"Şeirimizin səssiz səsiyəm"

 

AĞDAŞDA XALQ ŞAİRİ FİKRƏT QOCANIN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

 

Dünyanı da, istənilən gözəlliyi , şeiri , tapıntıları da kamil insan dərk edib, təbliğ edib, yaşadıb, yaşadacaq da. Həyat insanın başlıca dəyəridir. İnsanın dünyaya özünə münasibəti sayəsində müəyyən dəyərlər formalaşır ki, onun da zirvəsində bu ya digər ictimai idealarda əks olunan mütləq dəyərlər durur. İnsanın digər insanlarla münasibəti sabit, təkrar-təkrar qiymətləndirilməsi sosial, əxlaqi, dini, hüquqi sair normalara çevrilir. Həmin normalar isə ayrı-ayrı fərdlərlə yanaşı bütövlükdə cəmiyyətin gündəlik həyatını nizamlayır. Təbiət şairi Fikrət Qoca dünyanın, dünyada baş verən qlobal hadisələrin nəbzini dəqiqliklə tutan, gündəlik həyatımızın qayğı sevinclərinə qələmin dili ilə sanballı, geniş dərin mənalar kəsb edən əsərləri ilə cavab verməklə hər zaman ön cərgədə dayanan ədiblərimizdən olmuşdur. Fikrət Qoca bu günlərimizdə , bizdən sonra yaşanacaq gələcək dövrlərdə sevilə-sevilə oxunacaq müdrik şairimiz idi.

Mayın 20-də Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunmuş "Şeirimizin səssiz səsiyəm" adlı ikihissəli tədbir keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, AYB sədrinin müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Birliyin katibi şair Səlim Babullaoğlu, qiraət ustası Ağalar Bayramov, AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, "Mədəniyyət" jurnalının baş redaktoru Zöhrə Əliyeva, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbud, araşdırmaçı-jurnalist Kəmalə Müslümqızı, şairin ailə üzvləri, incəsənət xadimləri, Göyçay Ağdaş rayon İcra Hakimiyyətinin əməkdaşları, Ağdaş, İsmayıllı Bərdə Regional Mədəniyyət İdarələrinin rəhbərliyi mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirin birinci hissəsi Göyçay şəhərində baş tutub. Əvvəlcə Şəhidlər Xiyabanı, Göyçaydan olan ədiblər Əli Kərim, İskəndər Coşqun Əli Səmədlinin məzarları, eləcə "Əbədiyaşar Ədiblər" parkında görkəmli şair yazıçılarımızın büstləri ziyarət olunub, əklil gül dəstələri düzülüb.

 

Tədbirin açılışında Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş xatirəsinə ehtiram olaraq keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

 

AYB sədri Anar, Birliyin digər nümayəndələri, şairin ailə üzvləri Fikrət Qocanın həyat yaradıcılığı haqqında söz açaraq öz xatirələrini bölüşüblər. Əməkdar artist Ağalar Bayramovun ifasında şairin şeirləri səsləndirilib.

 

Sonra Xalq şairi Rəsul Rzanın Göyçay şəhərində yerləşən ev muzeyi ziyarət olunub.

 

Tədbirin ikinci hissəsi Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilib. Qonaqlar əvvəlcə Mərkəzin foyesində Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin üzvləri tərəfindən hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə eyni zamanda şairin ailəsi tərəfindən təqdim edilmiş şəxsi əşyaları da nümayiş olunub.

 

Tədbirin bədii hissəsində "Qız qalası" instrumental ansamblının müşayiəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, Xalq artistləri GülyazGülyanaq Məmmədovaların, Teyyub Aslanın, Əməkdar artist Zakir Əliyevin ifasında, şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub. Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanmış "Şeirimizin səssiz səsiyəm" filmişairin qürbətdə yaşayan ailə üzvlərinin, yaxınlarının görüntülərindən ibarət videomüraciət nümayiş etdirilib.

 

A.BayramovunAğdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxalıyevanın aparıcılığı ilə baş tutan tədbirdə Xalq yazıçısı Anar, şairin qızı Gülay Qocayeva, bacısı Gülbəniz Qocayeva, şair Səlim Babullaoğlu, şairə və jurnalist Gülşən Behbud, AYB Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd çıxış ediblər.

 

Ağdaş Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Fidan Səfixanovanın və rayon Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyinin rəhbəri Məlahət İsmayılın çəkdiyi, şairin təsviri əks olunan rəsm əsərləri qızı Gülay QocayevayaXalq yazıçısı Anara təqdim edilib.

 

Bu tədbirlər bir daha göstərib ki, Xalq şairi Fikrət Qoca ədəbiyyatımızda, poeziyamızda, oxucularının, tanıyanların xatirələrində hər zaman yaşayacaq, sevgi ilə xatırlanacaq.

 

 

Gülşən BEHBUD

 

525-ci qəzet.- 2022.- 24 may.- S.8.