Zəfərimiz mübarəkdir, Azərbaycan!

 

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən rəmzi məna daşıyan Şuşa şəhəri düşməndən azad edilib. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə

Tarixi günlə bağlı olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci tərəfindənZəfər səninlədir, Azərbaycan!” adlı tədbir təşkil olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecindən 525.az-a verilən xəbərə görə, mövcud şəraitlə əlaqədar olaraq tədbir Nizami rayonu Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbinin akt zaklında keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

İlk olaraq kollecin direktoru Vilayət İsmayılov çıxış etmiş, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlıqlarından söhbət açıb: "Bugünkü böyük zəfər sevincini bizə yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Biz onların vətən uğrunda fədakarlıqları sayəsində rahat yaşayırıq. Ali Baş Komandan İlham Əliyev başda olmaqla, xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Var olsun dövlətimiz!"

Daha sonra çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Nuru Mikayılov Qarabağ həsrətinin zəfər müjdəsindən söz açıb.

Bildirib ki,  Zəfər bayramını Azərbaycan xalqına yaşadan bütün şəhidlərin ruhuna ehtiramını göstərmək üçün Şəhidlər Xiyabanına gəlmək onun borcudur: "Bu gün ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür. Bütün bunlar insanların şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasibətlərinin ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzuları həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar".

Bədii hissəyə keçməzdən öncə zəfərimizin keçdiyi yola tarixçi gözü ilə baxmaq üçün kollecimizin tarix müəllimi Xəyalə Həsənova çıxış edib.   

Tədbirin bədii hissəsində tələbələrin istedadları nümayiş olunub. 

Zəfərimizə həsr olunan şeirlər söylənilib, mahnılar ifa edilmiş, 44 günlük müharibənin həyəcanlı günlərini əks etdirən kiçik səhnəcik izləyicilərə nümayiş etdirilib. Tədbirin davamı ordunu qüdrətli edən bayrağımızından danışılıb. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Tədbirin sonunda Tərbiyə işlər üzrə direktor müavini Sevinc Həmzəyeva  çıxış edərək təqdim olunan tədbir üçün tələbə müəllim kollektivinə, ev sahibliyi edən məktəb rəhbərliyinə təşəkkürünü bildirərək tarixi zəfərimizin bu cür gözəl təqdim olunmasını yüksək qiymətləndirib: “Bəli, Zəfər. Qanımızla, canımızla qazandığımız Zəfər. Düşmənin 44 günün sonunda diz çökməsi, torpaqlarımızın erməni faşizminin zülmündən qurtulması, Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi gətirdi bizə bu Zəfəri . Zəfər səninlədir, Azərbaycan”.

 

525-ci qəzet.- 2022.- 11 noyabr.- S.6.