Qlobal iqlim dəyişikliyi: dünyaya və Azərbaycana təsirləri

 

Müasir dövrdə dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələridir. İqlim dəyişiklikləri onların canlı aləmə təsiri getdikcə daha çox narahatlıq doğurmaqdadır. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində hiss olunur ciddi problemlər yaradır. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən, antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar - karbon, metan, azot oksidi, azot 1 oksid xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər isinirdisə, artıq isinmə 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da isinməsinə səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

 

Ekologiya Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, istixana qazlarının emissiyalarının artması ilə təbii istixanaların təsirinin güclənməsi, yer səthi atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir. İqlim dəyişmələri təbii ekosistemlərə, eləcə məhsuldarlığa mənfi təsir göstərir ki, bu da bəşəriyyəti təhlükəyə məruz qoya bilər.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel daşqınların sayı artıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutundan bildirilib ki, iqlim dəyişikliyinə təbii antropogen amillər təsir edir. Təbii amillərə vulkan püskürmələri, meşə yanğınları sair aiddir. Bunlar atmosferə müxtəlif zərərli qazlar buraxır, qaz tərkibini müəyyən qədər dəyişir, bu da Yerin Günəşdən aldığı istiliyi artırır. Antropogen amillərdən isə sənaye müəssisələrinin inkişafı, avtomobillərdən atılan qazlar, təmizləyici qurğuların olmaması, səhralaşma prosesi iqlimin dəyişməsinə təsir edir. Qlobal istiləşmə nəticəsində təbii zonaların, iqlim qurşaqlarının sərhədləri dəyişə, meşələr təbii şəkildə məhv ola, səhralaşma prosesi baş verə, torpaq eroziyası güclənə, güclü tayfunlar, tornadolar müşahidə edilə bilər. Həmçinin, isti hava dalğalarının təkrarlanması müşahidə edilir. Bunlar hamısı həm cəmiyyətə, həm təbiətə mənfi təsir göstərən amillərdir: "İlin iki fəsli keçid, iki fəsli əsasdır. Ola bilər, gələcəkdə elə hal olsun ki, yaz payız fəsillərini müşahidə etməyək. Yəni kəskin soyuqlardan kəskin istilərə keçə bilərik. Bu, gələcək üçündür, 30-50 ildən sonra müşahidə edilə bilər. Qlobal istiləşmənin qarşısının alınması üçün bütün zavod, fabrik, müəssisələrdə təmizləyici qurğuların dəqiq işləməsini, qurulmasını təmin etmək lazımdır ki, atmosferə atılan zərərli qazların miqdarı azalsın. İkinci növbədə avtomobillərin az olmasına diqqət etmək lazımdır. Bunlar texniki cəhətdən həyata keçirilməsi mümkün olan tədbirlərdir. Bundan başqa, hər ölkədə atmosferə buraxılan karbon qazının utilizasiya edilməsi, meşələrin sahəsinin artırılması, torpaqların qayğısına qalmaq, səhralaşma, eroziya prosesinin qarşısını almaq lazımdır. Bu tədbirlər gələcəkdə iqlim dəyişikliyi ilə bağlı fəsadların bir qədər yumşaldılmasına kömək edər. Qlobal istiləşmə tədricən baş verən prosesdir, cəmiyyət, təbiət ona uyğunlaşa bilər".

 

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə, əgər hava mövsümə uyğun olmayaraq istidirsə, belə fikir söylənir ki, "iqlim dəyişir", yox, əgər qar yağırsa, qlobal istiləşməyə şübhə ilə yanaşılır. Lakin bu, iqlim dəyişmələri deyil, hava şəraitinin dəyişkənliyidir. Əgər söhbət uzun illər müşahidə edilən havadakı dəyişikliklərdən gedirsə, bu zaman həqiqətən iqlimdə baş verən dəyişikliklər nəzərdə tutulur. İqlim dəyişmələri isə onilliklər ərzində orta göstəricilər üzrə baş verən dəyişikliklərdir. İqlim Yer üzərində baş verən ən müxtəlif proseslərin qarşılıqlı əlaqələrini özündə əks etdirir, bu da iqlimşünaslığı çoxşaxəli, mürəkkəb, maraqlı çox əhəmiyyətli bir elm edir. İqlim sisteminin daim fasiləsiz dəyişiklik vəziyyətində olması normal haldır. Lakin bu gün Yer unikal iqlim mərhələsini keçirir. İqlim dəyişikliyi atmosfer sirkulyasiyasına təsir edir. Bu isə bəzi regionlar üçün xarakterik olmayan hava hadisələrinin tez-tez baş verməsi ilə özünü göstərir.

 

Ekoloqlar hesab edirlər ki, iqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi davamlılığının artması, su meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir. Bunun nəticəsində ekoloji tarazlıq pozulur, bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir.

 

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, bu gün iqlim dəyişiklikləri onların kənd təsərrüfatına təsiri bütün dünyanı narahat edir. İqlim dəyişiklikləri qaçılmaz bir prosesdir bunları yaradan məhz insan faktorudur. İqlim dəyişikliklərindən ən çox zərəri kənd təsərrüfatı su resursları görür. İqlim dəyişiklikləri nəticəsində torpaqların əvvəlki keyfiyyətini itirməsi, deqradasiyaya məruz qalması riski artır: "Torpaqlar deqradasiyaya məruz qalmadıqda, su ehtiyatları normal səviyyədə olduqda kənd təsərrüfatında məhsul istehsalı normal olur. Buna görə iqlim dəyişikliklərinə qarşı ən həssas sahə kənd təsərrüfatı, meşələr su qaynaqları hesab edilir".

 

Nazirlikdən qeyd olunub ki, iqlim dəyişmələrində insan amilləri daha çox rol oynayır. Belə davam etsə, gələcəkdə ərzaq təhlükəsizliyini təmin etməsi sual altında olacaq. 2050-ci ildə dünyada insanların sayının 9 milyarda çatacağı gözlənilir. Ekspertlərin proqnozlarına görə, insanların ərzaq məhsullarına olan tələbatı 2 dəfə artacaq. Bunun üçün əkin sahələri olmalıdır. Bu gün iqlim dəyişmələri nəticəsində torpaqların deqradasiyası gedir, səhralaşma prosesi sürətlənir. Bu problemlərin həlli üçün qarşıda çox böyük vəzifələr dayanır.

 

İqlim dəyişikliklərin yaranması ən çox inkişaf etmiş dövlətlərin payına düşür. Bu gün karbonun emissiyası ABŞ-da 23-25 faiz, Çində 16 faiz təşkil edir. Adekvat tədbirlər görülməsə, gələcəkdə bizi böyük bəlalar gözləyə bilər. Xüsusən inkişaf etmiş ölkələrdə iqlim dəyişmələrinə adaptasiya olmaq üçün milli uyğunlaşma planları var. Bu planların tərkibində çox məsələlər var. Məsələn, xüsusən də strateji əhəmiyyət kəsb edən dənli bitkilərin sığorta məsələsi var. Eyni zamanda ənənəvi seleksiya materiallarının, yəni ənənəvi bitki sortlarının mühafizəsi, toxumçuluq ilə bağlı məsələlər var. Azərbaycanda bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilir.

 

Bir sıra hallarda arzuedilməz təbiət hadisələri təbii proseslər nəticəsində yox, hansısa süni müdaxilə ilə əlaqədar baş verir. Təəssüflər olsun ki, bəzi iri ölkələr digər ölkələrin ərazisində süni şəkildə su problemi yaradır və bunu iqlim dəyişikliyi kimi təqdim edirlər. Bəzi ölkələrdə məhz müdaxilə nəticəsində normadan dəfələrlə az miqdarda yağış düşür, nəticədə su qıtlığı yaranır, quraqlıq olur. Bu cür dəyişikliklərin təbii proseslərlə heç bir əlaqəsi yoxdur. Ölkələr belə vəziyyətlə üzləşdikdə yüz milyonlarla, milyardlarla vəsait xərcləyir, iqtisadiyyata çox ciddi zərər dəyir. Bəzən də beynəlxalq təşkilatlar qlobal iqlim dəyişiklikləri ilə bağlı həyəcan təbili çalaraq dövlətlərdən böyük məbləğdə vəsait alırlar, amma onların iqlim dəyişikliyinə qarşı ciddi mübarizəsi baş vermir.

 

İqlim dəyişikliklərinin ən böyük fəsadlarından biri quraqlıqdır. Quraqlıq baş verdisə, yaşıllıqların sayı artırılır. Ölkədə son illərdə yaşıllıqların sayının artırılmasına xüsusi fikir verilir. Bu tədbirlər iqlim dəyişikliklərinə qarşı mübarizənin göstəricisidir.

 

 Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 10 mart.- S.12.