I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı uğurla yekunlaşıb

 

Böyük maraqla qarşılanan I Türk Dünyası Ədəbiyyat Kitab Festivalı mayın-28-də başa çatıb. Üç gün davam edən festivalda türk dövlətlərindən çox sayda nəşriyyatlar öz çap məhsullarını  Bakı Dövlət Universitetinin həyətində kitabsevərlərə təqdim ediblər.

TÜRKSOY-dan 525.az-a bildirilib ki, festivalın bağlanış mükafatlandırma mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, TÜRKSOY-un baş katibinin müavini Bilal Çakçı, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, İLESAM-ın rəhbəri Məhmət Nuru Barmaksız, yazıçılar, deputatlar, ictimai xadimlər iştirak ediblər.

 

Festival çərçivəsində Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Müəllifləri Birliyi (BEYTÜM) TÜRKSOY İLESAM elm, ədəbiyyat sahəsində uğur qazanan ziyalıları, tədqiqatçıları alimləri bir neçə nominasiya üzrə mükafatlandırıb.

 

"Türk Dünyası Kitab" mükafatına Milli Məclisin deputatı Cavanşir Feyziyev "Türk dünyası" 5 cildlik kitabına görə layiq görülüb.

 

Beynəlxalq Türk Akademiyasının "Əlişir Nəvai" Qızıl medalı deputat Qənirə Paşayevaya, gümüş medalları AMEA-nın Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnətovaya, BDU-nun professoru Firuzə Ağayevaya, tədqiqatçı jurnalist Aida Eyvazovaya, şair Əkbər Qoşalıya, AMEA-nın əməkdaşı Ağahüseyn Şükürova təqdim edilib.

 

TÜRKSOY və İLESAM-ın ədəbiyyat və elm sahəsində mükafatlandırdığı alimlər, yazıçılar, ədəbiyyat və söz adamları arasında Azərbaycandan millət vəkili Qənirə Paşayeva, Xalq yazıçısı Kamal Abdulla, yazıçı Səyyad Aran, şair Firuzə Məmmədli, AYB-nin sədr müavini Rəşad Məcid, Birliyin katibi Elçin Hüseynbəyli, AYB-nin mətbuat katibi Xəyal Rza, şair Elxan Zal, ədəbiyyatşünas və tərcüməçilər Cavanşir Yusifli, Seyfəddin Hüseynli, gənc şair  Fərid Hüseyn, araşdırmaçı-jurnalist Aida Eyvazova,  Özbəkistandan Nigina Şermuradova, Qazaxıstandan Amantay Şərif, Qırğızıstandan Umut Kultayeva və digər tanınmış imzalar olub.

 

525-ci qəzet.- 2022.- 1 iyun.- S.13.