Milli Kitabxana “Həsən bəy Zərdabi” adlı virtual sərgini istifadəçilərin ixtiyarına verib

 

 

Milli mətbuatın banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin 180 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Həsən bəy Zərdabi” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Həsən bəy Zərdabinin müəllifi olduğu əsərlər, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Hesen_Bey_Zerdabi/index.htm linkindən istifadə edə bilərlər.

 

525-ci qəzet.- 2022.- 29 iyun.- S.13.