"Odlar yurdu"

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Murad Budaqovdur. Onunla Xalq rəssamı Tahir Salahovun "Odlar yurdu" əsəri haqqında danışmışıq.

 

- Murad bəy, əsərin yaranma tarixçəsi haqqında bilirik?

 

- Tahir Salahovun "Odlar yurdu" rəsm əsəri 2007-ci ildə ərsəyə gəlib. Bu əsər Azərbaycanda neftçilərin həyat yaradıcılığına həsr olunmuş rəsm silsiləsini taclandırmaqdadır. Tahir Salahov "Odlar yurdu" tablosunun üzərində on aydan çox işləyib.

 

- İlk baxışdan Qız qalası neft məfhumunu görməyə imkan vermir. Yəqin burada da xüsusi bir mesaj var.

 

- Bəli, Tahir Salahovun sözlərinə görə, o, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğu çəkməyi çox istəyirmiş. İncəsənət tarixçisi tənqidçisi Yekaterina Dyoqotun fikrincə, triptix nefti sənaye yox, dini mənada şərh edir.

 

- Əsərdəki xaotik cizgilər nədən xəbər verir?

 

- Rəssam Azərbaycan xalqının vətənsevərliyini kətan üzərində canlandırıb. Qız qalasının üzərindəki zirvəsindəki qala mühafizəçiləri əllərində alovlanan dəyənəklə qalanın mühafizəsində duraraq şücaət göstərirlər. Tabloda coşğun Xəzərin ləpələrinin qalaya çırpılması belə sənətkar tərəfindən çox böyük məharətlə işlənib.

 

- Tablo hazırda harda saxlanılır?

 

- "Odlar yurdu" hazırda Bakıda - Azərbaycan Milli İncəsənət Muzeyində, 17000-dən çox eksponatın arasında saxlanılır.

 

- Tablonun rəng koloriti haqqında deyə bilərsiniz?

 

- Əsərin kolorit həllində daha çox isti rənglərə üstünlük verilib. Tablo yağlı boya ilə kətan üzərində çəkilib. Ölçüləri 225sm x 580 sm-dir. Əsərdəki rənglər tünd qırmızı rəngdən başlayaraq açıq yaşıl rəngə kimi dəyişir. Burada rəssam isti rənglərlə yanaşı, soyuq rənglərdən istifadə edib. Ümumilikdə isə tablonun kolorit həlli isti tünd rənglər üzərində qurulub. Kompozisiyanın yuxarı sol hissəsi tünd göy, sağ hissəsi isə qırmızı narıncı rənglər üzərində işlənib. Qala isə əsasən narıncı tünd qara rənglərlə təsvir olunub.

 

Xəzərin ləpələrinin qalaya çırpılması insanların əllərinin yuxarıya qaldırması qalanın yuxarı hissəsinin yanması əsərdə ön mövqedə təsvir olunmaqdadır .

 

- Bəs kompozisiyası necə?

 

- "Odlar yurdu" kiçik səthi yazmalarla çəkilib. Xəzər dənizinin dalğaları ləpələrin qalaya çırpılması məharətlə işlənib. Kompozisiyanın mərkəzində çılğın dayanan Qız qalası qalanın ətrafında əlləri yuxarı olan əllərində alov olan əhali, qalanın cəngavərləri döyüşçüləri təsvir olunub. Əsərdə göy üzü çox tutqun, yer isə yaşıl rənglərlə bəzədilib.

 

Tabloya diqqətlə nəzər yetirəndə, triptixtin mərkəz hissəsində "Xəzər bu gün" əsərini, triptixtin sol tərəfində Atəşgah, sağ tərəfində isə Qız qalasını görürük.

 

- Sizcə, bu əsər bizə deyir?

 

- Tahir Salahovun Xəzərə marağı həyatı boyu səngimir 2007-ci ildə çəkilmiş daha bir nəhəng əsəri - "Ənənələr müasirlik: Odlar yurdu" adlı 6 metrlik triptixinə (bir fikir, mövzu süjetdə birləşmiş üç rəsm əsəri) neft mövzusunun kuliminasiyası kimi baxılır. Bu tablo Azərbaycanın salnaməsi, memarlığımızın qədim dövrlərdən bugünədək olan tarixidir. T.Salahovun istedadı günəş, söz iradə qədər güclüdür. Onun qəhrəmanı zamandır. Onun zamanı keçmiş gələcək deyil, onların arasında əlaqə yaradan andır - bu gündür. Ona görə T.Salahovun rəsmləri müasirlik-gənclik enerjisi yüksək sənətkarlıqla çəkilib.

 

Rəssam yaradıcılığında neft mövzusuna xüsusi yer verir. Bakı şəhəri - neftçi əməyinin romantik məkanı hesab edilir. Şəhər neftlə, neft hasilatı ilə sıx bağlıdır. Ümumiyyətlə, bu mövzu hər zaman rəssamları cəlb edib. Tahir Salahov isə dəfələrlə kətan üzərində Bakı neftçisinin obrazını yaradıb.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 25 may.- S.20.