Şuşa milli geyimləriadlı virtual sərgi  açılıb

 

ŞuşaAzərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı hərbi-strateji əhəmiyyətə malik qədim şəhərdir. Şuşa Azərbaycanın bəlkə yeganə diyarıdır ki, xalqımız ölkəmiz üçün bu qədər tarixi şəxsiyyətlər, incəsənət xadimləri yetişdirib: Üzeyir bəy, Bülbül, Rəşid Behbudov, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Vaqif, Xan Şuşinski, Yusif Vəzir Çəmənzəminli, Cabbar Qaryağdıoğlu yüzlərlə digər belə böyük şəxsiyyətlərin vətənidir. Bu yurd yerimiz, Azərbaycan xalqına bu cür dühalar, tarixi şəxsiyyətlər, incəsənət xadimləri bəxş etmiş bu şəhər, qədər istəsələr heç vaxt, heç bir vəchlə başqa bir millətin ola bilməz.

Kitabxanadan 525.az-a verilən məlumata görə, Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən geyim mədəniyyəti ilə zəngindir. Azərbaycanın milli geyimləri uzun sürən çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir.

Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır.

 

Hər bir xalqın milli-mənəvi maddi dəyərləri onun milli sərvətidir. Ümummilli Liderimiz Heydər Əliyev Cənabları dönə-dönə qeyd edirdi ki, “milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Azərbaycanın, eləcə onun ayrılmaz tərkib hissəsi olan Qarabağın geyim mədəniyyəti bizim milli-mənəvi maddi dəyərlərimizin bir tərkib hissəsidir.

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şuşa milli geyimləri” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhəri əhalisinin XIX əsr geyim mədəniyyəti, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

 

525-ci qəzet.- 2022.- 7 may.- S.24.