"Şuşa söhbətləri"nin ikinci görüşü baş tutub

 

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin "Şuşa İli" çərçivəsində həyata keçirdiyi "Şuşa söhbətləri" (Shusha talks) layihəsinin ikinci görüşü baş tutub.

APA xəbər verir ki, görüşdə mədəniyyət incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bloger influenserlər, eləcə yaradıcı sənayenin üzvləri iştirak edib "Şuşa İli" çərçivəsində Mədəniyyət Nazirliyinin tədbirlər planı "Musiqinin Şuşaya qayıdışı" mövzusu müzakirə olunub.

Çıxış edən Mədəniyyət Nazirliyinin İnformasiya İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə nazirliyin "Şuşa İli" çərçivəsində həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. O, qurumun bundan sonra da davamlı şəkildə təbliğat məqsədli layihələri davam etdirəcəyini qeyd edib.

Daha sonra tanınmış incəsənət xadimləri ilə "Musiqinin Şuşaya qayıdışı" mövzusunda panel keçirilib.

 

525-ci qəzet.- 2022.- 25 iyun.- S.12.