Xəyallar reallıqlar  

 

PSİXİATRİK SİNDROM - İNSANLARI REAL HƏYAT GERÇƏKLİKLƏRİNDƏN UZAQLAŞDIRAN XƏYALLAR DÜNYASI

 

 

Uşaqlıqlarda yaradıcı təxəyyülün inkişaf etdirilməsi birbaşa beynin inkişafına böyük köməklik göstərir. Bu baxımdan da uşaqların təxəyyülünü məhdudlaşdırmağa çalışmaq onun beyin inkişafına mənfi təsir göstərən başlıca amillərdən biri kimi qiymətləndirilir.

Yetkinlik dövründə xəyal qurmaq bacarığı hər birimizin həyatında çox mühüm rol oynayır. Xəyallarımız sayəsində arzularımızı həyatımızı proqramlaşdırırıq. İşləmək istədiklərimizə nail olmaq əzmi həm qurduğumuz xəyallardan güc alır. Həyatda uğur qazanan insanlara baxsaq görərik ki, onların böyük əksəriyyəti öz arzularına inanıb, onun arxasınca gedənlərdir.

Xəyal qurmaq insan beynini proqramlaşdırır. Əldə edə bildiyimiz ya edə bilməyəcəyimiz hər hansı bir şeyin xəyalı beynimizdə kimyəvi reaksiyaya səbəb olur. Beynimiz hətta bu xəyalları gerçəkləşdirmək üçün virtual görüntülər yaratmağa başlayır onu həyata keçirmək üçün ipucular formalaşır.

İstər uşaqlıq çağlarında, istərsə yaşımızın irəliləyən dönəmlərində xəyal qurmaq bacarığına sahib olmağımız bundan istifadə etməyimizin bizə bir çox müsbət təsirləri var. Çoxlarına görə, bu, həm uğurun, həm müsbət enerjinin mənbəyidir.

Amma dahi Nizami Gəncəvinin dediyi kimi, "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da".

Artıq xəyal qurmağın üzə çıxardığı problemlər elm dünyasında "Maladabtive daydreaming", yəni "Xəyali gerçəklik" adlanır. Xəyali gerçəklik, başqa sözlə desək, xəyalların nəzarətdən çıxması insanları həyatdan uzaqlaşdıran daima xəyal qurmağa aparan psixiatrik vəziyyətdir. Bu, insanın həddindən artıq xəyal qurmasının insanlarla ünsiyyəti əvəz etdiyi gündəlik işlərə mane olan bir vəziyyətdir.

"Maladaptive Daydreaming" adlandırılan bu psixiatrik sindromu İsrailin Hayfa Universitetinin professoru Dr. Eliezer Somer kəşf edib. Bu hal birdən-birə yox, zamanla insanın öz duyğularını reallığı dərketmə qabiliyyəti zəiflətdikdə ortaya çıxdı. Bu cür xəyalpərəstlik əksər insanlar üçün gündəlik həyatlarının ayrılmaz bir hissəsinə çevrilib.

Kiçik yaşlardan özünü göstərən bu tip xəyalpərəstlik, uşaqlarda sosial mühitə marağın itməsi xəyallara dalmağın daha da güclü olması ilə müşahidə olunur.

Əksər insanlar isə bunun 14-15 yaşlarından başladığını illər ötməsinə baxmayaraq, günlərini xəyal quraraq keçirdiklərini deyirlər. Bu insanlara şizofreniya diaqnozu qoyulsa da, onlar əslində şizofren deyil. Çünki onlar xəyallarının gerçək olmadığını qəbul edirlər.

Bəs özümüzün, yaxud uşaqlarımızın bu cür xəyalpərəstliyə meyilli olduğunu necə anlaya bilərik?

Bunu anlamaq üçün problemin ümumi simptomlarına nəzər salmaq lazımdır. Xəyali gerçəklik problemi

- Öz yaratdığı personajlarla hekayə tərzi xəyallara dalmaq;

- Real həyatdakı hadisələrdən təsirlənərək yaranan xəyallar qurmaq;

- Xəyalların gündəlik görüləcək işlərin yerinə yetirilməsinə mane olması;

- Gecələr yatmaqda çətinlik;

- Xəyal qurmağa davam etmək arzusu;

- Xəyal qurarkən eyni hərəkətləri təkrarlamaq;

- Xəyal qurarkən üz ifadələri, jestlər mimikalarla hərəkət etmək;

- Xəyal qurarkən pıçıldamaq danışmaq;

- Uzun müddət (saatlarla) xəyal qurmaq kimi simptomlarla müşahidə olunur.

Bu cür insanlar gündəlik öhdəlikləri rutinləri ilə barışmaq əvəzinə, daxili dünyalarına qərq olduqları üçün özlərini dəli hesab edirlər. Amma Psixi Pozuntular Diaqnostik Statistik Təlimatında (DSM) bu vəziyyət rəsmi olaraq psixiatrik xəstəlik kimi tanınmır. Doktor Somer isə bu vəziyyəti aşağıdakı ifadələrlə izah etdi: "Müxtəlif populyasiyalarda əlavə tədqiqatlar aparılmalı bu müşahidələr genişləndirilməlidir. Eyni zamanda, bu prosesdə iştirak edən beyin mexanizmlərini niyə beynin xəyal qurmaqdan bu qədər asılı olduğunu daha yaxşı anlamaq üçün neyroiminq tədqiqatları aparmalıyıq".

Xəstəlik olaraq rəsmi şəkildə təsdiqini tapmasa da, bu problemin insanları fiziki dünyada fəaliyyətsizləşdirdiyi gündəlik öhdəlikləri vaxtında icra edə bilməyəcək vəziyyətə saldığı məlumdur. Bunlar isə insanın həyatını çətinləşdirən amillərdir.

Bəs o zaman yeniyetmələrdə, həmçinin, yetkin insanlarda xəyali gerçəklik problemini aradan qaldırmaq üçün hansı üsullardan istifadə edilir?

Hələ ki, belə xəyalpərəstliyin diaqnozu ilə bağlı heç bir konkret üsul yoxdur. Amma mütəxəssislər bu problemin, yəni insanların real düyadan qoparaq xəyallarda yaşamasının bəzi travmaların nəticəsi olduğunu deyirlər. Bu, real həyatın çətinlikləri, xatırlamaq istəmədiyimiz hər hansı bir problemdən uzaqlaşmaq üçün beynimizin müdafiə mexanizmi kimi dəyərləndirilir. Uşaqlarda isə diqqətdən ünsiyyətdən kənar qalmaq xəyal dünyasına qapılmağa yol açan amillərdir.

Uşaqlıq yeniyetməlik yaşlarında böyük problem kimi görünməyən, ümumən heç bir ağrı-acıya səbəb olmayan, əksinə, xoş hal hesab edilsə , xəyali gerçəklik sindromu yaşayan insanlar yaşlandıqca həyatlarının çətinləşdiyini anlayırlar. Xəyal qurmaq insanda xoş hisslər yaratsa da, həyatda qalmaq üçün gündəlik işləri vaxtında görmək real həyatın qarşıya qoyduğu vəzifələri həyata keçirmək, reallıqların fərqinə varmaq lazımdır. Bu sindromdan əziyyət çəkən insanlar üçün tibdə hələ ki, konkret dərman müalicəsi olmasa da, psixoterapiyalar yolu ilə bunun öhdəsindən gəlmək mümkündür.

Uşaqları bu haldan qorumaq üçün isə daha çox diqqətli olmaq, onları xəyallarını yazmaqları üçün təşviq etmək gündəlik görüləcək işlərini vaxtında icra etmələrini alışqanlıq halına gətirmələrinə yardım etmək lazımdır.

Öz xəyal dünyamızı nəzarətdə saxlaya bilmədikdə isə, roman oxumağa, film izləməyə, sosial şəbəkələrdə vaxt keçirməyə ara vermək, daha çox insanlarla üz-üzə ünsiyyət qurmağa, gəzintiyə çıxmağa üstünlük verməliyik. Həmçinin, bizi yaxşı hiss etdirməklə yanaşı, hərəkətə keçməyimiz üçün tətikləyici əhəmiyyət daşımayan, əksinə, görüləcək işlərimizin gecikməsinə səbəb olan xəyalların da gündəlik həyatımızı çətinləşdirdiyini unutmamalıyıq.

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2022.- 1 mart.- S.12.