Xanım Aydının imza günü keçirildi

 

Yazıçı-şair Xanım Aydının "İkimiz" şeirlər "Çamadan" hekayələr kitabının təqdimat imza günü keçirildi. Kitab mərkəzlərindən birində  baş tutan təqdimatda bir çox sənət adamları, yazıçılar, şairlər, jurnalistlər, o cümlədən, oxucular Xanım Aydına kitab imzalatdı, haqqında xoş sözlər söylədilər. Olduqca maraqlı rəngarəng keçən tədbirdə İntiqam Qasımzadə, İlqar Fəhmi, Rəşad Məcid, Fərid Hüseyn, Zahid Sarıtorpaq, Vüsal Nuru, Mübariz Örən, "Kaspi" qəzetinin, "Oscar film production"un, "Azərbaycan" jurnalının digər müəssisələrin kollektivləri iştirak edirdi.

 

Qeyd edək ki, "İkimiz" kitabının redaktoru Fərid Hüseyn, "Çamadan" kitabının redaktoru İntiqam Qasımzadə, üz qabığının dizayneri Lalə Qasımovadır.

 

525-ci qəzet.- 2022.- 7 iyun.- S.9.