Günbəgün yaxınlaşan Böyük Qayıdış

 

BU TARİXİ PROSESİN UĞURLA GERÇƏKLƏŞMƏSİ ÜÇÜN ŞUŞADA VƏ DİGƏR AZAD EDİLMİŞ ƏRAZİLƏRİMİZDƏ NƏHƏNG QURUCULUQ İŞLƏRİ APARILIR

2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı.

 

Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir. Şəhər Cənubi Qafqazda yerləşən Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Xankəndi şəhərinə gedən Laçın dəhlizi də buradan keçir. 289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşübgirov götürülüb.

 

Ermənilərin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb.

 

İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidəsi olub. Bunların içərisində son tuncilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Əbdürrəhim bəy Haqverdiyevin, Qasım bəy Zakirin, Mir Möhsün Nəvvabın, Süleyman Sani Axundovun, Nəcəf bəy Vəzirovun, Yusif Vəzir Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilib, dağıdılıb və məhv edilib.

 

Bu gün şanlı Azərbaycan Ordusunun Şuşanı düşməndən azad etməsindən 2 il ötür. Artıq iki ildir ki, Qarabağın tacı Şuşa azaddır, talanmır, dağıdılmır, yenidən qurulur.

 

İşğaldan azad edildikdən sonra Şuşada Böyük Qayıdış üçün nəhəng tikinti-quruculuq işlərinə start verilib.

 

2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib.

 

2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun təməlini qoyub. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzulidən Şuşaya "Zəfər yolu"nun açılışını edib. 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyasının və "Xarıbülbül" otelinin yenidənqurmadan sonra açılışı olub. Prezident Şuşada 1 saylı ümumtəhsil məktəbinin və yeni məscidin təməllərini qoyub. Həmçinin Prezident və ailə üzvləri "Xan qızı" bulağında da olublar. Eyni zamanda ötən il mayın 12-də Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb.

 

2021-ci ilin iyunun 15-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olublar. Burada iki qardaş ölkənin liderləri arasında təkbətək görüş keçirilib. Daha sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb.

 

Avqustun 29-da Şuşada dahi Azərbaycan şairiictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.

 

2021-ci il avqustun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə işğaldan azad edilən Şuşada ilk dəfə Vaqif Poeziya Günləri keçirilib. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə iki gün davam edən tədbirin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

 

Sentyabrın 18-də isə Şuşa şəhərində Milli Musiqi Günü keçirilib.

 

Prezident "Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" və "Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncamlar imzalayıb.

 

Sərəncamlara əsasən, Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Səhiyyə Nazirliyinə ilkin olaraq 500 minŞuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200 min manat ayrılıb.

 

Hazırda Şuşada bərpa-yenidənqurma işləri görülür, şəhər dirçəldilir, inkişaf etdirilir.

 

İşğaldan azad olunan Kəlbəcər rayonunda da tikinti, bərpa işləri sürətlə davam edir.

 

Ötən il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb. Prezidentbirinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunan 11,6 kilometrlik tunelin və Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikilən 3,4 kilometr uzunluğundakı tunelin təməllərinin qoyulması mərasimlərində iştirak ediblər, "İstisu" sanatoriyasında olublar. Daha sonra Prezident İlham Əliyev Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olub. Eyni zamanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasının açılışında iştirak ediblər. Dövlət başçısı yarımstansiyanı işə salıb. Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. "Kəlbəcər" yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulubbunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib.

 

Qeyd edək ki, ermənilər tərəfindən enerji sistemi tamamilə dağıdılan Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilib. Murov dağını aşmaqla çəkilən xəttin bəzi anker dayaqları dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırılıb.

 

Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir.

 

Millət vəkili Naqif Həmzəyev deyir ki, bu gün Qarabağda sürətli və sistemli işlər həyata keçirilir. Ən qısa şəkildə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə öz dədə-baba yurdlarına qayıdacaqlar: "Bu gün Qarabağı azad etmişik və sərhədboyu silahlı qüvvələrimiz həmin ərazilərdə tam möhkəmlənib. Yəni, bu gün Qarabağ Azərbaycanın tam nəzarətindədir. Ancaq zəfər qazanmaqla işimiz bitməyib. Çünki bu torpaqlar faktiki olaraq Ermənistan və erməni faşistləri tərəfindən 30 ilə yaxın müddət ərzində tamamilə dağıdılıb. Daş daş üstə qalmayıb, yaşayış binalarımız, taixi-mədəni abidələrimiz tamamilə viran qoyulub. Təəssüflər olsun ki, qəbirlərimizə qarşı da təhqirlər olunub və qəbirlərimiz talan edilib. Orada mövcud dağıntıların aradan qaldırılması, Qarabağa "Böyük Qayıdış" proqramının uğurla həyata keçirilməsi üçün xüsusi plan, proqramstrategiya hazırlanıb. Bu gün artıq deyə bilərik ki, bu torpaqlarda sistemli və sürətli işlər həyata keçirilir. Xatırlayırsınızsa, proqramlara start verdiyimiz zaman dostqardaş ölkələrinin şirkətlərinin bu prosesə cəlb olunması üçün ölkəmizə dəvət edildilər. Bu gün həm Türkiyə, həm İtaliya, həm də türkdilli dövlətlərdən olan şirkətlər "Böyük Qayıdış" proqramında yaxından iştirak edirlər. Təbii ki, ilk növbədə yol infrastrukturunun qurulması və bərpa edilməsi zəruridir. Bu sahədə də çox böyük işlər görülüb. Artıq 700 kilometrdən çox yol çəkilib. Ən önəmlisi Şuşaya gedən Zəfər Yolu da istifadəyə verilib. Bununla yanaşı, bütün bu ərazilərin elektrik enerjisi ilə təminatı da gündəmdədir. Çünki burada tamamilə bu infrastruktur da dağılmış, həmçinin ermənilər məğlubiyyətlərini anladıqda yerdə olan mövcud infrastrukturu da sıradan çıxartmışdılar. Ancaq qısa bir müddətdə Prezident İlham Əliyevin rəhbərliyi altında bu ərazilərin elektrik enerjisi ilə təmin edilməsi üçün mühüm işlər görüldübu günbu işlər davam etdirilir".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 13 may.- S.11.