Şeir dili ilə yazılmış hekayələr

(Kəmaləddin Qədimin "Harda ayrılıq yoxdur?" şeirlər kitabı haqqında qeydlər)

Hər ədəbi təhlil bir qədər subyektiv xarakter daşıyır. Bu anlayışdan yola çıxanda hədəf daha tez rahat müəyyənləşir. Ədəbiyyat, o cümlədən, poeziya həyatdır - insan, təbiət, su, hava, sevgi, həsrət, xoşbəxtlik, bədbəxtlik, ölüm s. ümumiləşməsidir. Həyata həyat hadisələrinə hər kəsin bir "baxış bucağı" var. Ədəbiyyatı, şeiri dəyərləndirmə baxış bucağına istinad edir buna əsasən fikri ifadə edir. Ədəbi təhlilin subyektiv mahiyyəti buradan irəli gəlir. Müəllif şeirlərdən aldığı duyğunu öz qənaətinə görə şərh edir. Buna görə , fikrimcə, ədəbi əsərləri bir tənqidçinin monotonlaşmış təhlilindənsə, bir neçə ədəbi sima ya səviyyəli oxucular tərəfindən ictimai-bədii təfəkkür prizmasından işıqlandırılması daha məqsədəuyğundur.

 

Şeir tez-tez bizi düşündürür, çünki müxtəlif yerlərdə başımıza gələn, yaxud şahidi olduğumuz hekayələrin poetik təsviridir. Hər şeiri yazanda şairin reallıqda xəyalən getdiyi yerlərə oxucu da gedir - yəni oxucu məcburən düşünür. Kəmaləddin Qədimin "Harda ayrılıq yoxdur?" kitabında toplanan şeirləri ata yurdunda (Ata yurdunda), metroda (Qatar depoya gedəcək), yuxuda, bir sinifin küncündə "başına gəlir".

 

Həyat sinif otağıdı elə bil,

Cəzalı şagirdəm,

küncə qoyulmuş kimiyəm.

Ya da, əkilib, yorulmuş torpağam,

dincə qoyulmuş kimiyəm.

 

yaxud "Qəbirdən mesaj" şeiri:

 

Yağışı islatmaz saçlarımı,

əllərimi odu yandırmaz,

üşütməm soyuq küləyindən...

bıçağı-filanı da qorxutmaz gözlərimi.

Torpağa söykəmişəm,

arxayınam kürəyimdən...

 

Kəmaləddin Qədimin romantik ədəbiyyatı da real təsvirlərdən doğur. Şərqin Qərbin ideallarına söykənən müasir poeziya bu yüksəlişlərin zirvəsində birləşə bilmə azadlığından yaranır. Şairin "Məcnun" şeiri buna bariz nümunədir:

 

Adam oğlu adamıydı,

oturmuşdu oturduğu yerdə,

Qəfildən yıxılıb eşqə düşdü,

eşqdənsə səhralara.

 

İnsanda ağıl əzəli yaranışdan etibarən cahillikdən kamilliyə doğru inkişaf etdikcə, sevgi onunla birgə yol alıb. Ancaq o, ağlın qol-qanad açdığı kimi özünü büruzə verməyib - S-əadətin, E-şqin, V-əfanın, G-üvənin İ-namın sirrinə bürünüb. Qəbul etsək ki, sevginin tarixi insanın yaradılış tarixilə eynidir, Adəmdən, Həvvadan üzübəri insan ölüncə Yaradandan sevgi diləyib, tapanda itirmək qorxusu yaşayıb, itirəndə sevdiyindən nişanə qalan qara daşını sevib, - o zaman bütün şeirləri fərqli çalarlı sevgi duası adlandırmaq olar. Şairin bir şeirində dediyi kimi: "Bəlkə dualarım əyninə gəldi, Geyin, qoy borandan, qardan qorusun". ya:

 

Bu yurdun bir qara daşına döndər,

Ya fırlat, o daşın başına döndər,

olar, İlahi, bir sevgi göndər,

Bu gözdən-könüldən uzaq adama.

 

qədər acı olsa da, deməliyik ki, içində olduğumuz hazırkı dövrü "Sevgini əyən zaman" adlandırsaq, səmimi olarıq. Bu, müasir şairlərin əksəriyyətinin yaradıcılığında öz əksini tapır. Amma burada dərin bir incəlik var. Əslində bu incə xəttin altında özünü düzə çıxarmaq səyi, o əyridən keçir.

 

Şairin bir şeirində küsən sevgili küsdürən sevgilini incə, poetik bir duyğuya - baxışının altından keçməsi nəticəsində, bağışlamağa hazırdır. Elə bu dörd misra da sevginin, səmimiyyətin bağışlama istəyinin tələbi kimi ortaya çıxır.

 

Gəl, özümlə bir məhkəmə

qurum, bağışlayım səni.

Baxışımın altından keç,

durum, bağışlayım səni.

 

Kəmaləddin Qədimin ümumi yaradıcılığında, xüsusilə, bu kitabda toplanan şeirlərinin hər biri bir hekayə anladır o şeirləri səhnələşdirmək olar. Şeir dili ilə yazılmış hekayələr xəyali zəmində oxucunun düşüncəsində dərin geniş bir səhnə açır.

Məlumdur ki, hər bir insanda insanlığın bütün cəhətləri var. Kitabda çoxu bədbin əhval-ruhiyyəni əks etdirən "hekayələr"dir ki, hər oxucuda fərqli təəssüratlar yaradır. Oxucu öncə bu bədbin notlara qaranlığa baxan kimi baxır, sonda isə qaranlığın üzündən pərdə qaldırılır gerçəklik özünü göstərir. Həyat ağacının yarpaqlarına səpilən yuxu şeir dili ilə bizə söz deyir, bu söz xəyallar, sevinclər, gülüşlər, təəssüflər yaradır. Ağacın gövdəsindəki gerçəklik kökündəki mütləq həqiqət - ölüm insanı yox olmaqdan keçirib varlığa aparır.

 

Ürəkdə dərd-qübar, başda duman-çən,

Dərələr keçirəm, dağlar aşıram.

Sənə şeir-şeir yol gəlirəm mən,

Sənə şeir-şeir yaxınlaşıram...

 

- deyən şairin hər poetik nümunəsi qnoseoloji cəhətdən tarixi zamandan qopmasıdır. Kitabın adı - "Harda ayrılıq yoxdur?" sualı da məhz bu qopma anına işarədir. Sualın cavabı öz içindədir. Burada qeyd olunan iki hal var: birinci, şairin baş verən zamana "kor" olması - görməyə etirazı, ikinci isə birdən keçib, dünyanın o biri üzünü görməni ifadə edir.

 

Bəşəriyyəti var edən əsas ünsürlərdən biri insanların tale birliyidir. Hər bir bəşərin yaşadığı bu tale birliyi - doğulmaq, yaşamaq ölmək ayrılığın labüdlüyünü bildirir. Bu gün dünya poeziyasının ən aktual mövzusu olan "ayrılıq" Kəmaləddin Qədim şeirinin ana xəttidir.

Kəmaləddin Qədimin dünyadan nakam gedən bacısı Səltənətin xatirəsinə həsr etdiyi "Harda ayrılıq yoxdur?" kitabına şeirlərdən əlavə "Mələk cildində bir qız var idi" adlı poema da daxildir. Poema şairin bacısına yazdığı qısa, amma dolğun şeir-məktublardan ibarətdir. Məktubların kimlik ünvanı bəlli olsa da, göndəriləcək məkan ünvanı yer üzündə yoxdur, bu səbəbdən şair məktubları şeirlərə köçürüb, bütün zamanlara məkanlara ünvanlayıb. Əslində bu qısa şeir-məktublar doğulmaq, yaşamaq, özünü tapmaq həyatı dərk etmək haqqında mülahizələrdir.

 

Ağappaq kağızdı əli-ayağı,

Üzü elə bil bəyaz qar idi.

Yerişi-duruşu mələksayağı,

Mələk cildində bir qız var idi...

 

...Hər gün bu fanidə öldü-dirildi,

Bir gün qızdırmadı yerini belə.

İlahi, boyda nağıl bilirdi,

Danışa bilmədi birini belə.

 

Bu şeir-məktublar haqq, ədalət, həqiqət, fanilik ölümün eyniyyət məqamını tərənnüm edir.

 

Günlərdi orda-burdayam,

Özümə gələ bilmirəm.

Deyirlər ki, göz yaşlarım

Dönməkdə selə, bilmirəm...

 

Bəm-bəyaz donlu sənəmmi?

Dağmı, başında çənəmmi?

Ölən omu, ya mənəmmi,

Bilmirəm, hələ bilmirəm...

 

Lakin bu eyniyyətin özülündə həyata fərqlilik və həyatın davamına ümid gətirən hərəkət dayanır.

 

...Sonunda şəkilləşib,

Durub, dayanmaq da var.

Bir ömür yuxu yatıb,

Ölüb, oyanmaq da var.

 

Şair bu bəndlə bizə ölümün bir mələk əlində gəlməsi reallığını reinkarnasiyanı ya "Ət-Təğabun" surəsi, 7-ci ayəni bir daha xatırladır. Kədərlə yoğrulmuş bu mükəmməl şeirlər eyni zamanda səmimi, təsiredici birbaşa ürəyə toxunandır.

Həyata bir az fəlsəfi yöndən baxsaq, ölüm insanı varlığın zərurətindən xilas edir. Poetik yöndən baxanda bu fikirdəki "insan" əslində şairin özüdür. Elə isə, deyə bilərik ki, şeir şairi yox olmaq zərurətindən xilas edir.

65 illik yubiley yaşında Kəmaləddin Qədimə yox olmaq zərurətindən xilas olmaq üçün uzun yaşamasını və çox yazmasını arzulayıram.

 

 

Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 2 iyun.- S.13.