Qarabağda Bərpa, Tikinti İdarəetmə Xidməti Müşahidə Şurasının ilk iclası keçirilib

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti İdarəetmə Xidmətinin Müşahidə Şurasının bu gün ilk iclası keçirilib.

 

APA xəbər verir ki, iclas Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsiEmin Hüseynovun sədrliyi ilə keçirilib.

 

İclasda müşahidə şurasının üzvləri Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müaviniSəməd Bəşirli, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müaviniSarvan Cəfərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müaviniNamiq Hümmətov və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müaviniAzadə Hüseynova iştirak ediblər.

 

Emin Hüseynov iclası açaraq ilk olaraq Xidmətin Müşahidə Şurasının sədri üzvlərinin təyin olunması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

 

Sonra hərbi diplomatik sahədə ən böyük zəfərə nail olmuş Azərbaycan xalqının qələbəsinin əbədiləşdirilməsi üçün köçkün düşən insanların öz doğma torpaqlarına qayıdışının təmin olunmasını xüsusi vurğulanıb.

 

İclasın sədri Müşahidə Şurasının üzvlərini yeni yaradılmış publik hüquqi şəxsin fəaliyyət istiqamətləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə əhalinin qayıdışı ilə əlaqədar qarşıda duran vəzifələr görüləcək işlər barədə ətraflı məlumat verib.

 

İclasda həmçinin, Fərmandən irəli gələn vəzifələrin icrasının təmin etmək məqsədilə xidmətin fəaliyyətinin təşkili sahəsində ilkin mərhələdə ən vacib məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında tam həcmdə icra olunması əsas tələb kimi qoyulub.

 

Sonda Müşahidə Şurasının sədri xidmətin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı müvafiq tapşırıqlar verib.

 

525-ci qəzet. - 2022.- 30 iyul.- S.7.