Rusiya: Fəlakətin mənzərəsi
Rusiyanın ABŞ və NATO-ya qarşı ötən ilin dekabrında irəli sürdüyü
ultimatumun müharibəyə
səbəb olacağını
proqnozlaşdırdığımız kimi, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin
dünyanın siyasi xəritəsini dəyişəcəyini
də əminliklə
deyə bilərik. Əlbəttə, bu dəyişikliklərin
tam miqyasını təxmin
etmək hələlik
mümkün deyil.
Bu, bir çox
amillərdən asılı
olduğu üçün
dəyişikliklərin miqyasını
zərgər dəqiqliyi
ilə müəyyənləşdirmək
çətindir. Amma çox
böyük ehtimalla söyləmək olar ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə başlayan prosesin təsiri Sovet İttifaqının dağılması
prosesindən daha böyük nəticələrə
səbəb olacaq.
Sovet İttifaqının
dağılması ikiqütblü
dünya düzənin
başa çatmasına
səbəb olsa da, Avrasiyada qeyri-müəyyənliklər qalmaqda
davam edirdi. Rusiyanın Ukraynaya
qarşı müharibəsi
başa çatdıqan
sonra bu qeyri-müəyyənlik dövrü
də bitəcək.
Postsovet respublikaları yeni geosiyasi reallıqlarla üz-üzə qalacaqlar.
Müharibənin hərbi nəticəsindən
asılı olmayaraq Rusiyanın çox ciddi çaxnaşmalarla üzləşəcəyini təxmin
etmək olar. Rusiya İmperiyasının
daxil olduğu "Antanta" hərbi ittifaqı Birinci Dünya müharibəsinin
qalibi olsa da, bu amil
Rusiyanın dağılmasının
qarşısını ala bilmədi.
Rusiyanın itkiləri o qədər
böyük oldu ki, imperiya bu
itkilərin təzyiqi
altında dağıldı.
Ukraynaya qarşı müharibədə
də Rusiya çox böyük itkilər verir. Ukrayna Müdafiə
Nazirliyinin martın
10-na olan məlumatına
görə, Rusiyanın
12 mindən çox hərbçisi öldürülüb.
Rusiya Müdafiə Nazirliyi itkilərlə bağlı
bir dəfə - mart ayının 2-də məlumat
yayaraq 498 hərbçisinin
həlak olduğunu etiraf edib. Hərbi əməliyyatlar isə əsasən məhz martın 2-dən sonra daha qanlı xarakter alıb. ABŞ kəşfiyyatı isə Rusiya ordusunun müharibənin
ilk iki həftəsi ərzində ən azı 6 min nəfər hərbçisinin öldürüldüyünü
bildirir. Rusiya ordusunun
itkiləri isə yalnız ölənlərin
sayı ilə məhdudlaşmır. Ukrayna Müdafiə
Nazirliyi Rusiya ordusunun iki həftə
ərzində ölən,
yaralanan və əsir düşən şəxsi heyətinin sayının 50 min nəfər
olduğunu iddia edir. Bu, Moskvanın
İkinci Dünya müharibəsindən sonra
üzləşdiyi ən
böyük hərbi itkidir. Rusiya ordusunun Ukraynanın
içərilərinə doğru
irəliədikcə daha
ağır itkilər
verəcəyi isə
gün kimi aydındır.
Ukraynanın rusdilli əhalisinin Rusiya ordusunu rəğbətlə qarşılamadığı,
əksinə, işğalçı
ordu kimi qarşıladığı məlum
olanda Rusiyanın bu müharibədə məğlub olduğu aydın oldu. Məlum oldu
ki, Krımdan fərqli olaraq Ukraynada Rusiya ordusu ərazilərə nəzarət etmək üçün ağır
döyüşlər aparmalı
olacaq. Bu, bir tərəfdən Rusiya ordusu üçün
ağır itkilərə
səbəb olursa, digər tərəfdən
də yerli əhalinin işğalçıya
qarşı nifrətinin
artmasına rəvac verir. Ona görə də
tam əminliklə demək
olar ki, müharibənin hərbi nəticəsindən asılı
olmayaraq, Rusiya bu hərbi kampaniyadan
zərərlə çıxacaq.
Müharibənin hərbi nəticəsindən
asılı olmayaraq, Rusiyanın çox ciddi çaxnaşmalarla üzləşəcəyini şərtləndirən
əsas səbəblərdən
biri də Moskvaya qarşı tətbiq edilən sanksiyaların doğurduğu
fəlakətli nəticələrdir. ABŞ və Böyük Britaniyanın liderliyi ilə Rusiyaya qarşı formalaşan geniş koalisiyanın tətbiq etdiyi sanksiyaların təsiri altında Rusiyanın bank sektorunun 75 faizi iflic olub. Rusiya Mərkəzi Bankı 400 milyard dollar həcmində
valyuta ehtiyatı üzərində nəzarətini
itirib. Bu isə Rusiya valyutasının kəskin
ucuzlaşmasına səbəb
olub. Ancaq itkilər yalnız
bundan ibarət deyil. Ümumiyyətlə, Rusiya iqtisadiyyatının
məruz qaldığı
itkilərin tam miqyasını
yəqin ki, Kremldə də dəqiq bilmirlər.
Çünki bu itkilər
o qədər böyük
miqyasa malikdir ki, onu tam hesablamaq
hələ mümkün
deyil. Belə iddialar var ki, Rusiya müstəqillik
dövründə qazandığı
iqtisadi gücünün
ən azı 75 faizini itirib. Rusiya banklarının SWIFT-dən
kənarlaşdırılması ilə yanaşı,
dollar, avro, funt-strerlinq
və İsveçrə
frankı ilə əməliyyat aparmaq qadağan edilib. Visa, MasterCard, American Express, PayPal və
Revolut kimi pul köçürmə
sistemləri Rusiyadakı
fəaliyyətini dayandırıb.
Apple Pay, Google Pay, Samsung pay, Western Union və
Revolut kimi sistemlər sanksiyaya məruz qalan banklarla əməkdaşlığa
xitam verib.
Airbus və Boeing Rusiyaya satışı və texniki xidməti dayandırıb. Bunun nəticəsində Rusiyanın mülki hava nəqliyyatı iflic olacaq. BMW, Honda, Hyundai, Jaguar Land Rover, Mazda, Mercedes-Benz, Nissan, Porsche, Renault, Rolls-Royce, Dassault, Ford, General Motors (Chevrolet, Nexia, Cadillac, Escalade), Harley Davidson, Scania, Toyota, Lexus, Volkswagen, Audi, Bentley, Ducati, Lamborghini, Skoda və Volvo Cars Rusiya ilə bütün növ əməkdaşlığa, işbirliyinə və ticarəti fəaliyyətinə son qoyub.
Adidas,
ASOS, Apple Store, Samsung, Burberry, Carlsberg, Dell, Diageo (Smirnoff,
Guinness), Farfetch, Fazer,
Hermes, HP, Canon, H&M (COS, Monki), Herm?s, Cartier, Chanel, iHerb, Inditex (Bershka, Zara, Pull and
Bear, Stradivarius, Oysho), IKEA, Kering
(Gucci, Saint Laurent, Balenciaga, Alexander McQueen), Jysk
LEGO, Levi Strauss&Co, LVMH (Mo?t&Chandon,
Dior, Louis Vuitton), Mango, Marks&Spencer,
Mytheresa, Nike, Pernod Ricard (Chivas Regal, Jameson), Plzensky Prazdroj, Staropramen, Budejovicky Budvar, Swarovski, Yoox, Sephora, Paulig, Puma və Valio kimi
şirkətlər Rusiyada
istehsal, satış və xidməti dayandıraraq bu ölkəni tərk ediblər.
Cisco,
Intel, Ericsson, IBM, Microsoft, Nokia, Nvidia,
Panasonic, Acronis, OneWeb,
Oracle, SAP, Hitachi və Siemens kimi texnologiya şirkətləri də
Rusiya ilə əlaqələrini kəsiblər.
Rusiyanı tərk edən şirkətlərin
tam siyahısı məlum olmasa
da, dünyanın əsas aparıcı biznes strukturlarının bu
ölkə ilə bütün əlaqələrini
kəsdikləri məlumdur. Bu əlaqələrin
kəsilməsinin Rusiyaya vurduğu
zərbənin tam miqyasını təsəvvür
etmək də çətindir. Bir
neçə nümunə ilə bu prosesin Rusiyada
yaratdığı təsir haqqında oxucularda
rəy yaratmağa
çalışacağıq. McDonalds
Rusiyadakı 850 ədəd restoranını bağlayıb və
bunun nəticəsində yüz
minə yaxn insan işsiz qalıb. Kentucky Fried Chicken (KFC) restoranlar şəbəkəsinin fəaliyyətini
dayandırması nəticəsində isə 40 min insan işini
itirib. L Oreal, Shell, Coca-Cola, Starbucks, və OV² kimi
şirkətlərinin Rusiyanı tərk etməsi nəticəsində
150 min insan işsiz qalıb. Rusiyada
elə bir vəziyyət yaranıb ki, on minlərlə
mütəxəssis təlaşla ölkəni tərk edir. Qırğızıstana köç
edən İnformasiya Texnologiyaları
mühəndisi bu imkanı
qazandığı üçün özünü xoşbəxt sayır.
Rusiyanın üzləşdiyi fəlakətin tam
olmayan mənzərəsi bundan
ibarətdir. Bu mənzərə isə
Rusiyanın uzun müddət davam gətirə bilməyəcəyini və
Sovet İttifaqının taleyini
yaşayacağını ehtimal etməyə
əsas verir.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 12 mart.- S.8.