İrəvan Gimnaziyası - 140 yaşlı təhsil məbədi

 

 

XIX əsrin əvvəllərində Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra müxtəlif sahələrdə olduğu kimi, təhsil məktəb sahəsində öz maraqlarını təmin etməyə başladı. İlk öncə Cənubi Qafqazda yeni tipli qəza məktəblərinin təşkilinə başlanıldı beləliklə, 1832-ci ilin yanvar ayının 14-də İrəvanda ilk qəza məktəbi açıldı. Bu qəza məktəbində rus başqa millətlərin uşaqları ilə yanaşı, azərbaycanlılar da təhsil almağa başladılar. 1836-cı ildə İrəvan qəza məktəbində 5 nəfər azərbaycanlı təhsil alırdı. 1836-cı ildə qəza məktəbində ilk dəfə Azərbaycan dilini əslən Dərəçiçəkdən olan Mirzə Molla Tağı Mahmud oğlu tədris etmişdi. Araşdırmalardan məlum olur ki. Mirzə Molla Tağı Mahmud oğlu Azərbaycan, rus erməni dillərində dərs demişdi. O, burada 1856-cı ilin aprel ayına - vəfatına kimi pedaqoji fəaliyyət göstərmişdi. Bundan sonra həmin dərsi, o ilin noyabr ayına qədər, başqa millətdən olan müəllimlər tədris etmişdilər. 1856-cı ilin noyabr ayından isə Mirzə Molla Ələkbər Elxanov qəza məktəbində şəriət tatar (Azərbaycan dili) dilini tədris etməyə başlayıb.

 

1838-ci ildə İrəvan qəza məktəbinin binası yanıb, elə həmin ildə İrəvanın ən zəngin adamlarından olan Seyid Hüseynin şəhərin mərkəzində yerləşən mülklərindən birini 125 tümənə (500 rubla) icarəyə götürüblər.  İrəvan qəza məktəbi 1843-cü ilə qədər Seyid Hüseynin həmin mülkündə fəaliyyət göstərib.

 

1839-cu ildən 2 sinifli İrəvan qəza məktəbi 3 sinifli qəza məktəbi kimi fəaliyyət göstərməyə başlayır. İlk vaxtlar açılan 1 2 sinifli qəza məktəblərində isə şəriət, rus dili, ana dili, elmi-hesab fənləri tədris edilir. İrəvan qəza məktəbində yerli dillərin tədrisinə xüsusi diqqət yetirilib. Yerli xalqın dili olaraq Azərbaycan dili tədris edilib. 1841-ci ildən Azərbaycan dili dərslərinin saatı artırılıb eyni zamanda tarix, coğrafiya, hüsnxət fənlərinin tədrisinə başlanıb.

 

15 mart 1868-ci ildə Qafqaz Təhsil Dairəsi İrəvan qəza məktəbinin 3 sinifli progimnaziya kimi fəaliyyət göstərməsi ilə bağlı qərar verir. Artıq qəza məktəbi 1 sentyabr 1868-ci ildən progimnaziya kimi fəaliyyət göstərməyə başlayır. Progimnaziyanın 1-ci sinfində başqa fənlərlə yanaşı, latın dili, fransız dili təbiət fənləri tədris edilir. 3 sinifli progimnaziya 1869-cu ildən 4 sinifli progimnaziyaya çevrilir. Vaxtilə İrəvan qəza məktəbində dərs deyən müəllimlər fəaliyyətlərini progimnaziyada davam etdirirdilər. Həmin müəllimləri progimnaziyada nəzarətçilər adlandırırdılar. 1871-ci ildə progimnaziyanın ilk buraxılışı olub. Progimnaziyanı ilk buraxılışında 96 nəfər bitirmişdi ki, onlardan da bəziləri Tiflis gimnaziyasında təhsil almağa getmiş, böyük əksəriyyəti isə yerli müəssisələrdə işlə təmin edilmişdi. İrəvan progimnaziyasında 1869-cu ildə 17 azərbaycanlı təhsil alırdısa, 1881-ci ildə onların sayı 34 nəfər idi.

 

 

 

Progimnaziya 31 mart 1881-ci ildən 5 sinifli gimnaziyaya çevrilir bura keçmiş müstəntiq Vladimir Brajnikov müdir təyin edilir. 1882-ci ildə həftədə 5 gün Azərbaycan dili tədris edilirdi. 1883-cü ildə İrəvan gimnaziyasında Azərbaycan dilini 24, erməni dilini isə 3 nəfər öyrənirdi. Vaxtilə gimnaziyanın inspektoru işləmiş P.İ.Tverdomun qeydlərində göstərilir ki, Azərbaycan (o zamankı deyimlə "tatar") dilini rus şagirdlər çox böyük həvəslə öyrənir bu dildə sərbəst danışmağa can atırdılar. 1888-ci ildə İrəvanın Şeyxülislamı gimnaziyaya baş çəkərkən Firidun bəy Köçərlinin dərs dediyi 2-ci sinfə daxil olanda 2 rus şagirdin - Qrozdov Şpakovskinin Azərbaycan dilində verilən bütün suallara sərbəst düzgün cavab verdiyini, bu dildə şeir söylədiklərini məmnunluqla seyr etmişdi. Gimnaziyada həftədə 14 saat Azərbaycan dili, 5 saat isə şəriət tədris edilirdi. Azərbaycan dili bütün siniflərdə müxtəlif millətlərdən olan tələbələrə öyrədilirdi.

 

Bundan əlavə, gimnaziyada hesab, həndəsə, coğrafiya, tarix, təbiət elmləri rus, fransız, alman dilləri, xəttatlıq, musiqi, işgüzar münasibətlər fənni tədris edilirdi.

 

Gimnaziyaya qəbul olmaq istəyən hər bir kəs ilk növbədə onun nəzdində fəaliyyət göstərən hazırlıq sinfini bitirməliydi. Qəbul hər il dekabrın 8-23 arası keçirilirdi. Tətil müddəti isə 15 iyundan 15 sentyabra qədər idi.

 

İrəvanın məşhur zadəganlarından Həmid Paşa Hacı Şükür xan oğlu Paşa xan Makinski 1884-cü ildə bir il İrəvan gimnaziyasının fəxri himayədarı olmuşdu. Gimnaziyanı ilk buraxılış ili olan 1885-də 36 nəfər bitirmişdi, məzunlardan 28 nəfəri müxtəlif şəhərlərdə fəaliyyət göstərən universitetlərə daxil olmuşdu.

 

1886-cı ildə İrəvan gimnaziyasının məzunu Məmməd bəy Qazıyev Moskva Universitetinin Hüquq, 1887-ci il məzunu Əsədulla bəy Kəngərlinski isə Xarkov Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Onu da qeyd edək ki, Əsədulla bəy Kəngərlinski sonralar Naxçıvan Daxili İşlər Nazirliyində məsul vəzifədə çalışmışdı.

 

Gimnaziyada təhsil müəssisələrində daha çox xanların, bəylərin, imtiyazlı ailələrin, zəngin adamların övladları təhsil alırdılar. Onlar gimnaziyanı bitirdikdən sonra təhsillərini dünyanın ən məşhur universitetlərində davam etdirə bilirdilər.

 

Xalqımızın böyük mütəfəkkir oğlu, ədəbiyyatımızın yorulmaz tədqiqatçısı, dilimizin saflığı varlığı uğrunda böyük mübariz. Firidun bəy Əhməd bəy oğlu Köçərli on il (1885-1895) İrəvan gimnaziyasında dərs demiş, İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin təşəkkülünə ciddi təsir göstərmiş aparıcı fiqurlarından biri olmuşdu. İrəvanda F.Köçərliyə yerli ziyalılardan Fars Abbas, Axund Məmmədbağır Qazizadə, Məşədi İsmayıl Hacı Kazımzadə kimi açıqfikirli ziyalılar yaxından köməklik göstərirdilər. Qafqaz Təhsil Dairəsi rəhbərinin 30 oktyabr 1895-ci il tarixli əmri ilə F.Köçərli İrəvan gimnaziyasından Qori (Zaqafqaziya) Müəllimlər Seminariyasına köçürülür. Onun yerinə 1895-ci ildə Qafqaz Təhsil Dairəsinin əmri ilə İsmayıl bəy Şəfibəyov təyin edilir. İsmayıl bəy Şəfibəyov 1859-cu ildə Şuşada anadan olmuş, 1887-ci ildə Cəlil Məmmədquluzadə ilə birlikdə Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmişdi. Gimnaziyadan əvvəl isə İsmayıl bəy Azərbaycanın müxtəlif bölgələrində - Şuşada, Xaçmazda digər yerlərdə pedaqoji fəaliyyət göstərmişdi. İ.Şəfibəyov Azərbaycan dilini tədris etməklə yanaşı, gimnaziyada tərbiyə işləri üzrə köməkçi vəzifəsində çalışırdı.

 

Azərbaycanlı ziyalılardan Məşədi İsmayıl Hacı Kazımzadə ("Bəzmi"), Rəşid bəy Şahtaxtinski, Mirzə Məmməd Şeyxzadə bir müddət gimnaziyada dərs demişlər. M.M.Şeyxzadə həm İrəvan quberniyası müsəlman icması məclisinin Şərur-Dərələyəz üzrə nümayəndəsi olmuşdu. Ondan sonra - 1910-cu illərdə gimnaziyanın azərbaycanlılar bölməsinə Şeyx Əbu Səttar Əli Əkbər Kazımov rəhbərlik etmişdi.

 

Gimnaziyada 1915-ci ildə 141 nəfər azərbaycanlı təhsil alırdı. Azərbaycan elminə öz töhfələrini vermiş dünya şöhrətli alim, akademik Mustafa boy Topçubaşov, görkəmli ictimai xadim, tibb elmləri doktoru, professor Əziz Əliyev, ictimai xadim Maqsud Məmmədov, görkəmli tarixçi alim, professor Mehdixan İrəvanski, görkəmli dilçi alim Miryusif Mirbabayev, İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin tərəqqisində böyük xidmətləri olan Abbas ağa Fərəcov, Qulam Fərhadov, Mehdi Kazımov, Əsədulla bəy Kəngərlinski, Mirhüseyn Mirbağırov, Adil Əkbər bəy Qaziyevlər, Hüseynağa Şahtaxtinski, Əslidar Muğanlinski, Teymur Makinski, Əkbər ağa Şeyxülislamov, Aslan bəy Nabatəlibəyov, Mirzə Bağırbəyov, Seyfulla Süleymanov başqaları gimnaziyanın məzunları olublar.

 

Mənbələrdən aydın olur ki, gimnaziyanı bitirib İrəvan quberniyasının müxtəlif bölgələrində müəllim yaxud dövlət qulluğuna gedənlər, əsasən azərbaycanlılar idi. Hətta gimnaziyanı əla qiymətlərlə bitirən məzunlara rus müsəlman qanunvericiliyi fənnindən gimnaziyada həftədə 4 dəfə mühazirə oxumaq İrəvan quberniyasında özəl dünyəvi məktəb açmaq səlahiyyəti verilirdi bu səlahiyyətlərə malik olan şəxslərin Azərbaycan dilini bilməsi vacib idi.

 

Göründüyü kimi, bu yaxınlarda 140 illiyi tamamlanan İrəvan Gimnaziyası təhsil tariximizin şərəfli səhifələrinin yazıldığı möhtəşəm maarif ocaqlarından biri olub.

 

Cəlal ALLAHVERDİYEV

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 3 fevral.- S.12.