Yaralı maral

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Səbinə Əhmədovadır. Onunla meksikalı tanınmış rəssam Frida Kahlonun "Yaralı maral" əsəri haqqında danışmışıq.

- Səbinə xanım, bilirik ki, Frida Kahlonun çətinliklərlə dolu həyatı onun rəsmlərinə sirayət edib. Ona görə gəlin söhbətə rəssamın həyatı ilə bağlı qısa məlumatla başlayaq.

 - Həyatı təsvir etdiyi avtoportretləri ilə tanınan dünyaca məşhur rəssam Frida Kahlo 1907-ci il iyul 6-da Meksikanın Koyoakan şəhərində dünyaya göz açıb. O, hələ 6 yaşında ikən poliomielit xəstəliyinə tutulur bundan sonra ömrünün sonunadək axsayır. Rəssam 18 yaşında avtomobil qəzası keçirir. 1925-ci ildə 17 sentyabr tarixində baş verən qəzada onun avtomobili tramvayla toqquşur, nəticədə Frida ağır yaralanır. Dəfələrlə əməliyyat keçirməsinə rəğmən, ömrünün sonuna kimi səhhəti ilə bağlı problemlər yaşayır. Yataq xəstəsi olan zamanlarında belə, heç bir zaman fırçadan əl çəkmir. Onun 200-dən çox əsəri var bu əsərlərin hər biri həyatda qalmaq uğrunda mübarizəsindən bəhs edən avtoportretlərdir. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir onun kimi Kommunist partiyasını dəstəkləyir.

1939-cu ildə Fransada surrealist olduğunu inandırmağa çalışan Andre Breton bir sərgiyə qatılaraq onun rəsmlərini nümayiş etdirir, halbuki Frida bu meylin onun sənətinə uyğun olmadığını deyirdi. Onu da qeyd edək ki, Frida Pablo Pikasso, Vassily Kandinski, Andre Breton Marcel Duchamp kimi dövrünün görkəmli rəsamları ziyalılarının rəğbətini qazanmışdı. Kahlonun əsərləri 1970-ci ildən - ölümündən sonra beynəlxalq səviyyədə tanınır böyük şöhrət qazanır.

- Rəssamın faciələrlə dolu həyatının cızgilərini "Yaralı maral" tablosunda necə görürük?

- Avtoportretlər müəllifi olan Frida Kahlonun bu əsərində qurşaqdan aşağı hissədə maral bədəni, qurşaqdan yuxarı hissədə isə rəssamın özünün başı, üz cizgiləri başında maral buynuzları təsvir edilib. Tablonun adından da bəlli olduğu kimi, əsərdə bir neçə yara axan qan izləri görmək olar. Frida yaşadığı acılı, travmatik həyatı tablosunda əks etdirərək yaşadığı duyğuları tamaşaçıya ötürməyə çalışıb. Əsərdə rəssam meşədə qaçan maral, arxa fonda dəniz mənzərəsi, yanbayan düzülmüş sıx ağacları təsvir edib. Daha bir maraqlı nüans bundan ibarətdir ki, adi bir meşədə ağacları bu qədər sıx yanbayan düzülmüş şəkildə görə bilmərik. Əsərin hər detalındə həyatın onunla qəddar şəkildə rəftar etməsi, insanların qınaqları ilə üzləşməsi, həyat yoldaşının ona dəfələrcə xəyanət etməsini, bir sözlə, yaşadığı bütün acıları əks etdirib. Məhz buna görə , rəssam əsəri "Yaralı maral" adlandırıb. Fridanın başının üzərindəki buynuzlar isə Dieqonun sədaqətsizliyinin göstəricisidir.

- Əsərin yaranma tarixçəsi haqqında bilirik?

- Frida 1946-cı ildə Nyu-Yorkda keçirdiyi əməliyyatdan sonra bu portreti təsvir etməyə başlayıb. Rəssam portretini maralın başına yerləşdirib, onu yaralı maralla bütünləşdirərək yaşadığı sıxıntıları, çəkdiyi əzab-əziyyəti simvolizə edib. Maralın bədəninə saplanmış oxlar Fridanın sıxıntılı həyatını göstərir. Həm səhhətindəki problemləri, həm özü kimi rəssam olan həyat yoldaşı Dieqo Rivera ilə həyatda yaşadığı sıxıntılar onu çox yormuşdu. Elə məhz yaşadığı hissləri təsvir etdiyi bu tablo olduqca uğurlu alınıb. Tabloya diqqətlə nəzər yetirdikdə görürük ki, sanki yaralı maral sürətlə qaçmağa çalışır, məhz Fridanın da həyatında yaranan problemlərdən qaçıb uzaqlaşmaq istəməsi kimi. Arxa fonda günəşli səma dənizi görmək olur - sanki yaralı maralın bu qarışıq meşədən qurtulub dənizə çatmaq şansı qalmayıb. Bir sözlə, dəniz açıq səma ümidi simvolizə edir. Əsər kətan üzərində yağlı boya ilə təsvir edilib.

- Tablonun rəng koloriti haqqında deyə bilərsiniz?

- "Yaralı maral" əsərində zəngin rəng koloritini görmək olar. Rəssam işıq kölgə effektini məharətlə göstərməyə çalışıb bir qədər açıq rəng tonlarından istifadə edib. Üstünlük verilən rəng tonları boz, açıq yaşıl mavidir rənglərdir, cüzi olaraq sarı rəng tonlarından da istifadə edilib. Adətən meşədə təsvir olunan bir çox əsərlərdə daha çox solğun, bir qədər tünd rənglərə üstünlük verilir

- Tablo hazırda harada saxlanılır?

- Əsər modernizm cərəyanına aiddir. Tablo hazırda "Carolyn farb" kolleksiyasında  saxlanılır. Bu əsərlə birlikdə Frida Kahlonun ev-muzeyində bir çox rəssamların da əsərləri sərgilənib.

- Sizcə, bu rəsm bizə deyir?

- Ümumilikdə, rəssam bu əsərdə həyatda yaşadığı acıları, yaxınlarının ona etdiyi sədaqətsizliyi tamaşaçılara məharətlə ötürməyi bacarıb. Bununla yanaşı, əsərdə maraqlı nüanslardan biri ondan ibarətdir ki, Astek inanclarına görə, maral sağ ayağı simvolizə edir, Frida Kahlonun da, problem məhz sağ ayağında idi. Rəssam tabloda maralın sağ ayağını yaralı olaraq göstərib. Rəsmin sol tərəfində, aşağı hissədə "FRİDA KAHLO. 46. CARMA" imzası var. Frida soyunun mifologiyası ilə sintez etdiyi "CARMA"ya olan inancını imzasında göstərib. Rəssam bu rəsmi sonralar dostuna hədiyyə edib.

 

Aytac SAHƏD

525-ci qəzet .-2022.- 16 iyul.- S.15.