq istəyib.

 

- Bu rəsm bizə nə deyir?

 

- Əsərdə nifrət və kədər hissləri çox güclüdür. Ona görə də bu əsər bizə müsbət keyfiyyətlərimizin daha çox olması üçün çalışmalı olduğumuzu deyir. Çünki "Abdullah ağa"ları yaxşı sonluq gözləmir. Bu əzab fizikiola bilər, mənəvi də.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 2 fevral.- S.21.