Kitabxanalar Sabirin 160 illiyini qeyd edir

 

Bu il böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi tamam olur.

 

Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin ən görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirdir. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır. Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Mirzə Ələkbər Sabir bədii fikirdə humanizmin demokratik ideyaların, milli oyanış dirçəlişin ən fədakar carçılarındandır.

 

Respublika Gənclər Kitabxanası M.Ə.Sabirin 160 illik yubileyi münasibətilə "Mirzə Ələkbər Sabir - 160" adlı videomaterial, biblioqrafik icmal ənənəvi kitab sərgisi hazırlayıb. Hazırlanan materiallarda görkəmli ədibin həyat yaradıcılığı haqqında geniş məlumat verilmiş, əsərlərindən nümunələr təqdim olunub. Burada görkəmli şəxslərin Sabir haqqında söylədikləri dəyərli fikirlərlə yanaşı, ədibin yüz illiklər boyunca dillər əzbəri olmuş mütərəqqi fikirləri yer alıb. Materialda məhz Sabirin simasında mollanəsrəddinçi satirik şeir məktəbinin formalaşması, məşhur "Hophopnamə"nin təkcə Mirzə Ələkbər Sabirin yox, bütövlükdə "Molla Nəsrəddin" satirik şeir məktəbinin ucalığını göstərən mənalı dəyərli bir külliyyat olması vurğulanıb.  Azərbaycan rus dillərində tərtib edilən biblioqrafik icmalda isə M.Ə.Sabirin müəllifi olduğu haqqında yazılan  20-dən çox kitabın qısa xülasəsi görüntüləri təqdim edilib. Kitabxanada təşkil edilən ənənəvi sərgidə ədibin müəəlifi olduğu kitablarla yanaşı, haqqında məqalələr dərc olunan dövrü mətbuat nümunələri sərgilənməkdədir.

 

Respublika Gənclər Kitabxanası  Mirzə Ələkbər Sabirin 160 illik yubileyi ilə əlaqədar olaraq geniş elektron baza üzərində işləyir. Yaxın zamanlarda elektron bazanın izləyicilərə təqdim olunması nəzərdə tutulur.

 

Dahi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən "Mirzə Ələkbər Sabir - 160" adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Mirzə Ələkbər Sabir haqqında fotolar, onun müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan kitablardövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş etdirilir.

 

525-ci qəzet.- 2022.- 1 iyun.- S.13.