“Vətəndaşlarımızın təhlükəsiz təxliyəsi üçün əlimizdən gələni edirik

 

 

Artıq 9 gündür Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə Ukraynada yaşayan azərbaycanlıların təxliyəsi üçün çalışır. Ukraynanın müxtəlif vilayətlərindən gələn vətəndaşlarımız digər ölkələrə göndərilir. Təxliyə işinin sıx davam etdiyi vilayətlərdən biriLvovdur.

 

Bu şəhərdə azərbaycanlıların təxliyəsi ilə bağlı Ukrayna Azərbaycanlıların Radasının Lvov vilayəti üzrə sədri Teymur Məmmədov və sədr müavini Mahmud Qurbanov 525.az-a danışıblar. Sədr bildirib ki, müharibənin ilk günündən vətəndaşlarımız Lvov vilayətinə kütləvi surətdə gəlməyə başlayıb:

 

Bütün vilayətlərdən, ən çox da Xarkov və Kiyevdən bura insanlar gəlir. Son 9 gündən indiki günə qədər 5 min nəfəri yerləşdirib, daha sonra sərhədə göndərmişik. Bizim 4 avtobusumuz işləyir, hansı ki, Moldova, Polşa sərhədinə, Ujqoroda- Slovakiya sərhədinə vətəndaşlarımız göndərilir. Bundan başqa hər gün dəmir yolu vağzalında 150 nəfərlik yemək hazrlanır və vətəndaşlara paylanılır ki, gələnlər ac qalmasın. Eyni zamanda azyaşlı uşaqlar və qadınlar üçün yerli rəhbərlərlə razılaşma əsasında  buradakı xəstəxanın nəzdində 20 nəfərlik yer ayırılıb. Digər 4 şəhərdə isə öz evimizdaxil olmaqla məcburi kökçünlərə, ailələr yerləşdirilib. Sonra isə koordinasiya edirik və növbə ilə onları digər ölkələrə yola salırıq. İnsanlarımız bizə çatana qədər daha çox panikada olurlar. Burada isə nisbətən daha sakit, çünki hamımız birlikdəyik. Baxmayaraq ki, Livovun hər bir şəhəri hər an bombalanma gözlənilir.

 

Onu da qeyd edim ki, burada azərbaycanlıların adından Lvov vilayəti üzrə humanitar fond açılıb. Onun təşəbbüskarı da biz olmuşuq. Fonda kömək hələlik ölkə daxilindəndir və burada daimi yaşayan azərbaycanlılar yardımlar edir”.

 

Teymur Məmmədov bildirib ki, müharibənin ilk günündə Lvova yaxın strateji şəhərdə hərbi hissə vuruldu. Daha sonra Lvovdan  100 kilometr aralıda Brodiqonşu şəhər Lutsk şəhəri də vuruldu. Burada hər gün həyəcan siqnalı çalınır və yerli vətəndaşlar sığınacaqlara, bunkerlərə gizlədilir. Hazırda bu cür şəraitdə fəaliyyət göstəririk:

 

Ukrayna tərəfi rəsmi olaraq Diaspora nümayəndəliyi kimi bizə komendant saatında da işləmək üçün icazə verib. Biz də təşkilat olaraq vilayət administrasiyası, hərbi komendant rəhbərliyi, Milli Təhlükəsizlik Nazirliyi ilə daimi əlaqədəyik. Biz həm də Ukrayna rəsmiləri ilə çox gözəl təşkil etmişik. Hətta vilayət rəhbərliyi və rəsmi könüllülər bizə müraciət etdilər ki, Lvova gələn humanitar yükü bizim anbarda yerləşdirək. Eyni zamanda Azərbaycanın Ukraynadakı Səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Ukrayna Aəzrbaycanlıları Ali Radası ilə gündəlik və sıx əlaqədəyik. Biz hamımız bir yumruq kimi birləşib vətəndaşlarımızın təhlükəsiz və tez bir zamanda təxliyə edilməsi üçün əlimizdən gələni edirik. Mən Vilayətdə olar yerli azərbaycanlılara da yardımları üçün təşəkkürümü bildirirəm”.

 

Sədr müavini Mahmud Qurbanov isə bildirib ki, vətəndaşlarımızın çoxluğu ilə əlaqədar işlərimiz bu günlərdə bir qədər çətinləşib:

 

Ancaq öhdəsindən gəlirik. Buradan avtobuslarla insanları digər ölkələrlə sərhədə yola salırıq. Bu zaman da qadınlar və uşaqlara üstünlük verilir, onlar birinci təxliyə edilir. Biz burada böyük bir qərargah yaratmışıq və işləri sistemli olaraq oradan həyata keçiririk. Livovdan 20 kilometr aralıda da bizim daimi yerimiz var. Məcburi köçkün vətəndaşlarımız orada sığınacaq tapırlar.  Sığınacaqda əsasən sənədləri olmayan, yaxud olub müddət bitən və s. problem yaşayan vətəndaşlarımız yerləşdirilib. Qeyd edim ki, biz buradan sənədi olmayan insanları da Polşaya keçirə bilirik.

 

Teymur Məmmədovun da qeyd etdiyi kimi, Ukraynadakı Səfirliyimizlə mütəmadi əlaqədəyik. Səfirliyimizin nümayəndələri də bizim bu ərazidə şəxsən olublar. Onlar hər şeylə maraqlanırlar. Hələ də bombalanan şəhərlərdə qalan vətəndaşlarımız var. Biz onlarla telefonla danışırıq, onları sakitləşdirir və bura gələ bilmələri üçün məsləhətlər veririk. Burada kimin nəyə gücü çatırsa, edir. Hamı işləyir ki, vətəndaşlarımız çarəsiz qalmasın”.

 

Afaq Rza

 

525-ci qəzet.- 2022.- 5 mart.- S.9.