Marneulidə “Nizami Gəncəvi və Şota Rustaveli” adlı bədii gecəsi  

 

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundaŞota Rustaveli Günü”nə həsr olunmuşNizami Gəncəvi və Şota Rustaveli” adlı bədii gecə keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Nizami Gəncəvi və Şota Rustavelinin Marneulidəki “Çay Evinin qarşısındakı büstləri önünə gül dəstələri düzüblər.

 

Tədbirdə “İnkişaf və Təhsil Mərkəzi”nin layihə rəhbəri Emin Əhmədov və Gürcüstan Mədəniyyət Akademiyasının direktoru David Nesteronko çıxış edərək Nizami Gəncəvi və Şota Rustaveli yaradıcılığından danışıblar. Natiqlər “Nizami Gəncəvi və Şota Rustaveli” adlı maraqlı poeziya günündə iştirak edən şeirsevərləri təbrik ediblər.

 

E.Əhmədov qeyd edib ki, belə tədbirlər davamlı olacaq və hər ay keçiriləcək. Bədii gecədə Gürcüstan Yazıçılar Birliyinin (GYB) sədri Mağvala Qonaşvili çıxışında Gürcüstan və Azərbaycan ədəbi mühitindən danışıb. O, məşhur qələm ustaları Ş.Rustaveli və N.Gəncəvinin xalqlarımızın nümunə göstəriləcək qələm sahibləri olduğunu bildirib. Qeyd edib ki, onlardan bizə miras qalan sevgi və məhəbbət əsərləri dünya ədəbiyyatı inciləri siyahısına daxil edilib.

 

GYB-nin sədri Mağvala Qonaşvili Azərbaycan ilə Gürcüstan arasındakı mədəni əlaqələrə nəzər salıb, Azərbaycan şairlərinin əsərlərinin gürcü dilinə tərcümə olunduğunu bildirib. Qeyd edib ki, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın şeirləri gürcü dilinə tərcümə olunur. O, Nizami Gəncəvi əsərlərinə tamaşa hazırlanacağını da vurğulayıb.

 

Ş.Rustaveli cəmiyyətinin sədri David Şemokledeli çıxışında Gürcüstan-Azərbaycan dostluğunun əsrlərin sınağından keçdiyini bildirib.

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov bədii gecənin təşkilini yüksək qiymətləndirib və bu cür tədbirlərin Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. Tədbirdə tanınmış tərcüməçi Oqtay Kazımovun “Nizami İli”ində nəşr olunanRustaveliNizami” kitabı haqqında ətraflı məlumat verilib.

 

Müəllif bildirib ki, kitabda 16 nəfərdən ibarət gürcü və Azərbaycan alimlərinin məqalələri dərc olunub.

 

O.Kazımov M.F.Axundovun və C.Məmmədquluzadənin əsərlərinin Akaki Sereteli və Məmməd bəy Abaşidze tərəfindən gürcü dilinə tərcümə olunduğunubu əsərlərin əsasında tamaşalar hazırlandığını qeyd edib.

 

Bədii gecədə istedadlı tərcüməçi, şair İmir Məmmədlinin Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasından etdiyi tərcümələr, M.Maqomayevin ifasında N.Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib. Eyni zamanda, “Gürcüstan haqqında nəğmə” mahnıları canlı ifa edilib.

 

Tədbir çərçivəsində gənc rəssam İvan Kezuanın və Şota Rustaveli mükafatı laureatı və Tiflis şəhərinin fəxri vətəndaşı, Keti Matabelinin “Pələng dərisi” silsiləsindən olan əsərləri nümayiş olunub.

 

Tədbirdə incəsənət, dövlət və ictimai xadimlər, ziyalılar, alim və şairlər, jurnalistlər iştirak ediblər.

 

Qeyd edək ki, bədii gecə “Gürcüstan Yazıçılar Birliyi”, “Gürcüstan Mədəniyyət Akademiyası”, “Gürcüstanın Şota Rustaveli Cəmiyyəti” və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə reallaşıb.

 

525-ci qəzet.- 2022.- 17 may.- S.9.