Kitabxanaşünas alim Rasim Kazımovun 90 illiyi qeyd edilib

 

Mayın 18-də Azərbaycan Milli Kitabxanasında tanınmış kitabxanaşünas-alim, pedaqoq Rasim Kazımovun (1932-2008) 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Mədəniyyət Nazirliyi Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Rasim Kazımovu Azərbaycan kitabxanaşünaslığının patriarxı sayılan Abuzər Xələfovdan sonra bu sahədə ən görkəmli alim olduğunu deyib: “Qürurvericidir ki, Rasim Kazımov əmək fəaliyyətinə məhz Milli Kitabxanada başlayıb. Daha sonra o, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin edilib. R.Kazımovun ruhu şaddır, çünki bu gün ailəsi, tələbələri, yaxınları onun əziz xatirəsini anır. Neçə on illər keçsə , gənc kitabxanaşünaslar Rasim müəllimin kitablarından bəhrələnəcək, ona istinad edəcəklər.

Sonra Milli Kitabxananın hazırladığıKitabxanaşünas-alim Rasim Kazımov” (http://anl.az/el/emb/R.Kazimov/index.html) adlı elektron məlumat bazası təqdim edilib. Bildirilib ki, elektron məlumat bazasıRasim Əhməd oğlu Kazımovun həyatı, elmi-pedaqoji təşkilati fəaliyyəti haqqında qısa oçerk”, “Həyat fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Rasim Kazımov haqqında”, “ƏsərləriFotoqalereyabölmələrindən ibarətdir.

Bakı Dövlət Universiteti (BDU) Kitabxana resursları informasiya axtarış sistemləri kafedrasının professoru Xəlil İsmayılov çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb, tələbələrinə qayğısı barədə danışıb.

Alimin ailə üzvləri adından qızı, Respublika Uşaq Kitabxanasının şöbə müdiri Leyla İbrahimova çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib atası haqqında xatirələrini bölüşüb.

 

525-ci qəzet.- 2022.- 19 may.- S.11.