"Lütfi Zadə" biblioqrafiyası nəşr edilib

 

2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam oldu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük alimin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncamı Mədəniyyət Nazirliyinin Tədbirlər Planını əsas tutaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Lütfi Zadə" biblioqrafiyasını nəşr etdirib.

 

"Lütfi Zadə" biblioqrafiyası dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadəyə (Lütfəli Rəhim oğlu Ələsgərzadəyə), bu görkəmli şəxsiyyətə həsr edilmiş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyaya AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov "Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi - Lütfi Zadə" adlı ön söz yazıb.

 

Həcmi 607 səhifədən ibarət biblioqrafiyada görkəmli alimin əsərləri, həyat yaradıcılığına aid zəngin materiallar toplanmış, həyat fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, rəsmi sənədlər, habelə alimin dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapıb. Materiallar Azərbaycan, rus, ingilis başqa xarici dillər üzrə verilib. Biblioqrafik göstəricidə materiallar xronoloji prinsip əsasında qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib.

 

Biblioqrafiyanın "Lütfi Zadə dünya milli kitabxanalarında" "Lütfi Zadə dünya universitet kitabxanalarında" bölmələrində toplanan ədəbiyyat alimin elmi irsinin bütün dünyada çox geniş yayılmasının əyani sübutudur.

 

Biblioqrafiya riyaziyyat, kibernetika, informatika, hesablama texnologiyası ilə məşğul olan alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar, tələbələr geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Lütfi Zadənin əsərlərinin və haqqında yazan müəlliflərin Azərbaycan və digər dillərdə əlifba göstəriciləri verilib.

 

525-ci qəzet.- 2022.- 7 iyun.- S.9.