Tanınmış rejissor Arif Qazıyev vəfat edib

 

 

Azərbaycanın tanınmış televiziya rejissoru Arif Qazıyev fevralın 24-də 84 yaşında vəfat edib.

Bu barədə mərhumun bacısı oğlu Mətləb Nəcəfov məlumat verib.

Qeyd edək ki, rejissor 1938-ci ildə anadan olub. Arif Qazıyev 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub, 2017-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

525-ci qəzet.- 2022.- 26 fevral.- S.13.