“Professor Düsen Kaseinovadlı virtual sərgi açılıb

 

 

Martın 10-da TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinovun 75 illik yubileyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Professor Düsen Kaseinovadlı virtual sərgi hazırlanıb.

Virtual sərgi ilə bağlı məlumatda qeyd edilir ki, TÜRKSOY otuz ilə yaxın müddətdə türkdilli xalqların mədəniyyətinin dünyaya tanıdılması gələcək nəsillərə ötürülməsi ilə bağlı effektiv fəaliyyət göstərməklə bu xalqlar arasında həmrəyliyin daha da güclənməsində mühüm rol oynayır.

2008-ci ildən təşkilata Qazaxıstanın görkəmli mədəniyyət, musiqi xadimi Düsen Kaseinov rəhbərlik edir. Onun fəaliyyəti nəticəsində TÜRKSOY türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatlarda əhəmiyyətli tədbirlər həyata keçirib.

Dünyanı sülh, inkişaf və tərəqqi yolunda görmək onun həyat amalıdır. Düsen Kaseinov mədəniyyətlər arasında dialoqinteqrasiya tərəfdarıdır. Bu yolda davamlı fəaliyyətinə görə ayrı-ayrı dövlətlərin orden və medalları ilə təltif olunub. Dünya mədəniyyətinin inkişafına verdiyi töhfələrə, sülhsevər mədəni layihələrinə görə 2007-ci ildə Rusiya Federasiyasının “Dostluqordeni ilə təltif olunan D.Kaseinov 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən də “Dostluqordeni ilə mükafatlandırılıb. 2022-ci ilin 9 martında isə D.Kaseinov TÜRKSOY-da səmərəli fəaliyyətinə və təşkilatın üzv dövlətləri arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif edilib.

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinovun fəaliyyəti haqqında kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, rəsmi sənədlər, fotolar nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Dusen_Kaseinov/index.htm

Azərbaycan Milli Kitabxanasının əməkdaşları Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi, professor Düsen Kaseinovu 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı arzulayır.

 

 

525-ci qəzet.- 2022.- 11 mart.- S.9.