Kontominativ düşüncələr eyforiyası

Poetik söz axtarışına çıxan gənclərin öz üslubları ilə ədəbiyyata gəlişi adamı sevindirir. Amma ən yaxşı yenini ən köhnə qəliblərdə görənlər də az deyil. Həm klassik, həm də çağdaş ədəbi janrlarda yeni söz deməyə can atan gənclərdən biri Sə-fail Aqiloğludur. İbisli Səfail Aqil oğlu 24 may 1997-ci ildə Yardımlı rayonun Anzov kəndində anadan olub, burada tam orta məktəbi bitirib. ADPU Cəlilabad filialında tarix və coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alıb, hərbi xidmətini çəkdikdən sonra doğma rayonunda isləyir. Hələ orta məktəbdə oxuyarkən yazdığı şeirlər müəllimlərini təəccübləndirib. Səfail Aqiloğlunun bəxtinə zəngin ənənələri olan Yardımlı ədəbi mühitində yazıb-yaratmaq düşüb. Bəlkə də Səfailin öz şeirlərində müdrik görünməsinin səbəbi Anzovun hikmət xəzinəsinin gözündən su içməsi ilə bağlıdır. Zəngin təbiəti, şəfalı otları, göz oxşayan mənzərələri olan qədim "xan soylu", "hakim nəsilli", "xaqan köklü" Anzov kəndi Yardımlının gözəl guşələrindən biridir. Yerli əhali Anzov/Anzo adını etnonim sayır, bu sözü saq və əncə türk tayfaları ilə bağlayır. Zəngin tarixi olan Anzov kəndi çoxlu ziyalılar yetirib. Ağsaqqallar və ağbirçəklər gözəl folklor biliciləridir. Anzovlular xalq təbabəti ilə məsğul olur, el sənətlərini yaşadırlar. Burada hər kəs sözə ehtiramla yanaşır. Səfailin sözə ehtiramı bu ənənədən qidalanır:

 

Zaman keçir boş-boşuna,

 

Gedən ömür geri gəlmir.

 

Ötən gündə, itən ildə,

 

Gedənlərin biri gəlmir.

 

Onun şeirlərindəki müdriklik müdrik görünmək xatirinə deyil, yaşantılardan gəlir. El ağsaqqallarından biri deyib ki, sevgi təkcə hissləri oyatmır, ağıl gətirir, həyat dərsi keçir, insanları tanıdır sevən adama...

 

deyim bilmirəm, deyim sənə?

 

Niyə sən bu qədər saraldın, soldun?

 

İndi son sual gəl verim sənə,

 

Məndən ayrılanı xoşbəxtmi oldun?

 

Poetik ritorikadırmı? Bəlkə ! Ancaq bunu əlini qələm qabar etmiş bir şair demir, bunu ədəbi mərkəzdən xeyli uzaqda yaşayan, kövrək titrək bir qələm sahibi deyir. Səfail Aqiloğlu şeirinin gücü onun sadə olduğu qədər mürəkkəb əksliklərin poetik vəhdəti üzərində qurulmasındadır.

 

Səfail Aqiloğlu ADPU Cəlilabad filialında təhsil aldığı illərdə burada onunla yanaşı, ədəbi yaradıcılıqla xeyli istedadlı tələbə məşğul olurdu. Rüfət Sabirli, Bəhruz Babaşov, Aytac Babayeva, Allahşükür Alaşarlı basqa tələbələrin şeirləri müntəzəm olaraq Respublika mətbuatında çap olunurdu. İndi Filialın məzunları Nərmin Babayeva, Sənəm Şahməmmədli, Rüfət Arifoğlu, Emiliya Ələkbərova, Əfsanə Yarməmmədova, Aysel Məmmədova, Lalə İsmayılova, Günəş İbrahimova basqalarının şeir, hekayə elmi arasdırmaları elmi-ədəbi toplularda, ədəbi jurnallarda işıq üzü görür. ADPU Cəlilabad filialında yaradılmış münbit şərait təkcə tələbələrə ixtisaslarına müvafiq təhsil almalarına kömək etmir, həm onların elmi ədəbi yaradıcılıq qabiliyyətlərini üzə çıxarırdı. Səfail Aqiloğlu filialın tədbirlərində yaxından iştirak edirdi, hətta yaradıcı gənclərini şeirlərini mətbuata çıxarırdı.

 

 

 

Tələbəlik illərini unutmayan, müəllimlərinə ehtiramla yanaşan Səfail Aqiloğlu bu memuariallığı şeirlərində yaşayır. Səfailin mənim ümvanıma yazdığı şeirdə tərənnüm ovqatı deyil, ideal zənn etdiyi müəllim obrazının real yaşantıları təsvir olunur:

 

Sənə baxanda dağlar,

 

Dərdini danır, şair.

 

Sən hamıya yanırsan,

 

Kim sənə yanır, şair?

 

 

Sən ki heç əzilmirsən,

 

Əzilərmi böyüklər?

 

Sənə ağırlıq etməz,

 

Çəkdiyin böyük yüklər!

 

Vaxtilə "Allah" "Minacat" kimi klassik şeir mövzularına müraciət edən Səfail Aqiloğlunun yaradıcılıq nümunələrində ədəbi yeniliyə meyil marağın artdığını görməmək mümkün deyil. İndi o, təkcə mövzusuna görə deyil, strukturuna görə fərqli şeirlər yazır. "Bir ruh kimi dolaşırsan canımda" deyir, "Varlığın da bir ayrı, yoxluğun da gözəldir" kontominativ düşüncələr eyforiyasını yaşayır. Səfail Aqiloğlunun fikrinə görə, eyforik düşüncələri ifadə etmək çağdaş ədəbi prosesin aparıcı qanadını təskil edir. Bir çox şeirlərində klassik ənənədən yan keçən, sözə həm hisslərin, həm düşüncələrin ifadəsi kimi yanaşan Səfail Aqiloğlunun ədəbi gəzismələri maraqlıdır:

 

Kim deyir desin indi, baxmıram,

 

Həyatımız nağıldır.

 

Hər kəs onsuz bu nağıla

 

Bir qəhrəman düzəldir.

 

Axtarışda olmaq, yeniliyə can atmaq çağdaş oxucu auditoriyasının da maraq dünyası ilə üst-üstə düşür. Qoşma, gəraylı fikri ifadə edə bilməyəndə semantik şeirə üz tutmaq yararlı variantdır. Poetik yükü ifadə etdiyi fikrin içində olan lakonik şeir-lər həm oxucu səbrinə hesablanır:

 

Get, yolun açıq olsun,

 

Bir boynunu bükmə qapının arxasında.

 

Get, yolun açıq olsun,

 

Gəlmə bir üstümə

 

lap elə darıxanda.

 

Yaxud:

 

Susur bu adam elə,

 

Görəsən qəsdi nədir?

 

Hər yanı sükut dolu,

 

Özü öz aləmində,

 

Özünə ev düzəldir.

 

Tanış gəlir bu mənə,

 

Tanış gəlir bu adam.

 

Amma elə bilin ki,

 

Mən ona çoxdan yadam.

 

Bəlkə elə özüməm özünə yadlaşmış adam,

 

Bütün çəkdiklərinə

 

baş əyib qatlaşmış adam.

 

Səfail Aqiloğlu ilk şeirlərində , yetkinlik yaşında yazdığı şeirlərində uzunçuluğa yol verməkdən qaçır, daha doğrusu, deyilməsi lazım gələn fikri elə deyilə bildiyi şəkildə - bəzəksiz-düzəksiz qələmə alır.

 

Çoxlu nümunələr gətirib, oxucunu yormaq istəmirəm, inanıram ki, "Eyforiya" kitabını varaqlayan hər bir kəsin Səfail Aqiloğlu şeirinə marağı artacaq. Təqdimat yanlış da ola bilər, oxucu sözü isə dəyərin sərrast ifadəsidir. Yaradıcı tələbələrimin içərisində öz fəallığı ilə seçilən Səfail Aqiloğluna oxucu sevgisi arzulayıram.

 

Bilal ALARLI HÜSEYNOV

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 13 may.- S.14.