Zəfər Günü - yalnız irəli...

 

Artıq ikinci ildir ki, hamılıqla 8 noyabr - Zəfər Gününü ərazi bütövlüyü bərpa edilmiş, işğal faktına son qoyulmuş, güclü müstəqil Azərbaycan olaraq qeyd edirik. Xalqımızın bu günlərdə yaşadığı misilsiz qələbə sevincini, fərəh qürur hisslərinin sözlərlə ifadəsi mümkünsüzdür.

30 illik işğala son qoyan tarixi Qələbəmizin əsas memarı heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Uzun illər aparılan islahatlar nəticəsində formalaşmış peşəkar ordumuz, Vətəninə, dövlətinə bağlılığı, Ali Baş Komandanın bir əmri ilə könüllü olaraq cəbhəyə yollanan minlərlə Azərbaycan gənci, xalqının öz liderinə olan dərin sevgisi sarsılmaz inamı idi bu qələbənin təməli...

44 günlük Vətən Müharibəsi dövründə bütün dünya Azərbaycan Prezidentinin necə dəmir sarsılmaz siyasi iradəyə, milli maraqlarımız, müstəqilliyimiz ərazi bütövlüyümüzlə bağlı prinsipial mövqeyə sahib olduğunu gördü. 30 illik işğal dövründə "münaqişənin hərbi yolla həlli yoxdur" deyənlər, bizləri buna inandırmağa çalışanlar Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən Müharibəsində artıq tarixə qovuşmuş Dağlıq Qarabağ probleminin hərbi-siyasi yolla həllinin mümkünlüyünə şahid oldular.   

Müharibənin ilk günündə ordumuzun qətiyyətli əks-hücum əməliyyatları ilə illər boyu möhkəmləndirilmiş, "keçilməz sədd" adlandırılan müdafiə xəttini yararaq Azərbaycan Ordusu günortadan sonra Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz Qərvənd kəndlərini, Ağdərə rayonunda Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi noyabrın 8-nə aparan yolda hamımızın səbirsizliklə gözlədiyi, Prezidentin şəxsən cəbhə xəttindən verdiyi sevincli xəbərlərin ilk müjdəçisi idi... 

Nəticədə ölkəmiz 30 illlik işğal dövründə sadəcə kağız parçasına çevrilmiş BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin tələblərini özü icra etdi. Şuşanın azad edilməsi 44 günlük müharibənin zirvə nöqtəsi sayılır. Məhz qədim mədəniyyət beşiyimizin azad edilməsi ilə Ermənistan tam məğlubiyyətə uğradığını etiraf etdi noyabrın 9-da kapitulyasiya aktına imza atdı.

İkinci Qarabağ savaşının "XXI əsrin müharibəsi" adlandırılması da heç təsadüf deyil. Yüksək peşəkarlıq, beşinci nəsil hərbi texnika sursatlardan istifadə, ən müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinin təşkili əsasında aparılan hərbi əməliyyatlar, Azərbaycanın döyüş təcrübəsi, istifadə etdiyi taktikalar bu gün dünyanın ən inkişaf etmiş hərb məktəblərinin dərsliklərinə salınıb, öyrənilir, araşdırılır. Ali Baş Komandanımızın da dediyi kimi, ən çətin relyef şəraitinə, çoxhədli müdafiə xətlərinin olmasına baxmayaraq, rəşadətli ordumuz müharibənin davam etdiyi 44 gün ərzində yalnız irəli getdi.

Şəhidlərimizin qanı hesabına əldə olunan tarixi zəfərin əhəmiyyətini Azərbaycan xalqı heç bir zaman unutmayacaq.  Bu möhtəşəm qələbə, gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.

Hər bir müharibədə qalibiyyətə aparan ən başlıca amil sarsılmaz xalq-dövlət-ordu birliyinin vəhdətidir. Dövlət olaraq, xalq, ordu olaraq bu imtahandan alnıaçıq çıxmağı bacardıq. Məhz həmin sarsılmaz birliyinin, həmrəyliyin, inamın sayəsində...

Bu qələbə tək işğal altında qalan torpaqlarımızın azad edilməsinin yox, həm də millət olaraq dirçəlişimizin, oyanışımızın, özünə qayıdışın simvolu kimi dəyərləndirilməlidir. İndi bütün dünya Azərbaycanı, Azərbaycan xalqını qalib dövlət, qalib xalq kimi tanıyır, qəbul edir, hesablaşır. İndi qarşımızda daha mühüm vəzifələr dayanır. İşğaldan azad edilmiş ərazilərimizin bərpası...

Hazırda işğaldan azad edilən ərazilərimizdə geniş abadlıq və quruculuq işləri gedir. Bu proseslər dövlət başçımız İlham Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin iqtisadi gücügeniş maliyyə imkanları sayəsində iki il ərzində Zəngilan və Füzulidə ən müasir standartlara uyğun iki beynəlxalq hava limanı tikildi. Hər iki hava limanının açılışlarına 44 günlük müharibənin ilk dəqiqələrindən Azərbaycana mənəvi və siyasi dəstək verən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatıldı. İndiazad edilmiş bütün ərazilərdə reallaşdırılan irimiqyaslı layihələrdə əsas tərəfdaşımız da qardaş ölkənin şirkətləridir. Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında reallaşdırılan  Ağalı kəndi də artıq ilk sakinlərini qarşılayıb. Bununla da Şərqi Zəngəzur və Yuxarı Qarabağ iqtisadi rayonlarına keçmiş məcburi köçkünlərin "böyük qayıdışı"na start verilib. İnanırıq ki, ən qısa zamanda bütün azad edilmiş ərazilər dirçəldiləcək, ölkəmizin bu dilbər guşələri sakinləri ilə qovuşacaq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Zəfər Bayramımız mübarək!

 

Polad NƏCƏFLİ, Göyçay rayon notariat ofisinin notariusu

525-ci qəzet.- 2022.- 6 noyabr.- S.7.