Əli Kərim poeziyasının Ankara təntənəsi

 

 

Ankaradakı Azərbaycan Evinin Şuşa konfrans salonunda Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyi tərəfindən nəşrə hazırlanan Əli Kərimin "Seçilmiş şeirlər" adlı kitabının təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, ön sözünün müəllifi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva olan kitab Türkiyənin nüfuzlu "BENGÜ" nəşriyyatında çap edilib.

 

Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq Həmrəylik Fondunun (TADƏHF) rəhbəri Aygün Attar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Avrasiya Yazarlar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğlu başqaları təqdim olunan kitab barədə fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, nəşrin hazırlanmasında məqsəd Azərbaycan poeziyasında xüsusi yaradıcılıq xətti ilə seçilən şair Əli Kərimi Türkiyə ictimaiyyətində daha yaxından tanıtmaqdır.

 

 

 

TADƏHF-in rəhbəri Aygün Attar çıxışında əminliklə bildirib ki, Əli Kərimin poeziya yaradıcılığı bundan sonra da Azərbaycanda sevilə-sevilə oxunacaq. Şuşa konfrans salonunda davamlı olaraq belə təqdimatların keçirilməsi özlüyündə Azərbaycan ədəbiyyatının fasiləsiz təbliğinə çevrilir.

 

Azərbaycan parlamentinin komitə sədri Qənirə Paşayeva vurğulayıb ki, Əli Kərimin yaradıcılığını poeziya dünyasına hər zaman sevdirən onun müasir dünyagörüşüdür. Türk dünyasının tarixi şəxsiyyətlərinin tanıdılması istiqamətində görülən bütün işlərin dəyərli olduğunu bildirən deputat qeyd edib ki, türk xalqlarının müasir qələm sahibləri bir-birinin tarixindən, mədəniyyətindən yazdıqca görülən işlərin təsiri faydası daha çoxalacaqdır.

 

Əli Kərimin "Seçilmiş şeirlər" adlı kitabının çap olunmasını Azərbaycan poeziyasının Türkiyədə daha geniş tanınması üçün yeni addım kimi dəyərləndirən çıxışçılar bu nəşrə görə Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğluna sonsuz minnətdarlıqlarını ifadə ediblər.

 

Yaqub Öməroğlu vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Qarabağ savaşında qazandığı böyük Qələbə bütün türk dünyasının bədii ədəbiyyatı poeziya aləmi qarşısında mühüm vəzifələr qoyur. Avrasiya Yazarlar Birliyinin qarşısında duran strateji hədəflərdən biri Qarabağ Zəfəri ilə bağlı əsərlər, eləcə romanlar nəşr edərək onları bütün türk dünyasında yaymaqdır.

 

525-ci qəzet. - 2022.- 30 iyul.- S.13.