Havanı çirkləndirən amillər:
dünyamız üçün həyəcan
təbili
Atmosferin çirklənməsi və
onun fəsadları bütün bəşəriyyəti
dərindən narahat edən problemlərdəndir. Hazırda atmosferi
çirkləndirən əsas
mənbələr təbii
və antropogen olaraq qruplaşdırılır.
Təbii
çirklənmə adətən
vulkan püskürməsi
və sair üzündən, antropogen
çirklənmə isə
müxtəlif sənaye
sahələrinin, o cümlədən,
avtomobil nəqliyyatının
havaya buraxdığı
zərərli qazlar zamanı baş verir. Avtonəqliyyat vasitələrinin işləməsindən havanı
çirkləndirən əsas
tullantılara dəm qazı, karbohidrogenlər,
azot oksidləridir.
Araşdırmalara görə,
20 min kilometr məsafə
qət etmiş avtomobil havaya 0,775 kiloqram qurğuşun,
40,75 kiloqram azot oksidləri, 234 kiloqram karbohidrogen və 765 kiloqram dəm qazı buraxır. Günəş işığının təsirindən həmin zərərli tullantılar
kimyəvi dəyişikliyə
məruz qalır onların siyahısı aşağısəviyyəli, troposferli ozonla və fotokimyəvi mənşəli müxtəlif
toksinlərləzənginləşir.
Nəticədə həmin toksiki
maddələr insan həyatı üçün
təhlükəli və
idarə edilməsi mümkün olmayan fəsadlar yaradır.
Mütəxəssislər hesab edirlər ki, havanın çirklənməsinin ən
təhlükəlisi və
xoşagəlməyəni qaz,
tüstü, duman və toz qarışığı
olan smoqdur. Su buxarlarının kondensasiyası
zamanı kiçik tüstü hissəcikləri
ətrafında toplanmasından
əmələ gələn
smoq, xüsusilə, böyük sənaye şəhərlərində nəqliyyat
vasitələrinin çox
sıx olduğu ərazilər üçün
xarakterikdir. Smoqun tərkibində
olan ən zəhərli qaz avtomobillərin buraxdığı
dəm qazı hesab olunur. Smoq zamanı havada zərərli maddələrin
şiddətli konsentrasiyası
yaranır ki, bu da bəzən
ölümlə nəticələnir.
1952-ci ildəLondonda baş vermiş smoq nəticəsində
4000 nəfər, 1984-cü ildəHindistanın Bxopol şəhərində 2500 nəfər
vəfat edib. Smoq, həmçinin, minlərlə
insanın ağır
xəstələnməsinə səbəb olub. Onun bütün növləri
görməni azaldır
və tənəffüs
sistemini qıcıqlandırır.
Milli Hidrometeorologiya Xidmətinin
rəisi Umayra Tağıyeva deyir ki, atmosfer havasının
vəziyyəti həm
ətraf mühitə
atılan tullantılardan,
həm də sinoptik-meteoroloji şəraitdən
asılıdır: "Belə
ki, durğun anomal isti hava
şəraitində, zəif
cənub, cənub-şərq
küləyinin üstünlüyü
zamanı çirkləndirici
maddələrin toplanmasına
şərait yaranır.
Bu il isə
iyunun anomal isti keçməsinə baxmayaraq, iyulda nisbətən sərin və küləkli hava şəraitinin üstünlüyü bu durğunluğun yaranmasının
qarşısını alıb.
Eyni zamanda, bunu müvafiq
dövlət qurumları
tərəfindən nəzarətin
gücləndirilməsi və
havanın çirklənməsinə
görə məsul olan sahələrin bu məsələnin vacibliyini başa düşərək müəyyən
tədbirlər görmələri
ilə izah etmək olar. Lakin bu istiqamətdəhələ
də bir çox həll olunmamış problemlər
var. Xüsusi narahatlıq
avtonəqliyyat vasitələrinin
sıxlığı, eyni
zamanda, ölkəyəgətirilən
istismar müddəti keçmiş avtomobillərin
istifadəsi iləbağlıdır".
Bu gün ölkədə
atmosfer çirklənməsinin
qarşısının alınması,
ətraf mühitin mühafizəsinin gücləndirilməsi,
ekoloji tarazlığın
qorunması üçün
müvafiq tədbirlər
həyata keçirilir. Prezident
İlham Əliyevin müvafiq sərəncamı
ilə təsdiq edilən "Azərbaycan
Respublikasında demoqrafiya
və əhali sakinliyinin inkişafı sahəsində Dövlət
Proqramı"nın icrası
ilə əlaqədar
atmosfer havasının
nəqliyyat vasitələrindən
atılan zərərli
tullantılarla çirkləndirilməsinin
qarşısının alınması
işinin səmərəli
aparılması üçün
DİN-in Baş Dövlət
Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi
ilə birgə hər il "Təmiz hava" aylığı keçirirlər.
"Təmiz hava" aylığının
əsas məqsədi
atmosfer havasının
avtomobillərin ixrac qazlarının tərkibində
olan zərərli maddələrlə çirkləndirilməsinin
qarşısının alınmasıdır.
Bunun üçün avtomobil nəqliyyatı vasitələrinin
mühərriklərinin ixrac
etdiyi qazların tərkibi yoxlanılır,
onların normaya uyğun olmasına nəzarət gücləndirilir,
mühərrikləri normadan
artıq qaz ixrac edən avtomobillər aşkar edilərək onların yol hərəkətindən
kənarlaşdırılması üçün müvafiq
tədbirlər görülür.
Ekoloq Telman Zeynalov deyir ki, havanın
çirklənməsinə təsir edən bir çox amillər mövcuddur:
"Yaşıllıqların məhv olması, avtomobillərin sayının
artması, aparılan
tikinti işləri, eyni zamanda, neft
və neft məhsulları, kimyəvi
maddələr və inşaat materialları istehsal edən müəsisisələr də
əsas mənbələr
hesab oluna bilər. Bu da
qrip, epidemiya və xərçəng kimi bir sıra
xəstəliklərin yaranmasına
səbəb olur.
Şəhərdə yeni məhəlləsalınırsa,
yaşıllaşdırma qaydalarına
görə, orada 2 hektar yaşıllıq olmalıdır ki, əhalini oksigenlə təmin eləsin, avtomobillərdən atmosferə
buraxılan zəhərli
maddələri udsun.
Yaşıllıqlar nəqədər qırılırsa, yağıntıların
miqdarı azalır, küləklər artır,
torpaqlar erroziyaya məruz qalır. Yəni atmosfer havasının ilkin təbii tərkibini dəyişən
hər bir əlavə komponent hava üçün çirkləndirici amil sayılır. Əgər havanın
ilkin təbii tərkibində heç bir digər komponent mövcud deyildirsə, onda hava təmiz hesab olunur. Ümumiyyətlə, atmosfer çirklənmələri
bütövlükdə iqlimin
dəyişməsinə səbəb
olur. Havanın çirklənməsi Günəş şüalarının
axın sürətinə,
onun Yer səthində əks olunmasına, atmosferdəgedən
bütün təbii proseslərin dinamikasına
və nəhayət atmosfer çöküntülərinin
tərkibinə ciddi təsir edərək biosferdə gedən həyat proseslərinin
normal inkişafına əngəl
olur. Bu cür
problemlərin qarşısını
almaq və ətraf mühiti qorumaq üçün mütləq yaşıllıqların
sayı artırılmalı,
havanı çirkləndirənlərə
qarşı cəzalar
sərtləşdirilməlidir".
Milli Hidrometeorologiya Xidmətindən bildirilir ki,atmosferinçirklənməsinin monitorinqi Nazirlər Kabinetinin qərarı ilə "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar və səyyar məntəqələr hər bir şəhərin (yaşayış məntəqəsinin) sahəsi, relyefi, sənayenin inkişafı, səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla təşkil edilir. Ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi. Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinəuyğun deyildi, monitorinq ləng və zəhmət tələb edirdi. Buna görə də, hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb. Belə ki, son dövrlər bu sahənin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycanın Avropa İttifaqı ilə mövcud olan Fəaliyyət Planında atmosfer havasının monitorinqi sisteminin Aİ Direktivlərinəuyğun fəaliyyətinin mərhələlərlə təmin olunması nəzərdətutulub. Öhdəlikdə fasiləsiz fəaliyyət göstərən üçüncü nəsil avtomatik məntəqələrin quraşdırılması tələb olunur. Bununla əlaqədar İsveçin OPSİS AB şirkətindən 1 ədəd onlayn rejimdəçalışan müşahidə məntəqəsi alınıb. Məntəqənin 2016-cı ilin may ayından etibarən fəaliyyəti təmin edilib. Hazırda hər gün bu məntəqədən atmosfer havasında PM10 (asılı hissəciklər), NO2, SO2, benzol, toluol, kselol kimi qaz birləşmələri və ozonun səviyyəsi üzrə monitorinq nəticələri alınır. Atmosferin çirklənməsinin monitorinqi üzrə iri şəhərlərdə yerləşən müşahidə məntəqələrinin onlayn rejimdə çalışan müşahidəməntəqələri ilə əvəz olunması ETSN-nin qarşısında duran prioritet məsələlərdən biridir. Belə ki, 2019-cu il üçün nəzərdətutulmuş İnkişaf Konsepsiyasına uyğun olaraq bir səyyar laboratoriya və atmosfer havasının monitorinqi üzrə 5 stasionar avtomatik stansiya alınıb. Bu stansiyaların 3 ədədi Bakı şəhərində, Gəncə və Sumqayıt şəhərlərində isə 1 ədəd olmaqla quraşdırılmışdır. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən "Thermo" (ABŞ) şirkətinin cihaz vəavandanlıqları ilə komplektləşdirilmişdir. Stansiyalar şəhər fonu, nəqliyyat, sənaye profilli olaraq 3 istiqamət üzrə quraşdırılmış vəhər stansiyanın profilinə uyğun analizatorlarla təchiz edilmişdir. Stansiyalardan fasiləsiz olaraq atmosfer havasından PM 2.5, PM 10, azot 4-oksid (NO2), azot 2-oksid, NOx, kükürd qazı (SO2), dəm qazı (CO), hidrogen sulfid (H2S), BTEX kimi qaz qarışıqları və ozonun yer səthində səviyyəsi üzrə nəticələri əldə olunur. Stasionar stansiyalardan daxil olan məlumatlar mərkəzi məlumat bazasında toplanılır, hava keyfiyyətinin qiymətləndirilməsi vədigər məqsədlər üçün bazadan aidiyyatı üzrə istifadə edilir. Altıağac Milli Parkının ərazisində Xızı fon stansiyası Azərbaycan tərəfindən 2002-ci ildə ratifikasiya edilən BMT-nin Avropa İqtisadi Komissiyasının "Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiya"nın tələblərinə uyğun olaraq 2012-ci ildən fəaliyyət göstərir. Məntəqədə mütəmadi olaraq yağış və anion-kationların təyini məqsədilə nümunələr götürülür, müvafiq analizlər aparılır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 11 mart.- S.13.