“Cavad xan oğlu Uğurlu xanın hekayəti” imzalandı

 

21 may 2022-ci ildə LIBRAFF kitab evinin Park Akademiya filialında MİMTA Yayımlarında nəşr olunan Müzadil Zauroğlunun “Cavad xan oğlu Uğurlu xanın hekayəti” kitabının imza günü keçirilib. Tədbirdə ziyalılar kitab oxucuları iştirak edib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov bildirib ki: “Fond fəaliyyət göstərdiyi 17 il müddətində Azərbaycanın milli irsi, mədəniyyəti tarixini tədqiq edib işıqlandırmağı öz öhdəliyi hesab etmişdir. Bu sahədə görülən işlərə “Füyuzat” “İşıq” jurnallarının yenidən təsis olunaraq çap olunması ilə yanaşı, müxtəlif tərcümə tədqiqatlarla Azərbaycan kitab sektoruna verilən töhfələri aid etmək olar. Müzadil bəyin tədqiqatları əsasında hazırlanan “Cavad xan oğlu Uğurlu xanın hekayəti” kitabı da mübarizə tariximizin işıqlandırılması baxımından olduqca mühüm əsərlərdən biridir”.

Daha sonra müəllif  Müzadil Zauroğlu kitabın ərsəyə gəlməsi barədə oxuculara məlumat verdi: “Azərbaycan tarixinin mübariz hökmdarlarından olmuş, öz mücadiləsi uğrunda şəhadətə ucalmış Gəncə xanı Cavad xanın oğlu, 23 ildən artıq müddətdə Rus-Çar imperiyasının istibdad zülmü ilə mübaizə aparan Uğurlu xanın həyat yoluna həsr etdiyimiz bu kitab tarixi sənədlərə arxiv materiallarına əsasən tərtib olunub. Uğurlu xanın həyat hekayəsi qəhrəmanlıq dolu tariximizin bizdən gizlin saxlanılan ən şanlı səhifələrindən biridir! Müəllifi olduğum bu  kitabda onun mübarizəsini az da olsa, əks etdirməyə çalışmışam”.

“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus da kitab haqqında öz təəssüratlarını bölüşdü: “Cavad xan oğlu Uğurlu xanın hekayəti” bədii-tarixi povesti milli düşüncəsinin işığında qələm çalan, tədqiqatlarını millət vətən yolunda faydalılıq prinsipi ilə aparan dəyərli ziyalımız Müzadil Zauroğlunun Azərbaycan xalqına dəyərli töhfəsidir. Əsər müəllifin “Füyuzat” dərgisində dərc edilən eyniadlı silsilə məqalələrindən tərtib olunub. Bu kitab “Füyuzat”ın 15 illik varisliyinə töhfə hesab oluna bilər. İnanıram ki, xalqımızın milli mücadilə tarixində önəmli bir dövr olan xanlıqlar dövrünə, xüsusən Gəncə xanlığına işıq salacaq bu əsər unutdurulmağa çalışılan mübarizə yaddaşımıza yenilənmə gətirəcəkdir”.

Bundan başqa da tədbirdə Xalq artisti, Nurəddin Mehdixanlı, professor Cahangir Məmmədli, Şuşa fatehlərindən Saleh Həsənov xüsusi təyinatlı hərbçi Anar Qasımov, Xalq artisti Əli Nuruzadə, Əməkdar artist Münəvvər Əliyeva kimi bir çox ziyalı, tarixçi, mədəniyyət incəsənət xadimləri çıxış edərək bu kitabda əks olunan Uğurlu xanın mücadilə ilə yazdığı salnamənin tariximizdəki əvəzolunmaz rolunu yüksək qiymətləndirdilər. Daha sonra müəllif oxucuların kitab haqqında suallarını cavablandırdı.

Sonda imza mərasimi keçirildi, tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

 

525-ci qəzet.- 2022.- 24 may.- S.15.