İstanbulda  Şuşa  mövzulu konsert

 

İstanbuldaAnadoludan Azərbaycana bir nəfəs- 2022 Şuşa iliadlı təntənəli konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsert “TRT” İstanbul Radiosu, Xəzər Folklor Təhsil Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı, İstanbulun Bakırköy Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Konsert proqramından əvvəl Azərbaycan Türkiyə şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.

Qonaqları salamlayan Hazarfem dərnəyinin sədri Nuran Acar konsertin tarixi Qarabağ Zəfəri Şuşa ili”nə həsr olunduğunu bildirib: “Biz illərdir Qarabağ, Şuşa deyirdik. Hər zaman oranı bir nağıl kimi təsəvvür edirdik. Yaxın zamanda Şuşanı ziyarət etdim. Həqiqətən, bu şəhərin bir nağıllar diyarına bənzədiyini gördüm. Bu şanlı Zəfəri bizə bəxş etdiyi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, hər bir qəhrəman türk oğluna minnətdarıq. Eləcə , hər zaman olduğu kimi, savaş dövründə qardaş Azərbaycanın yanında olan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan başda olmaqla, hər bir Türkiyə vətəndaşına təşəkkürümüzü bildiririk”.

Konsert proqramından əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsi bu müharibə nəticəsində əldə olunan şanlı Zəfərimizi özündə əks etdirən videoçarx nümayiş olunub.

Sonra “TRT” İstanbul Radiosunun Anadolu Saz Sənətkarları türk xalq musiqisi sənətçisi Dünya Tekinin ifasında Azərbaycan Türkiyə musiqilərinin nümunələri dinlənilib. Konsertdə, həmçinin Hazarfem Dərnəyi Türk Dünyası Ritim (nağaraçılar) Hazarfem Dərnəyi Azərbaycan Xalq Rəqsləri birliklərinin rəqs musiqi nömrələri ifa olunub.

Konsert proqramı izləyicilər tərəfindən böyük çoşqu ilə qarşılanıb.

 

525-ci qəzet.- 2022.- 7 iyun.- S.9.