XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından incilər...

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

 

***

 

Baba bəy Şakir

 

Azərbaycan ədəbiyyatında ictimai satiranın formalaşması ərsəyə gəlməsində xüsusi xidməti olan Baba bəy Məhəmmədəli bəy oğlu Cavanşir 1761-ci ildə Şuşada anadan olmuş 1845-ci ildə orada da vəfat etmişdir. Onun Babası Fəzləli bəy Pənahəli xan Cavanşirin böyük qardaşı idi. Lakin xan nəslindən olmasına baxmayaraq, onun güzəranı o qədər xoş keçməmiş, ehtiyac içərisində yaşamışdır. O, müasiri qohumu Qasım bəy Zakirlə yaxın dost sirdaş olmuşdur. Onların yaxınlığının əsas səbəbi xarakterlərinin oxşarlığı, hər ikisinin mərd, qorxmaz sözübütöv olmalarından ibarət idi. Bu səbəbdən əksər dönəmlərdə onların düşmənləri, tənqid hədəfləri eyni olmuşdur. Zakirin Baba bəyin vəfatı münasibətilə yazdığı maddeyi tarixi bu dostluğun bariz nümunəsi hesab etmək olar.

 

Baba bəy Şakirin əlimizdə olan əsərləri təsdiq edir ki, o, həm lirik həm satirik üslubda yazan istedadlı şair olmuşdur. Əfsuslar olsun ki, bir çox müasirləri kimi onun şeirləri tam şəkildə gəlib bizə çatmamışdır. Burada təqdim olunan nümunələr şairin 1985-ci ildə nəşr edilmiş "Seçilmiş əsərləri"ndən (Tərtib edəni Fərhad Yəhyayev), AMEA ƏYİ-nin arxivində mühafizə olunan F-2, s.v.418 şifrli əlyazmasından, B-1369/7062 şifrli cüngdən M.Müctəhidzadənin 1910-cu ildə əski əlifba ilə İstanbulda nəşr etdirdiyi "Riyazül-aşiqin" əsərindən götürülmüşdür.

 

 

Cəfərqulu xan Nəva

Cəfərqulu xan Məhəmmədhəsən ağa Nəva təqribən 1780-ci ildə Şuşa şəhərində anadan olmuş orada mükəmməl saray təhsili almışdı. Onun atası Məhəmmədhəsən ağa İbrahimxəlil xanın sevimli övladı vəliəhdi idi. Lakin o, 1805-ci ildə vəfat etdiyi üçün xan üçüncü oğlu Mehdiqulu xanı vəliəhd təyin etdi. Bu hadisə 25-26 yaşlarında olan Cəfərqulu ağaya ciddi təsir etdi babasının ölümündən sonra uzun müddət əmisi Mehdiqulu xanla hakimiyyət uğrunda mübarizə apardı. Bunun nəticəsi olaraq o, tutulub əvvəlcə Simbirski, sonra isə Sankt-Peterburqa sürgün edildi, 1929-cu ildə vətənə qayıdıb firavan bir həyat sürdü. Qarabağın ən böyük mülkədarlarından olan Cəfərqulu xanın mahallarda yüzə yaxın oba kəndi var idi.

 

Sürgündə olarkən rus dilini öyrənən Cəfərqulu xan vətənə açıq fikirli bir ziyalı kimi qayıtmışdı. Mirzə Fətəli Axundzadənin Qarabağda dostluq əməkdaşlıq etdiyi şəxslərdən biri Cəfərqulu xan Nəva idi. O, "Arif", "Xan", "Nəva" təxəllüsləri ilə şeirlər yazıb. Lakin onun şeirlərinin çox az bir hissəsi indiyə çatıb.

 

Cəfərqulu xan Nəva 1867-ci ildə vəfat etmiş digər əcdadları kimi Ağdamda yerləşən "İmarət" adlı xan ailəsi qəbiristanlığında dəfn olunmuşdu.

Aşağıdakı şeir örnəkləri AMEA ƏYİ-də saxlanan əlyazmalardan götürülüb.

 

Raqub KƏRİMOV

Filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2022.- 7 may.- S.23.