Elm və təhsildəki "Sovet qalıqları" inkişafı ləngidən amillər kimi

 

PROFESSOR ƏDALƏT MURADOVUN BU BARƏDƏ BÖLÜŞDÜYÜ FİKİRLƏR CİDDİ REAKSİYALAR DOĞURUR

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ölkə universitetlərinin idarə olunmasında, eləcə elmi fəaliyyətin tədrisin təşkilində mövcud olan Sovet mirası onun ləğvi ilə bağlı aparılan təhlillər, əldə olunan nəticələr barədə fikirlərini ardıcıl sistemli şəkildə bölüşməkdədir. Rektor bildirir ki, dissertasiya Şurası Sovet dönəmində  daimi əsasda fəaliyyət göstərir, bu digər elm sahəsinə aid olan alimlər həmin Dissertasiya Şurasına "yuxarıdan" sədr, sədr müavini, üzv təyin edilir, həmin alimlər təmsil etdiyi elm sahəsi üzrə ixtisaslaşdığı konkret elmi problem üzrə deyil, həmin elm sahəsinə dair bütün istiqamətlər üzrə elmi problemlərin tədqiqatına həsr olunmuş dissertasiyaya qiymət verirdilər. Bu gün eyni sistem tətbiq edilir.

 

Rektorun sözlərinə görə, dissertasiya mövzuları Sovet dönəmində ixtisaslar təsnifatına uyğun olmalı idi. Bu tələb sahələrarası, müxtəlif elm sahələri ixtisaslarının kəsişməsində olan problemlərə həsr edilmiş dissertasiyaların yazılması müdafiəsində ciddi problem yaradırdı. Bu sahədə eyni vəziyyət  davam edir: "Sovet dövründə dissertasiyalara vahid, formal tələblər mövcud idi. Faktiki olaraq, ixtisas üzrə vahid standart yox idi. Aspiranturanı bitirənlərin hansı minimal tələblərə cavab verməsi aydın deyildi. Aspiranturada təhsil demək olar ki, dissertasiya üzərində işlə məhdudlaşırdı. Bu gün "aspirantura" "doktorantura" ilə əvəz edilsə , doktorantura müəyyən səviyyədə aspirantura sistemindən ciddi fərqlənmir. Sovet dönəmində elmi dərəcə elmi adların verilməsi sistemi mərkəzləşmişdi. Yəni elmi dərəcə elmi adlar bütün dünyada olduğu kimi, universitetlər tərəfindən deyil, inzibati dövlət qurumu olan Ali Attestasiya Komissiyası tərəfindən verilirdi. Məqsəd yenə "ideoloji yetkinliyi" təmin etmək idi bunun üçün "ali attestasiya" ciddi bir alət idi. Bu gün "Sovet ideologiya tələbi" olmasa da, ali təhsil sistemi beynəlxalq tələblərə uyğunlaşdırılsa da elmi dərəcə elmi adların verilməsində Sovet sistemi olan "ali attestasiya"  tətbiq edilməkdədir. Elmi dərəcələr Sovet dönəmində ikipilləli idi: elmlər namizədi elmlər doktoru. Müstəqillik illərində "elmlər namizədi"  "fəlsəfə doktoru" ilə əvəz edildi. Amma elmi dərəcələr eynilə sovet dönəmində olduğu kimi, ikipilləli olaraq qalmaqdadır".

 

Ədalət Muradov bildirib ki, Sovet dönəminin fərqli xüsusiyyətlərindən biri ali təhsil sisteminin elmdən "ayrılması" idi. Elm əsasən Elmlər Akademiyasında  tabe olduqları nazirliklərin sahəvi institutlarında inkişaf edirdi. Universitet elminə ümid bəslənilmir, inam göstərilmir elmi fəaliyyətə ayrıca olaraq maliyyə vəsaiti ayrılmırdı. Bu gün bu yanaşma tətbiq edilməkdə davam edir.

 

Rektorun fikrincə, ali təhsil müəssisələrində müəllimlə imzalanan müqavilədə tədrisin nəticələrinə dair onun öhdəlikləri göstərilmir, tədqiqat öhdəliyi önə çəkilmir, ali təhsil müəssisələrinin müəllimlər qarşısında öhdəliklərinə diqqət yetirilmir bütövlükdə, müqavilə formal xarakter daşıyırdı. Bu gün müəllimlə imzalanan müqavilə formal xarakter daşıyır, forma məzmunca Sovet xarakterlidir: "Sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara "qırmızı" (fərqlənmə) diplom verilirdi. Qırmızı rəngin xüsusi mənası vardı. Eləcə , "qırmızı" diplom digərlərilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün "qırmızı" diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş bacarıqlar əvəzinə qiymətlər uğrunda  tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq, hələ "qırmızı" diplom verilir.

 

Sovet dönəmində ali təhsili bitirmək diplom almaq üçün tələbələr təhsilin sonunda xalq arasında "dövlət imtahanı" kimi qəbul edilən Yekun Dövlət Attestasiyasından keçməli idilər. Bu imtahanın əsas məqsədi məzunların "ideoloji standartlara" uyğunluğunu yoxlamaq idi. Dövlət imtahanını zəruri edən səbəblər aradan qaldırılıb, amma dövlət imtahanı hələ tətbiq edilir.  Sovet dönəmində universitetlərdə tələbələrin kompetensiyaları önəm kəsb etmirdi ona görə onun formalaşdırılması qiymətləndirilməsi həyata keçirilmirdi. Ona görə , məzunların aldıqları yekun sənəddə onların kompetensiya səviyyəsi  haqqında heç bir məlumat verilmirdi. Kompetensiyalardan daha çox nəzəri biliklərə üstünlük verilirdi. Bu gün nəzəri biliklər "öndədir".

 

Sovet dönəmində ali təhsil belə qurulmuşdu ki, demək olar ki, ilk iki il gələcək Sovet mütəxəssislərinin "ideoloji hazırlığına" həsr edilir bu məqsədlə ixtisas üzrə hazırlığa demək olar ki, aidiyyəti olmayan müxtəlif fənlər tədris edilirdi.   Nəticədə ixtisas fənlərinə az vaxt ayrılır ixtisas fənlərin tədrisinə gec, yəni ikinci kursdan sonra başlanılırdı. "İdeoloji hazırlıq" indi tələb olunmasa da, həmin yanaşma bu gün tətbiq edilir nəticədə tələbələr ixtisas baxımından lazımsız faydasız fənlərlə əsassız olaraq yüklənirlər".

 

Bakı Dövlət Universitetinin professoru, UNEC İctimai Nəzarət Şurasının üzvü Hikmət Əlizadə deyir ki, professor Ədalət Muradovun müstəqillik illərində "elmlər namizədi"nin "fəlsəfə doktoru" ilə əvəz edildiyi, elmi dərəcələrin eynilə Sovet dönəmində olduğu kimi, ikipilləli olaraq qalmasına dair fikirlərilə razılaşmamaq mümkün deyil. Elmi dərəcələrin verilməsində dəyişikliyə ehtiyac vardır: "Hesab edirəm ki, ali məktəblərdə alimlərin tədqiqatlar aparması üçün daha çox elmi mühitin yaradılmasına diqqət yetirilməlidir. Nobel mükafatçısı Əhməd Zevayl Bakı Dövlət Universitetinin qonağı olarkən çıxışında bildirdi ki, o, Amerikada elmi mühitə düşdüyü üçün elmi yenilik edə bilmişdir. Elmi mühitdə elmi problemlər, obrazlı desək, "qaynamağa" başlayır, alim o problemi görüb, düşünməyə onun həlli yollarını axtarmağa başlayır. Belə axtarışların sonunda yeni elmi nəticələr ortaya qoyulur".

 

Professor hesab edir ki, "qırmızı" fərqlənmə diplomuna ehtiyac yoxdur. Bu gün onsuz da ali məktəblərdə çoxballı qiymətləndirmə sistemi tətbiq edilir tələbənin təhsil aldığı illər ərzində topladığı balların "ümumorta müvəffəqiyyət göstəricisi" müəyyən olunur. Həmin "ümumorta müvəffəqiyyət göstəricisi" tələbələrin uğurlarının fərqləndirici amilidir: "Təəssüf ki, bir çox universitetlər qırmızı diplom alanların sayını öz uğurları kimi qiymətləndirir, hesabatlarında bunu xüsusi vurğulayırlar. Universitetin ən böyük uğuru tələbənin təhsil müddətində əldə etdiyi bilik, bacarıq vərdişlərin məcmusu ilə ölçülməlidir. Sovet dönəmində bu, adətən təhsilin sonunda keçirilən Yekun Dövlət Attestasiyası vasitəsi ilə müəyyən edilirdi".

 

Hikmət Əlizadənin söylədiyinə görə, hazırda inkişaf etmiş ölkələrdə Yekun Dövlət Attestasiyası keçirilmir. Tələbələr təhsil aldığı illər ərzində zəruri kreditləri topladıqdan sonra onlara diplom verilir: "Sovet dönəmində keçirilən Yekun Dövlət Attestasiyası iki məqsədlə həyata keçirilirdi. Birincisi, qeyd edildiyi kimi, məzunun "ideoloji standartlara" uyğunluğunun, ikincisi, yiyələndiyi ixtisas üzrə əldə etdiyi bilik, bacarıq və vərdişlərin səviyyəsinin yoxlanması üçün. Bu, ona görə edilirdi ki, bütün ali məktəb məzunları təyinatla müxtəlif müəssisələrə işləməyə göndərilirdi. Həmin müəssisənin onu işə götürməməyə və ya onun bilik, bacarıq və vərdişlərinin səviyyəsini yoxlamağa icazəsi yox idi. İndi sistem dəyişilib. Dövlət qulluğunda işə götürülmənin xüsusi qaydaları müəyyən edilib, məzunlar xüsusi yoxlamadan keçdikdən sonra dövlət qulluğuna işə qəbul edilirlər. Digər müəssisələr də işə götürdükləri məzunu öz yoxlamalarından keçirdikdən, yəni yararlılıq dərəcəsini müəyyən etdikdən sonra işə qəbul edirlər. Yekun Dövlət Attestasiyasından yüksək bal alan məzun həmin yoxlamalarda yüksək nəticə əldə etmədiyi halda, işə qəbul edilmir. Buna görə də Yekun Dövlət Attestasiyası öz əhəmiyyətini itirir".

 

Professor qeyd edib ki, inkişaf etmiş ölkələrdə məzunların əldə etmələrinə xüsusi önəm verilir. Bu, onların rəqabətədavamlılıq göstəricisi hesab edilir. Bu amil universitetin akkreditasiyası zamanı qiymətləndirmə meyarlarından biri kimi dəyərləndirilir. Məzunların daha çoxdaha yüksək səviyyəli işlə təmin olunması amili universitetlərə xüsusi üstünlük gətirir. Buna görədir ki, məzunların universitetdən sonrakı fəaliyyətini xarici ölkə ali məktəbləri daima diqqət mərkəzində saxlayırlar: "Universitetlərdə elmi mühiti yaratmaqdaha çox məzunun əldə etməsinə nail olmaq üçün ali məktəblər tələbi artırmalıdırlar. İndi artıq ölkəmizdə istər dövlət qulluğuna, istərsə də digər müəssisələrə işə qəbul zamanı xarici ölkələrdə təhsil almış məzunlara üstünlük verilir. Bu amil əslində həyəcan təbilidir, yerli universitet məzunlarının rəqabətədavamlı olmaması deməkdir. Hesab edirəm ki, universitetlər bu amilə xüsusi diqqət yetirməlidirlər. Hazırlanan mütəxəssisin daha səriştəli olmasının yollarını araşdırmalıdırlar. İndi nə qədər tələbənin yüksək qiymət alması deyil, nə qədər məzunun işlə təmin olunması hesabatların ana xəttini təşkil etməlidir".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 5 fevral.- S.8.