Polis məsləkinə sədaqətlə...

 

ÖMRÜNÜN 23 İLİNİ ŞƏRƏFLİ XİDMƏTƏ HƏSR ETMİŞ POLİS MAYORU ELMAN QASIMOV BU YOLDA YÜKSƏK TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB

 

2 iyul Azərbaycanda Polis Günüdür. Hüquq-mühafizə sistemi dövlətin ən mühüm təsisatlarından biridir.

Dövlətin mühafizəsi, vətəndaşların hüquq azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik ədalətli hüquqlarla əhatə olunanda azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülüb. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib.

Azərbaycanda ictimai asayişin qorunmasında daxili sabitliyin təmin olunmasında polis mühüm rol oynayır. Hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma polis bu yuxusuz gecələri istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa qanuna məsuliyyətlə xidmət edir. Müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis ictimai təhlükəsizliyin qanunçuluğun keşiyini çəkir, eyni zamanda, cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.

Ömrünün 23 ilini polis orqanlarında xidmətə həsr edən, vəzifəsini şərəflə, ləyaqətlə yerinə yetirən polis mayoru Elman Qasımov ictimai təhlükəsizliyin qanunçuluğun keşiyində canla-başla duran asayiş keşikçisi olub. O, cinayətin digər hüquq pozuntularının qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi, aradan qaldırılması, ən başlıcası isə haqq-ədalətin bərqərar olunması istiqamətində əmək sərf edib.

Elman Qasımov 1939-cu ilin sentyabrında Ağdam rayonunun Poladlı kəndində doğulub. O, orta məktəbi doğma kəndində əla qiymətlərlə bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya üz tutub. 1958-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunuda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsil alıb. İnstitutda təhsil aldığı illərdə fəallığı ilə tələbə yoldaşlarından seçilən Elman Qasımov o illərdə komsomol katibi işləyib. Universiteti bitirdikdən sonra müxtəlif sahələrdə çalışıb. Ancaq hüquq-mühafizə orqanlarında işləmək, polis olmaq, ictimai təhlükəsizliyin qanunun keşiyini çəkmək onun ən böyük istəyi ümdə arzusu idi. Arzusunu reallaşdırmaq, məqsədinə çatmaq üçün Elman Qasımov 1967-ci ildə polis orqanlarında işə düzəlir. Azərbaycan xalqına sədaqətlə xidmət etməyə daim sadiq qalmağa, insan hüquq, azadlıqlarına hörmətlə yanaşmağa, qanuna ciddi riayət etməyə, xidməti vəzifələrini namusla, vicdanla yerinə yetirməyə, ictimai qaydanı ictimai təhlükəsizliyi mərdliklə qorumağa lazım gələrsə, həyatını belə əsirgəməməyə and içib işə başlayır.

Elman Qasımov deyir ki, o, hər zaman polis işçisi olmaqdan qürur iftixar hissi keçirib, yorulmadan polis adı, polis andının uca olması üçün böyük əzmlə çalışıb: "Polis peşəsi ən çətin, ən məsuliyyətli şərəfli bir peşədir. Bu peşənin məsuliyyəti, etibar edilən vəzifənin xidmət üzrə öhdəlikləri var. Vətəndaşları qanunla qorunan hüquq mənafelərini etibarlı müdafiə etmək, cinayətə, cinayətkarlığa qarşı mübarizə aparmaq doğrudan da çox məsuliyyətli bir işdir.  Ziddiyyətləri doğuran səbəbləri araşdırmaqla yanaşı, qanunu tətbiq etmək, dözümlülük nümayiş etdirmək polisin fəaliyyətinin əsas meyarlarındandır. Polisdə işlədiyim 23 il ərzində çox hadisələr görmüşəm. Yuxusuz gecələrim, gərgin keçən günlərim az olmayıb. Bayram günlərini başında keçirdiyim günlərim az olmayıb. Hər zaman polis andına sadiq qalıb, vətəndaş hüquq azadlıqlarının təmin olunması, insanların sakin, rahat təhlükəsiz bir şəraitdə yaşaması üçün gecə-gündüz demədən vicdanla çalışmışam. Bir an belə məqsədimdən, amalımdan dönməmiş, yoruldum deməmişəm. Bu çətin məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyə, içdiyim polis andına hər zaman sadiq olmuşam. Polisin fəaliyyətinin əsas prinsipləri qanuna, insan hüquq azadlıqlarına hörmətə, cinayətkarlıqla mübarizə ictimai təhlükəsizliyin təmin edilməsinə köklənir. Hər bir peşənin özünəməxsus çətinlikləri, məsuliyyəti var. Ancaq polis peşəsi öz çətinlik məsuliyyəti ilə digər peşələrdən seçilir. Bu peşənin məsuliyyəti, öhdəliyi var. Polisin gecəsi-gündüzü, şənbəsi-bazarı, bayramı olmaz. O, daim xidmətdə, insanların təhlükəsizliyinin keşiyindədir. Polis vətənə sevgi, qanunlara hörmət, insanlara kömək etmək, ən başlıcası peşə andını uca tutmağı sözlə deyil, əməllə sübut edir. Gecə-gündüz ictimai qaydaya nəzarət edən polislər hər cür gözlənilməz hadisəyə, eləcə fədakarlığa hazır olurlar. Bu zaman peşəkarlıqla mənəvi-psixoloji hazırlıq vəhdətdə olduğundan, hər bir polis üçün cinayətkarlığın qarşını almaq, ictimai təhlükəsizliyi təmin etmək əsas məqsəddir. Ona görə polis andı, polis adı ucadır".

SSRİ Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsində operativ əməliyyatçı çalışdığı illərdə Elman Qasımovun bir neçə cinayətkarın yaxalanmasında, mürəkkəb dolaşıq işlərin araşdırılmasında müstəsna xidmətləri olub. O, ictimai asayişin qorunmasında təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində daim yüksək peşəkarlıq nümayiş etdirib. Elman Qasımov fədakar polis işçisi kimi daim ictimai təhlükəsizliyin qanunun keşiyini çəkib, eyni zamanda, cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparıb. Fədakarlıq, insan kamilliyinə doğru aparan yoldur. Deməli, polis həm kamil olmalıdır, xidmətinə qanun çərçivəsində, həm yaradıcı yanaşmağı bacarmalıdır. Elman Qasımov da öz işinə bu cür yanaşan polis işçisi olub. Vətənə, xalqa sədaqətlə ləyaqətlə xidmət edib.

Sahə müvəkkili işlədiyi dövrlərdə o, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, bəzi cinayətlərin üstünün ən qısa zamanda açılması, bir sıra cinayətlərin qarşısının alınması, cinayətkarların axtarışı, ictimai qaydanın təmin edilməsi istiqamətində misilsiz xidmətlər göstərib. Vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən Elman Qasımov dəfələrlə çətin vəziyyətlə üzü-üzə gəlib. Təhlükə qarşısında olan, onun köməyinə ehtiyac duyan insanların həyatının xilas edilməsi üçün böyük fədakarlıq göstərib, hətta həyatını riskə belə atıb. Elman Qasımov təkcə xidməti borcunu layiqincə yerinə yetirmək, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qorumaqla işini bitmiş hesab etməyib, xidmətdən kənar vaxtda da peşəsinə amalına sadiq qalaraq çətin vəziyyətdə olan insanların köməyinə çatıb, onlara yardım əli uzadıb, çətin anlarında yardımçı olub.

Xidməti vəzifəsini layiqincə, vicdanla yerinə yetirdiyi üçün, cinayətin digər hüquq pozuntularının qarşısının alınması, asayişin qorunmasında təhlükəsizliyin təmin olunmasında göstərdiyi xidmətlərə görə Elman Qasımov dəfələrlə təşəkkürnamələrlə, döş nişanı, orden medallarla təltif olunub. Nümunəvi xidmətə görə, o, bir neçə dəfə "Əlaçı milis işçisi" döş nişanı, "Xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Bu gün ömrünün 83-cü baharını yaşayan, Polis Gününü sözün əsl mənasında yaxşı polis işçisi kimi qeyd edən Elman Qasımovu tanıyan insanlar ona dərin ehtiramla yanaşırlar.

 

SEVİNC

 

525-ci qəzet .-2022.- 2 iyul.- S.14.