Nuh gəmisinin son limanı

 

ŞAİR, PUBLİSİST ƏBÜLFƏT MƏDƏTOĞLUNUN EYNİADLI KİTABI HAQQINDA QEYDLƏR

 

İstedadlı jurnalist, şair publisist Əbülfət Mədətoğlunun "Nuh gəmisinin son limanı" adlı kitabı adından tutmuş məzmununa qədər sanballı, səmimi məharətlə yazılmış, özündə aktual olan Naxçıvan mövzusuna həsr edilmiş qiymətli bir əsərdir. Bir səfər təəssüratı daşıyan özündə Naxçıvanın müasir inkişaf səviyyəsi müxtəlif məsələlərini əhatə edən kitabda ciddi məqamlar əks edilib. Əsərdə müasir Azərbaycanın inkişaf simasını təzahür etdirən uğurlu bir nümunə kimi Naxçıvan modeli bu uğurlara nail olmanın sirləri konkret fakt çoxsaylı nümunələrlə göstərilib. "Adiloğlu" nəşriyyatında çap edilmiş 200 səhifəlik kitabda Naxçıvanla bağlı bir şair ya ziyalının təəssüratları yer almaqla bərabər, çox böyük əxlaqi əhəmiyyəti olan mənəviyyat məsələlərindən söhbət açılır.

 

Kitab "Giriş"lə başlayıb, 19 məqalə ilə davam etdirilir. Kitabın redaktoru Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Hüseyn Əsgərov, "Naxçıvana sonsuz sevginin, məhəbbətin sədası" adlı ön söz rəyin müəllifi isə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigardır.

 

Kitabda "Əlincəyə gedən yol", "Batabata gəlmişəm", "Naxçıvanda açdığım səhər", "Naxçıvanın sirlər dünyası", "Masazırdan Naxçıvana", "Bir addım da dünyaya yaxınlaşdım" başqa məqalələrdə Naxçıvanla bağlı ən müxtəlif məsələlər publisistik məharətlə səmimi, obyektiv dolğunluqla əks etdirilib.

 

Azərbaycan ədəbiyyatı tarixində səfər təəssüratları kontekstində səfərnamə janrında çox qiymətli əsərlər yazılıb. Adıgedən bu əsərdə , xüsusilə başlıq olaraq qeyd edilən məqalələrdə Naxçıvan haqqında əhatəli, konkret, dolğun inandırıcı faktlarla bədii-publisistik mənzərə yaradılıb. Əsərdə sanki Naxçıvanı ziyarət ehtiyacının əhəmiyyəti səbəbi, ziyarət edilməli yerlərin xəritəsi zamanlama tövsiyəsi, əhalinin sosial durumu, infrastrukturun vəziyyəti,  mənəvi dəyərləri s. çoxsaylı konkret fakt, nümunə örnəklər vasitəsilə dəqiq, obyektiv inandırıcı şəkildə təqdim edilib. Əsərin özünəməxsusluğu digərlərindən zəruri fərqi əlamətdar fərqi boş mübaliğələrdən qaçınmaqla konkret faktların təsviri təqdim edilməsi ilə fikir təəssüratın yaradılmasıdır. Real təsvir tapan konkret faktlar oxuculara sanki zərrəbinlə Naxçıvanı müşahidə etmək imkanı bəxş edir. Müəllifin öz sözlərilə deyilsə, əsər "ovqat yazısı" olmaqla bərabər, "ağlın kəsdiyi", təhkiyə şirinliyi sadə, anlaşıqlı üslubda yazılıb.

 

Əsərdə müəllif real konkret faktlar təqdim təsvir etməklə obyektivliyə, vicdan həqiqətə sədaqət göstərmiş, tərəfsizlik nümayiş etdirib. Əsərin özündəki çoxsaylı müəllif fikirləri: "Qayıdıb gələn cismimdir, ruhum orda qalıb", "Bu da Naxçıvanın hava limanı: ...Hava limanı binasında, həm kassaların önündə, həm gözləmə zallarında kiminsə çıxarıb siqaret çəkdiyini görmək mənə nəsib olmadı", "Hamı vətəndaşdı hamı da öz vətəndaş missiyasından çıxış edir", "...onu yaşamaq onun içərisində özünü yaşatmaq, mən bunun nümunəsini Naxçıvanda görürdüm", "Bu bağda Azərbaycanın milli məişətinin, milli mədəniyyətinin sənət nümunələri müştəriləri qarşılayır", "hərdən mənə elə gəlir ki, bu mənzərə reallıq deyil. Eləcə rəssam işidi yaxud hansısa bir maketlərdi, gətirib yerləşdiriblər", "Cənnətin özünü görmək istəyən Naxçıvana gəlsin!!!", "vallah, bu, birmənalı tarix sevgisidir, Vətən sevgisidir, torpaq sevgisidir. And olsun Allaha ki, bu, özünə, keçmişinə, gələcəyinə ehtiram deməkdir", "yaradanlara, bu tarixi yaşadanlara içimdən bir dua keçdi", "İdarə edənin özünün münasibəti artıq Muxtar Respublikada bir ənənəyə çevrilib", "sürücülər yolu keçmək istəyən piyadanı görəndə 20-30 metrlikdən maşını əyləməyə başlayırlar", "mən burda ucadan danışan, başqasına öz səsiylə, davranışıyla problem yaradan bir kimsəyə rast gəlmədim", "onları ya əllərindəki kisəyə qoyur, ya da yaxınlıqdakı zibil qutusuna atırdılar", "kəndarası yolların səviyyəsi adamı məmnun edir... bu gözəlliyə, bu səliqə-sahmana ürəyimdə bir həsəd hissi baş qaldırır" kimi çoxsaylı müəllif fikirləri konkret faktların dili təsvirilə reallığa haqq qazandırmaq onu oxucusuna inandırıcı şəkildə təqdim etməsinə vəsilə olur. Bütün bu fikirlərin fonunda isə müəllif Naxçıvanın "ləyaqətli idarətmə peşəkarlığı olan insanlar tərəfindən" idarə edildiyini fəxarətlə qeyd edərək qənaətini "Ölkənin məsul işçilərini, rayon rəhbərlərini Naxçıvanda təcrübə keçməyə göndərməyin zamanı gəlib çatıb!" fikrilə tamamlaması da müəllifin şəxsi mövqe imzası kimi çıxış edir. Naxçıvanın ümumi vəziyyətinə olan heyranlığını müəllif həm böyük Azərbaycan şairi Nizaminin ideal cəmiyyəti ilə müqayisələndirərək təqdim edir müəllif bunu da cəsarət vicdanla yazır ki: "Mən Naxçıvanın indiki durumunu Şeyx Nizaminin ideal cəmiyyətinin bir görüntüsü kimi müşahidə etdim".

 

Əsərin ikinci hissəsində Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrilə şəxsi münasibətlər onların yaradıcılıq işlərindən bəhs olunur. Müəllif şəxsən tanıdığı, dostluq etdiyi Naxçıvandan olan insanların münasibətləri nümunəsində buradakı əxlaqi-mənəvi dəyərləri, dostcanlılıq qonaqpərvərlik, sadəlik mehribanlıq kimi keyfiyyətləri təqdim tərənnüm edib. Eləcə bu məqalələrdə Naxçıvanın istedadlı qələm sahibləri Asim Yadigar, İbrahim Yusifoğlu, Fərəc Fərəcov, Əbülfəz Ülvi, Firudin Süleymanoğlu kimi söz adamlarının yaradıcılığından, burada yaradıcı adamlara göstərilən qayğıdan xeyirxah münasibətlərdən ağızdolusu, həm nümunə olaraq  danışılır.

 

Əsərdə müəllif həm bir vətəndaş təəssübkeşliyini ortaya qoyur. O məqamda bir ziyalı-vətəndaş səsini bildirir ki, bəzən Azərbaycanın bu inkişaf nümunəsi olan bölgəsilə bağlı müxtəlif yerlərdə qərəzli fikirlər səsləndirilir. Bu məqsədlə müəllif müəyyən qeydləri sırasında Naxçıvanda gedən inkişaf proseslərinə, abadlıq, quruculuq tədbirlərinə duyduğu heyranlıq, məmnunluq razılıq kontekstində Bakı digər ərazilərlə müqayisələr aparır, bəzi KİV- Naxçıvana qərəzli münasibətlərlə bağlı fikir səsləndirmələrinə münasibət ifadə edərək müəllif obyektivliyi səmimiyyətindən başqa bir vətəndaş mövqeyi ilə çıxış edir, hər kəsə əlini vicdanına qoymağı, blokadada olan bir bölgənin inkişaf tərəqqisinə xor baxmamağı tövsiyə edir: "Bakıda, ölkənin paytaxtında eşitdiklərim, iqtidar-müxalifət mətbuatından oxuduqlarım düşüncələrimdə bir xaotiklik, yaratmışdı" (s.15), "bu olanları necə qara rəngdə təqdim etmək olar?" (s.21) s.

 

Ümumiyyətlə isə şair, publisist   jurnalist Əbülfət Mədətoğlunun "Nuh gəmisinin son limanı" əsərini Azərbaycanın alınmaz qalası ən dilbər guşələrindən olan Naxçıvanın müstəqillik dövründəki inkişafına, blokadanın çətinliklərini məharətlə aşaraq tərəqqi etməsinin təsvirinə sirrinə, uzaqgörən idarəçilik məharətinə, əhalinin mübarizə əzmi qurub-yaratmaq eşqinə s. həsr olunan, müəllif, ziyarətçi obyektivliyi ilə nəzər salan ən sanballı əsərlərdən biri hesab etmək olar. Əsər boş təəssübkeşlik duyğularının hiperbolik ifadə sözçülüyü deyil, obyektiv real faktların vicdan həqiqət işığında təsvirilə yazılıb.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 4 fevral.- S.15.