Sərdar Amin yeni kitabını təqdim etdi

 

İyunun 18-də yazıçı-publisist Sərdar Aminin "İfşa" adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda tanınmış qələm adamları, oxucular iştirak ediblər.

Təqdimatı açıq elan edən gənc nasir şair Nadir Yalçın Sərdar Aminin çağdaş Azərbaycan ədəbiyyatındakı yeri rolu barədə söhbət açıb. O qeyd edib ki, bu kitaba qədər müəllifin iki romanı, bir şeirlər kitabı Azərbaycanın tarixindəki bəzi məqamlara aid kitabı çap olunub. Müəllifin sayca beşinci kitabı olan "İfşa"da son iki ilin publisistik yazıları cəmləşib. Nadir Yalçın bildirib ki, kitabdakı yazılar həm mövzu, həm üslub baxımından olduqca təqdirəlayiqdir.

Kitabın redaktoru, yazıçı Şərif Ağayar Sərdar Aminin şəxsiyyəti yaradıcılığı arasındakı mütənasibliyi vurğulayıb. O, müəllifin bir fikir adamı kimi qiymətli qələm sahibi olduğunu bildirib qeyd edib ki, kitabda toplanan yazıların hər biri müəllifin aydın təfəkkürünün, ayıq düşüncəsinin nəticəsidir.

Professor, ədəbi tənqidçi Cavanşir Yusifli öz çıxışında Sərdar Aminin yazı metodu barədə söhbət açıb. O qeyd edib ki, müəllif ədəbiyyatda yaratdığı sanballı qərəzsiz obraza sadiq qalıb. Professor bildirib ki, Sərdar Amin istər bədii əsərlərində, istərsə publisistik yazılarında üslub-forma tələblərinə lazımi şəkildə riayət edir.

Rəşad Məcid, Seyfəddin Hüseynli, Əlisəmid Kür, Xədicə İsmayıl, Samirə Əşrəf, Rəvan Cavid başqaları da çıxış edərək Sərdar Aminin yaradıcılığı barədə söhbət açıblar müəllifə xoş arzularını çatdırıblar.

Sonda Sərdar Amin bütün qonaqlara minnətdarlığını bildirib yeni təsis etdiyi "partizan.az" incəsənət portalı barədə tədbir iştirakçılarına məlumat verib.

Müəllif kitabları imzalayıb xatirə fotoları çəkilib.

 

ÜMİD

 

525-ci qəzet.- 2022.- 21 iyun.- S.8.