Müqəddəs Jetisu yurdunun teatrı
Sayat KAMŞIGER
(Qazaxıstan)
İnsanların mənəvi həyatının
inkişafında teatr
mədəniyyətinin böyük
rolu vardır: ədəbiyyat və səhnənin vəhdətindən
yaranan tamaşalar insanın mənəvi ruhunun rahatlığının
təmin edilməsində,
cəmiyyətdə əxlaq
qaydalarına riayət
olunmasında, xəlqi
ideyaların mənimsənilməsində
və zənginləşməsində,
estetik zövqün formalaşmasında və
yüksək mədəniyyətin
əxz edilməsində
ən təsirli vasitədir. Mən sizə Qazaxıstanın
Almatı vilayətindəki
tanınmış bir
mədəniyyət ocağından
danışacağam. O ocağı çoxları
"Teatr məbədi"
adlandırır. Bir çox
xalqların məişət
və mədəniyyətində
olduğu kimi, teatr qazax xalqının
da əsrlərə söykənən mədəni-ruhani
tarixinin ayrılmaz hissəsidir. Böyük Çölün
qazaxları oturaq həyat tərzinə keçib, öz sərhədlərini müəyyən
edəndən sonra, məmləkət insanlarının
genetik yaddaşını
yaşatmaq, mənəvi-estetik
tərbiyəsini gücləndirmək,
dünyagörüşünü genişləndirmək üçün
hər bir vilayət mərkəzində
teatr ocaqları açdılar. Buna qədərki ənənələr
isə bizim milli bayramlarımızdan,
məişətimizin əsasını
təşkil edən milli adətimizlə bağlı olan qayda-qanunlarda öz yerini bərkitmişdilər.
Bu qayda -qanunlar
toylarda, ailə məclislərində, eləcə
də, insanı son mənzilə yola salanda qoruyub saxladığımız ənənələrə
söykənir. Elə milli
teatrlarımızın əsası
da bu ənənələrə
bağlıdır.
Elə buna görə də 1975-ci ildə Almatı Vilayətində
Biken Rimov adına Talkdurqan
Qazax Dram Teatrının
açılması ölkəmizin
mədəniyyət xadimləri
üçün böyük
hadisə oldu. Bu teatrın açılışı
regionda incəsənətin
daha geniş şaxələnməsi, yeni
aktyor və rejissorların, unudulmaz sənət adamlarının
yetişməsi üçün,
vilayətin mədəni-mənəvi
mənzərəsinin simasının
dəyişməsi zəminində
ən böyük uğurumuz idi.
"Teatr" adı
ilə mədəniyyəti
ehtiva edən bir sənət məktəbinin, yaradıcı
kollektivin, incəsənət
ocağının özünün
özəllikləri və
istiqaməti olur. Bu mənada,
müqəddəs Jetisu
torpağında əsası
1975-ci ildə qoyulan B.Rimov adına
Dram Teatrının da
Qazaxıstanın incəsənət
tarixində öz xüsusi yeri vardır. Teatrın milli mənəvi-dəyərlərimizə
sadiqliyini söykənərək
səciyyələndirən cəhətlərdən biru
də odur ki, bu teatrin
ilk tamaşası qazax
xalqının XIII-XIV əsrlərdə
yaratdığı xalq
folklorunun dəyərli
incisi olan "Kozı-Korpeş və Bayan Sulu" tamaşası
ilə başladı.
Bu məhəbbət əfsanəsi rejissor Qabit Musrepovun quruluşunda səhnəyə
qoyuldu. Bundan sonra isə
Teatr tamaşaçılarını
"Melpomenin məbədi"
klassik yunan tamaşası heyrətləndirdi.
Artıq
47 ildir ki, bu tamaşalar ölkəmizin və dünyanın bir çox ölkələrinin
teatr səhnələrində
müvəffəqiyyətlə oynanılmaqla yanaşı,
həm də böyük bir yaradıcı kollektivin yaranmasının əsasını
qoyub.
Ənənəsini ötən əsrlərdən
götürən teatr
bugünədək böyük
uğurlara və yeniliklərə imza atıb. Bu yaradıcı kollektivin uğurlarının
əsasında isə
teatr truppasının
işıqçısı, modelyeri, dərzisi, qrim ustasından tutmuş, rejissor və aktyorların böyük zəhməti
dayanır.
B.Rimova adına Taldıkurqan Qazax Dram Teatrı nəinki Qazaxıstanda, eləcə də dünyanın bir çox ölkələrində
- Türkiyədə, Misirdə,
Tatarıstanda, Rusiyada,
Mərkəzi Asiya Respublikalarında keçirilən
Beynəlxalq Teatr Festivallarında, YUNESKO-nun mədəniyyət
və incəsənət
festivallarında uğurlu
yerlər qazanıb, mükafatlara layiq görülüb. Aktyorların və rejissorların peşəkarlığı, ustalığı
teatrın tamaşalarının
afişalardan düşməməsinə
səbəb olur.
Əlbəttə repertuarı
milli və dünya klassiklərinin, dramaturqlarının əsərləri
ilə zəngin olan Taldıkurqan Qazax Dram Teatrının öz dəsti-xəttinin olmasında B.Atabayev, M.Kambarov, A.Mambetov, B.Omarov, Əmir-Temir Hüseyn, K.Suqirbekov, M.Axmanov, K.Kasenov, b.Uzakov, K.Kasımov, E.Kuzina, F.Moldaqali, Karıpbayev kimi görkəmli rejissorların
əməyi və peşəkarlığı dayanır.
Buna misal olaraq Nobel mükafatı laureatı S.Aleksiyeviçin "Müharibənin
qadına bənzəməyən
sifəti" - "SoFıstın
surkı əyelqe jat" tamaşasını
misal gətirə bilərik. Bu il
45-ci teatr mövsümundə
bu mötəşəm
tamaşanı, teatrın
tanınmış rejissoru
Batırbek Şambetov
Böyük Vətən
Müharibəsinin 75 illiyinə
həsr etmişdi. Əbəs yerə deyil ki, tamaşa hər bir tamaşaçının
ürəyində iz qoydu.
Taldıkurqan Teatrı bütün dünyada və Qazaxıstanda bir də ona görə
sevilir ki, bu teatrın yaradıcı dəsti xəttinin yüksəlişi
milli vətənpərvərlik,
qazax xalqının əsrlərə bağlanmış
tarixi və bugünkü reallıqları
üzərində qurulub. Bu mənada S.Sarılbayın
"Oraqlı batır"
və "Amanat" tamaşaları heç zaman öz aktuallığını
itirmir. Teatrsevərlər, mədəniyyət və incəsənət xadimləri tamaşanın
aktyor tərkibini, rejissor işini, səhnə dekorasiyasını
hər zaman yüksək qiymətləndirirlər.
Hər yeni rejissor səhnəyə
yeni tamaşa qoyduqda, yeni aktyor bacarığı və talantı da üzə çıxır. Bu mənada, demək olar ki, Qazaxıstanın
Taldıkurqan Qazax Dram
Teatrı sözün
əsl mənasında
sənətkarlar yetişdirən
məktəbdir.
Öz səhnəsi,
aktyorları, peşəkarlığı
ilə kifayətlənməyən
dram teatrı zaman-zaman
yaxın və uzaq ölkələrin teatr xadimləri və aktyorlarını, rejissorları ustad dərsləri almaq, treninqlər keçirmək
üçün mədəniyyət
ocağına dəvət
edirlər. Teatrın qonağı olan
istedadlı rejissorlar burada öz məharətlərini göstərə
bilirlər. Bu mənada
M.Çexov adına
Sankt-Peterburq studiya teatrının quruluşçu
rəhbəri E.Kuzinanın
səhnələşdirdiyi J.Molyerin "Zorən təbib" komediyası,
Qırğız Respublikasının
Əməkdar Mədəniyyət
xadimi U.Karıbayevin səhnələşdirdiyi F.Zillerin
"Ana" tragikomediyası, M,Sebastiyanın "Adı
yox ulduz", Q.Xuqayevanın "Qara çəpkən", M.Auvezovun
"Talehsizin taleyi"
əsərləri teatrın
repertuarını bəzəyir.
Teatrın kollektivi Qazaxıstanın
və qonşu ölkələrin şəhərlərində
qastrol səfərlərinə
gedirlər. Türkdilli dövlətlər içərisində ilk dəfə
özünün Musiqili
və Komediya Teatrını yaratmış
qardaş Azərbaycanın
da ənənəsi olan teatr səhnələrində
çıxış etmək
Taldıkurqan Qazax Dram
Teatrının truppasının
ən böyük arzusudur.
Biz böyük fəxrlə deyə bilərik ki, B.Rimov adına Taldıkurqan
Qazax Dram Teatrı öz üfüqlərini
genişləndirməklə Müqəddəs Jetisu diyarının incəsənətini
və mədəniyyətini
təbliğ edir. Sevinirik ki, bizim sənət
ocağımızda 3 yaradıcı
aktyor nəsli yetişib. Biz sevinirik ki, öz
milliliyimizi və xəlqiliyimizi qorumaqla, kütləvi və kiçik teatr tamaşaları ilə minlərin könlündə
iz buraxa bilmişik. Səhnəyə qoyduğumuz əsərlərlə
neçə nəslin
mənəvi və mədəni tərbiyəsində,
dünyagörüşünün dəyişməsində, mədəniyyətimizin
və tariximizin tanıdılmasında mühüm
rol oynamışıq.
Əgər bu gün bizim 47 yaşımız olursa, bu, yarım
əsr deməkdir.
Demək
qarşımızda qoyduğumuz
hədəfimizə çatmışıq.
Ümid edirik ki, ötən
əsrin sonlarında dünyaya gətirdiyimiz bu mədəni məbədin işığı
Azərbaycana da düşəcək, teatr
dostlarımız, sənət
adamları bizim səsimizə səs verəcəklər.
(Çevirən: Aida EYVAZLI)
525-ci qəzet .-2022.- 23 iyul.- S.12.